Bütün xəbərlər
İğtişaşların daha 7 iştirakçısı mühakimə olunub
Tarix: 16-07-2025 18:56 | Bölmə: Karusel

2023-cü ildə Mahaçqala hava limanında iğtişaşlarda iştirak edən daha 7 nəfər Stavropol diyarında mühakimə olunub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Region Prokurorluğundan verilən məlumata görə, təqsirləndirilən şəxslər 14 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər.
Departamentin Telegram kanalı xəbər verir ki, onlar ilk üç ilini həbsxanada keçirəcəklər, bundan sonra onlar ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcəklər.
Dağıstanın paytaxtının hava limanında iğtişaşlar 2023-cü il oktyabrın 29-da axşam saatlarında baş verib. İğtişaşçılar hava limanının binasına soxularaq uçuş-enmə zolağına daxil olub və hadisə yerinə gələn polis əməkdaşlarına müqavimət göstəriblər.
“30 dövlət məmuruna qarşı qanunsuz hərəkətlər edilib, onlardan 23-nün sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib”, - idarədən bildirilib.
İğtişaşlar zamanı hava limanının 24 milyon rubldan artıq əmlakına ziyan dəyib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər