Bütün xəbərlər
Yekaterinburq məhkəməsi qətl işi üzrə daha iki müttəhimin həbs müddətini uzadıb
Tarix: 16-07-2025 18:45 | Bölmə: Karusel

Yekaterinburq məhkəməsi son illərdə Uralsda törədilmiş qətllər işi üzrə daha iki müttəhimin həbs müddətini uzadıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Abasov Əziz Azai oğlu və Lalayev Şahin Məmmədəli oğlu oktyabrın 19-dək həbsdə olacaqlar.
Bu gün məhkəmə bu iş üzrə daha 6 təqsirləndirilən şəxsi həbsdə saxlayıb.
Sverdlovsk vilayətinin İstintaq Komitəsi bundan əvvəl 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş qətllərdə əli olan qrupun fəaliyyətinin dayandırıldığını bildirmişdi. Qrup üzvlərinin həbsindən az sonra məlum olub ki, azərbaycanlı olan iki şübhəli şəxs dünyasını dəyişib. Bu, Bakının mənfi reaksiyasına səbəb olub.
Rusiyalı diplomat Pyotr Volokov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və orada Azərbaycan tərəfinə lazımi izahatlar verib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər