Bütün xəbərlər
Boksçular Meyvezer və Pakyao revanş görüşü üçün danışıqlar aparır
Tarix: 16-07-2025 14:56 | Bölmə: Karusel

Amerikalı boksçu Floyd Meyvezerin nümayəndələri flippinli Menni Pakyao ilə revanş görüşünün mümkünlüyü ilə bağlı danışıqlar aparır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Lens Puqmir sosial şəbəkədə məlumat verib.
Bazar günü, iyulun 19-da Pakyao WBC üzrə dünya çempionu Mario Barriosla döyüşəcək.
İdman şərhçisinin sözlərinə görə, qalib gələcəyi təqdirdə filippinli ilə qarşılaşmağa hazır olan Meyvezer bu döyüşə qatılacaq.
Puqmir sosial şəbəkədə yazıb: “Artıq danışıqlar gedir. "Mənni qalib gəlsə, Meyvezerlə revanş matçı milyardlarla dəyərində ola bilər".
2015-ci ildə baş tutan Meyvezer - Pakyao döyüşü bu günə qədər boks tarixində ən sərfəli döyüşlərdən biri olaraq qalır. Təkcə baxış başına ödəniş 437 milyon dollardan çox satılıb. Amerikalı yekdil qərarla qalib gəldi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər