21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Rəsmi Bakıdan Ukrayna ilə bağlı məntiqli addım!
Tarix: 28-02-2022 16:30 | Bölmə: Siyasət
Ukraynadakı hərbi əməliyyatlar, şəhərlərlə qəsəbələrin, kəndlərlə kiçik və böyük yaşayış məntəqələrinin bombalanması, yüz minlərlə insanın taleyinə gecələri səhərədək qorxaraq partlayış gözləmək yazıldığı günlər davam edir.
"Qafqazinfo" xəbər verir ki, həmin ölkədəki situasiya ilə bağlı beynəlxalq siyasət müstəvisində düşərgələnmə, mövqelərdən asılı olaraq tərəf seçilməsi, birmənalı bəyanatlar və fəaliyyət vasitəsilə geosiyasi imperativlərin yenidən müəyyənləşdirilməsi məqamları var.
Bütün siyasi perturbasiyalar dönəmində olduğu kimi, siyasi və ya başqa formatdakı qarşıdurmanın bilavasitə iştirakçılarından savayı ətrafdakılar bir sualı ritorika səviyyəsinə yüksəldir: "İndiki şəraitdə biz nə etməliyik?"
Azərbaycana gəldikdə isə, rəsmi Bakının proseslərlə bağlı tutduğu mövqe "Niyə belədir?" sualının intensivliyi artır.
Ukrayna ilə ölkəmiz arasında sıx əlaqələr, sarsılmaz münasibətlər var və bu, ikitərəfli təmasların istisnasız olaraq bütün sahələrinə təsir edib. Münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes-assosiasiyalar vasitəsilə şərtlənir. Sadəcə, bir fakt: ötən ilin ilk 11 ayı ərzində ölkələrimiz arasında ticari dövriyyə 866 milyon dollar təşkil etmişdi.
Kənd təsərrüfatından tutmuş, informasiya texnologiyalarına qədər əməkdaşlığın geniş miqyası mövcuddur. Xüsusilə də neft-kimya və neft-qaz komplekslərinin inkişafı sektorunda tərəfdaşlığın ciddi perspektivləri mövcuddur.
Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın da böyük gələcəyi var. Bu sahədə Ukrayna ərazisindəki karbohidrogen yataqlarının işlənməsi, energetika obyektlərinin özəlləşdirilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması əhəmiyyətli yer tutur.
Bundan başqa, "Cənub Qaz Dəhlizi" layihəsinin ikinci və üçüncü mərhələsi çərçivəsində Avropa İttifaqı ölkələrinə satılan Azərbaycan qazının bir qismini Ukrayna almağa hazırlaşır.
Humanitar sahədə də ikitərəfli əməkdaşlıq önəmli məqamlardan biridir. Məsələn, Ukraynanın ali təhsil müəssisələri azərbaycanlı abituriyentlər arasında yetərincə populyardır. Məhz bu səbəbdən ötən il Ukraynanın universitetlərinə daxil olan azərbaycanlı gənclərin sayı 1247 nəfərə çatıb.
Bəhs etdiyimiz məsələlər qarşılıqlı əlaqələr və ikitərəfli əməkdaşlıq, siyasi, iqtisadi və s. sahələrdə tərəfdaşlığı əks etdirən detallar idi.
Azərbaycanla Ukrayna arasındakı münasibətlərin çağdaş konfiqurasiyasının formalaşması hər iki tərəfin qərarları, addımları, davranışı və əməlləri nəticəsində baş verir. İndiki situasiyada Azərbaycanın Ukraynadakı situasiya ilə bağlı mövqeyi yetərincə məntiqi və soyuqqanlı olmaqla, praqmatizm, hadisələrə adekvat yanaşmaya əsaslanan siyasətdir. Rəsmi Kiyevdən fərqli olaraq, Bakı qayğılandığını və narahatlıq keçirdiyi ifadə edən bəyanatlar verməklə kifayətlənmir.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq SOCAR-ın Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verməkdədir. Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarələri artıq iki uçuş gerçəkləşdirərək, Ukraynaya humanitar yardım, dərman preparatları və s. çatdırıblar.
.jpg)
Ölkəmizin xarici siyasəti, xüsusilə də postsovet məkanındakı tərəfdaşlarımızla olan münasibətlər tam inikas prinsipi üzərində qurulmur: Bakı həmişə tərəfdaşlarının yanındadır və problem varsa, dərhal, təxirəsalınmaz şəkildə dəstəyini və yardımlarını təklif edir.
Səbəb bəsitdir: xarici siyasətimiz emosiyalara, yaşananların xatırlanmasına və xatırladılmasına köklənmiş imperativlərə əsaslanmır.
Əsaslansaydı, 2020-ci ilin sentyabrın 27-də artıq sabiq Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı Ukrayna XİN-nin bəyanatını yenidən gündəmə gətirərdik.
Xatırladaq ki, həmin bəyanatda deyilirdi: "Ukrayna XİN-i Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən dərin narahatdır. Biz gərginliyə səbəb olan halları araşdırır, tərəfləri dialoqa qayıtmağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırırıq" narahatlığı ifadə olunur".
Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırmaqla yanaşı, həlak olanların yaxınlarına başsağlığı verib.
"Ukrayna XİN Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsindən dərin narahatdır. Biz gərginliyə səbəb olan halları araşdırır, tərəfləri dialoqa qayıtmağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırırıq. Fikirlərimiz qurbanların yaxınları ilədir" - bəyanatda deyilirdi.
Bir anlıq düşünün: erməni işğalçıları mövqelərimizə hücum edir, dinc insanlarımızı artilleriya atəşinə tutur, 30 illik işğalı əsla bitirməyəcəyini və torpaqlarımızı azad etməyəcəyini bildirir - rəsmi Kiyev isə "tərəfləri dialoqa çağırır", fikirlərinin "qurbanların yaxınları ilə" olduğunu vurğulayır.
İşğalçı ilə ərazisinin bir qisminin işğala məruz qaldığı ölkəni bərabər tutmaq, sadəcə "narahatlıq izharı" ilə işi bitmiş bilmək tərəfdaş ölkənin olaya münasibətində ən azı yolverilməzdir.
Bakının Ukraynadakı proseslərə rəsmi reaksiyasına baxaq. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatından iqtibas: "Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim".

Göründüyü kimi, rəsmi Bakının bəyanatı daha konkret, olayların aşkar dəyərləndirildiyi və mövqenin izhar olunduğu açıqlamadır. Onu da unutmamışıq ki, Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri 44 günlük Vətən Müharibəsi dönəmində Gəncə, Bərdə və Tərtərə səfərlər edəndə Ukraynanın ölkəmizdəki səfiri onların arasında yoxdur.
Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ölkədəki diplomatların səfərləri gerçəkləşəndə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevskiy gözə dəymədi.
Biz onu da xatırlamaq istəmirik ki, 2003-cü ildə Ukraynada ilk "avromaydan" olanda, Kiyevdəki "narıncı inqilab" basilləri Qərbdəki sifarişçilər və ssenari müəlliflərinin təlimatı ilə postsovet məkanı ölkələrinə "ixrac" ediləndə məhz Kiyevdəki sözdə "qeyri-hökumət təşkilatları", fondlar və cəmiyyətlər Azərbaycandakı anarxosindikalist, radikal müxalifətə stavka edərək Bakıda hakimiyyət çevrilişi ssenariləri hazırlamışdılar.
Bu azmış kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) Ukrayna nümayəndə heyətinin üzvlərinin tam əksəriyyəti Azərbaycanla bağlı məsələlərin müzakirəsi zamanı Bakıya antoqonist mövqe tutur, bəzi hallarda isə Ermənistanın və ermənipərəst deputatların hazırladıqları, Bakıya qarşı absurd və marazmatik böhtanlarla zəngin qərar layihələrinin lehinə səs verirdilər.
Ukrayna nümayəndə heyətinin AŞPA-da Azərbaycana verdiyi "dəstək"lə bağlı materiallar, məlumatlar, açıqlamalar çoxdur - maraqlananlar Google-da axtarış verə bilərlər. Əminik ki, nəticələr bir Azərbaycan vətəndaşı olaraq sizi qane etməyəcək.
.jpg)
Bəs bunun müqabilində biz nə etmişik?
Ukrayna ilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldən strateji tərəfdaşlıq sazişi imzalamışıq, bütün beynəlxalq strukturlarda və qurumlarda Kiyevi dəstəkləyirik, Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmaz olduğunu bəyan edir, bunu aksiomatik prinsip sayırıq.
Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərdə, o cümlədən Ukrayna ilə əlaqələrdə qayğısını, diqqətini və müstəqil mövqeyini əməldə göstərir - sözdə yox.
Belə olan təqdirdə Ukrayna ilə bağlı situasiyada Azərbaycanın tutduğu mövqeni "tənqid" edənlər ya subyektivizmin təkinə varanlar, ya da demaqogiyanı siyasi mövcudluq və vətəndaş mövqeyinin izharı sanıb ətrafdakıları yanıltmağa çalışanlardır.
Baxış sayı: 434
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.