Bütün xəbərlər
Rubio: "ABŞ maraqlı tərəflərlə İsrailin Suriyaya zərbələrini müzakirə edib"
Tarix: 16-07-2025 18:49 | Bölmə: Dünya

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İsrailin Suriyaya zərbə endirməsindən narahatdır və məsələni “maraqlı tərəflərlə” müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü, iyulun 16-da İsrail Suriyaya, xüsusən də Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının binasına və Dəməşqdəki prezident sarayının yaxınlığındakı ərazilərə bir neçə zərbə endirib.
"Hazırda biz bu məsələ ilə məşğuluq. Mən indi baş verənlərdən ciddi narahat olan maraqlı tərəflərlə telefonda danışdım. Biz çox narahatıq", - Rubio RİA Novosti-dən sitat gətirib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, ABŞ hərbi əməliyyatların dayandırılmasını istəyir və hansısa həll yolu tapmaq üçün münaqişədə iştirak edən bütün tərəflərlə danışıqlar aparır.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər