Bütün xəbərlər
Orban fon der Leyeni istefaya çağırır
Tarix: 09-07-2025 16:48 | Bölmə: Manşet


Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni korrupsiya ittihamı ilə istefaya çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 10-da Strasburqda AK rəhbərinə etimad səsverməsi keçiriləcək.

"Getmək vaxtıdır" Orban X-də yazdığı yazıda fon der Leyenin portretini əlavə etdi.
Avropa Parlamentində səsvermənin əsas səbəbi Aİ-nin pandemiya zamanı klinik sınaqlardan keçməmiş COVID-19 vaksinlərini alması ilə bağlı ittihamlar olub.
Macarıstanın baş naziri uzun müddətdir ki, Avropa İttifaqının hazırkı rəhbərliyini, o cümlədən miqrasiya siyasəti, Ukrayna münaqişəsi, Rusiyaya qarşı sanksiyalar, eləcə də Çin və ABŞ ilə iqtisadi əlaqələri tənqid edir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər