Bütün xəbərlər
Putin və Tramp İranla bağlı təmasları davam etdirəcək
Tarix: 03-07-2025 20:44 | Bölmə: Siyasət

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və köməkçiləri vasitəsilə İranla bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, Rusiya və Amerika liderləri telefon danışığı zamanı İran ətrafında və ümumilikdə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. O əlavə edib ki, Putin mübahisəli məsələlərin və fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
"Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və prezidentin köməkçiləri arasında əlaqələrin davam etdirilməsi razılaşdırılıb", - Uşakov bildirib.
Putinlə Tramp arasında telefon danışığı iyulun 4-ü cümə axşamı axşam baş tutub.Söhbət zamanı tərəflər Ukrayna məsələsini də müzakirə ediblər.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər