Bütün xəbərlər
"Tomorrowland" festivalında səhnə yanıb
Tarix: 16-07-2025 22:32 | Bölmə: Mədəniyyət

Belçikanın Boom şəhərində keçirilən "Tomorrowland" elektron musiqi festivalının əsas səhnəsi yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Taqmaq bildirir ki, yanğın festivalın açılışına son hazırlıqlar zamanı baş verib. Yanğının pirotexniki vasitələrin nasazlığı səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə yerində minə yaxın işçinin çalışdığı bildirilir. Həlak olanlar barədə hələlik məlumat yoxdur.Artıq yanğın yerində yanğınsöndürənlər işləyir.
"Bizim əsas prioritetimiz hadisə yerində və ətrafdakı insanların təhlükəsizliyidir", - fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Festivalın rəsmi açılışı gələn cümə gününə planlaşdırılıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər