Bütün xəbərlər
Paşinyan: "Ermənistan təşkilata üzv olmaq istəyi ilə ŞƏT-ə müraciət edib"
Tarix: 16-07-2025 14:45 | Bölmə: Karusel

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyi Ermənistanın ŞƏT-ə üzv olmaq arzusunu açıqlamışdı.
"Bəli, biz ŞƏT-ə üzvlük üçün müraciət etmişik. Bu, bizim balanslaşdırma və tarazlıq siyasətimizə uyğundur", - Paşinyan İrəvanda mətbuat konfransı zamanı deyib.
Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Rusiya Federasiyası, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan və İrandır.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər