23:38 / 03-03-2026
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
23:23 / 03-03-2026
İspaniya hakimiyyəti Trampın ticarəti dayandırmaqla bağlı təhdidlərinə cavab verib
23:20 / 03-03-2026
İsrail Müdafiə Qüvvələri (İMQ) nüvə silahı komponentlərinin hazırlandığı gizli İran kompleksinə zərbə endirdi
15:55 / 03-03-2026
İrandan gedən Rusiya vətəndaşları üçün Türkmənistan üzərindən əlavə dəhlizlər açılıb
15:52 / 03-03-2026
Poddubnı: "ABŞ İranda yalnız Xameneinin sui-qəsdi ilə dəyişiklikləri sürətləndirdi"
15:48 / 03-03-2026
Narkotik laboratoriyası əvəzinə silah saxlayan bunker aşkar edilib
15:41 / 03-03-2026
Lavrov Ukraynaya xarici qoşunların göndərilməsindən danışdı
15:30 / 03-03-2026
Zaxarova Zelenskinin seçki keçirməkdən imtina etməsini diktaturanın təzahürü hesab etdi
15:27 / 03-03-2026
Ekspert İranın hiyləgər raket strategiyasını açıqladı
15:21 / 03-03-2026
Bir müəllim şagirdlərə LGBT bayrağını göstərdiyinə görə cərimələndi
15:08 / 03-03-2026
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
15:00 / 03-03-2026
“Müharibə daha tez başlayacaqdı, biz gecikdirdik”
12:51 / 03-03-2026
İrana görə Vaşinqton Kiyevdən istənilən şərtlərlə sülh tələb edə bilər
12:47 / 03-03-2026
Belçika İranda ABŞ metodlarına qarşı mübarizə aparır
12:40 / 03-03-2026
AB Yaxın Şərq münaqişəsi ilə bağlı xoşagəlməz bir həqiqəti etiraf etdi
12:36 / 03-03-2026
İsrail ordusu Livanın cənubundakı sərhəd zonasında mövqe tutub
12:33 / 03-03-2026
Yanğınsöndürənlər anbar yanğınını söndürürlər
12:30 / 03-03-2026
BMT Pakistanla münaqişənin başlanğıcından bəri 42 Əfqanıstan vətəndaşının ölümünü açıqlayıb
12:27 / 03-03-2026
ABŞ-ın Küveytdəki səfirliyi regional gərginliklər səbəbindən bağlanıb
12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
12:18 / 03-03-2026
17 yaşlı yeniyetmə itkin düşüb
12:15 / 03-03-2026
İki dəfə ürək tutması keçirən kişi xilas edilib
12:10 / 03-03-2026
Zelenski Ukraynada seçkilərin nə vaxt keçiriləcəyini açıqladı
12:07 / 03-03-2026
Şərqşünas: "ABŞ-İran müharibəsi Rusiya üçün siyasi xərclər daşıyır"
12:03 / 03-03-2026
Olimpiada üçün vətəndaşlığını dəyişdirmək təklif edildi
11:44 / 03-03-2026
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
11:31 / 03-03-2026
Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib
23:32 / 02-03-2026
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23:27 / 02-03-2026
Tanışlıq saytında söhbət etdikdən sonra bankomatı yandırıb
22:06 / 02-03-2026
Müəllimlərə uşaqları döymək şübhəsi ilə cinayət işi açılıb
17:11 / 02-03-2026
Putin: "İran məsələsinin həllində irəliləyiş təcavüz aktı ilə pozulub"
16:58 / 02-03-2026
Moskvaya gedən təyyarə Əbu-Dabidən yola düşdü
16:54 / 02-03-2026
İran Silahlı Qüvvələri avtonom şəkildə fəaliyyət göstərir
16:41 / 02-03-2026
ABŞ İranın müqavimətini sürətli zərbələrlə yatırmağa ümid edirdi
16:26 / 02-03-2026
İrana qarşı müharibə ABŞ ssenarisinə uyğun getmir
16:22 / 02-03-2026
Zelenski Ukrayna ilə bağlı danışıqların yeni mərhələsinin 5-8 mart tarixlərində keçirilə biləcəyini bildirdi
16:19 / 02-03-2026
Dərbənddə sakinlər qaz sızmalarından kütləvi şəkildə şikayətlənirlər
16:16 / 02-03-2026
Tanışının başına atəş açan saxlanılıb
16:02 / 02-03-2026
İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
Tarix: 16-04-2025 23:50 | Bölmə: Ədəbiyyat
Ədalət Əroğlu və baş redaktor Namiq MƏMMƏDLİ
Bu gün Sumqayıt şəhərində yaşayan, əslən Cəbrayıl rayonundan olan Şair-hüquqşünas,"Ədalət işığında" ədəbi-bədii məclisin sədri Ədalət Əroğlunun doğum günüdür.
Ədalət Əroğlu (Ədalət İzzət oğlu Qafarov) - 16 aprel 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 1973-1983-cü illərdə doğulduğu kənddəki orta məktəbdə təhsil alıb. Sonra təhsilini Sumqayıt şəhərindəki 44 nömrəli Texniki Peşə Məktəbində davam etdirib. 1984-1986-cı illərdə Hərbi xidmət borcunu yerinə yetirib. Bir müddət Sumqayıt şəhərindəki 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə işləyib.
Fəhlə işləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib. 02 sentyabr 1994-cü ildən Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildən Məhkəmə İclas katibi vəzifəsində çalışıb. 01 dekabr 2000-ci ildə həmin vəzifədən öz xahişi ilə azad olunub. 10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci ildə “İZZƏT” MMC-ni təsis edib.
Hazırda “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övlad atasıdır. Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə - özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
2014-2020-ci illəırdə Milli Məclis və Bələdiyyə seçkilərində bir neçə dəfə qeydiyyatdan keçərək namizəd olub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Yurd” ədəbi-bədii, elmi-publisistik jurnalının Redaksiya Heyyətinin üzvüdür.
“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Turan harayı” və “Oyanan Ruhlar...” şeirlər kitablarının müəllifidir.
“Ədalət işiğinda” Ədəbi Məclisinin sədridir. Eyni adlı almanaxın I hissəsinin Layihə rəhbəri və tərtibatçısıdır. “XX-XXI Əsrin yaradıcı insanları və ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüdür.
“Abdulla Şaiq”, “Zirvə”, Qızıl Qələm” və “Ulu Öndər” mükafatları laureatıdır. “XXI Əsrin ziyalısı” və s. bir çox Fəxri Diplomlara layiq görülüb.
“Mənim Vətənim”, "Zirvə", “Zirvəyə doğru”, “Dünya yalan dünyadı”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşaldı dünya”, “Qeyrətdən gələn haray”, Yaşıl işıq”, “Gözüm yolda, könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya - 880”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, “Tər çiçəklər”, “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12” poeziya antologiyalarında, "Vətən", "Zirvə", "Zəfər", "Qarabağ Azərbaycandır!", "Poeziya çələngi", "Canım Azərbaycanım", “Turan”, “Ləlvər dağı”, "Şahdağı" və s. ədəbi məcmuələrdə, dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar çap olunmuş “Göyərçin əllər” poetik toplusunda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı çap olunmuş “Cahana sığmaran” almanaxının I və II hissəsində, “Yurd” və “Telli Sənəm” jur-nalında, “Azərbaycan gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “Sabaha inamla”, “İdeal Market”, “Gündəm xəbər”, “XXI ƏSR Ədalətli iş, düz-gün söz”, “365 gün”, “Həkəri” qəzetlərində, bir çox internet portallarında, o cümlədən - “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, "ZiM.Az", "Zirve.info", “Qərib.az”, “Manevr.az” “Pressaz.az”, “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Press-park.az”, “vetenim-azerbaycandir.az”, “365 gün.info” və s. saytlarda onlarla şeirləri və məqalələri dərc olunub. Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxışlar edib. Bir neçə şeiri rus və özbək dillərinə tərcümə edilib. Bir neçə şeirinə isə mahnılar bəstələnib.
Ədalət Əroğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, işində, yaradıcılığında uğurlar arzulayıram!100 yaşa Ədalət Əroğlu.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
ŞUŞA
Sabahların Xeyir, Şuşam, ürəyim!
İki Türk bayrağım dayanıb qoşa.
Artıq azad oldun, buydu diləyim,
El-oba şəninə, mahnılar qoşa.
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
Əsməsin üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.
DALĞALANSIN
AZƏRBAYCAN BAYRAĞI!
Dözürəm, nə qədər dözürsə ürək,
Hicran dənizində üzən bu ürək.
Yurda dönək, hamı birgə şənlənək,
Asaq yurda Azərbaycan Bayrağın!
Yollara baxmaqdan gözüm saralıb,
Yurdsuzam, bu dünyam vallah, qaralıb.
Qarabağa gedən yollar daralıb,
Dalğalansın Azərbaycan Bayrağı!
Qalıb yurdda, laləzarlı torpağı,
Bizsiz solub ağacların yarpağı.
Azad edək, o yurdları, torpağı,
Asaq yurda Azərbaycan Bayrağın!
Yurdumuzun işğaldadır torpağı,
Yurddan çıxmaq bilmir qan içən yağı.
Vuraq, əzək, qalmasın o yaltağı!
Asaq yurda Azərbaycan Bayrağın!
Azad edək düşmənlərdən torpağı,
İrəvan, Zəngəzur, həm Qarabağı.
Yurda dönək, hamı igidsayağı,
Dalğalansın Azərbaycan Bayrağın!
KOMANDANIM VAR MƏNİM
Yayımlandı səfərbərlik sədası,
Birləşdi vətənin eli, obası.
Yandı ürəklərdə qisas sobası,
Poladlarım, Mayislərim, Hikmətim.
Şəhid dostlarının qisasın aldı,
Bütün Türk xalqının yadında qaldı,
Qəhrəman adıyla qalxdı, ucaldı,
Poladlarım, Mayislərim, Hikmətim.
Türkün yumruğunun dadı bilindi,
Yenilməz zərbəsi, odu bilindi,
Düşmənin öz yeri, həddi bilindi,
Poladlarım, Mayislərim, Hikmətim.
Əroğluyuq, ərənlərim var mənim,
Dövlətlər içində yerim var mənim,
Ali Komandana şeirim var mənim,
Poladlarım, Mayislərim, Hikmətim.
YAŞA, ALİ BAŞ KOMANDAN!
Bu Vətən səninlə daim öyünür,
Sabaha ümüdlə ürək döyünür,
Parlaq qələbədən düşmən üyünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Qələbə şəninə ellər oynasın,
Muğanlar oynasın, Millər oynasın,
Yağsın nur yağışı, sellər oynasın,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Çox ağır illəri ötürdün, Vətən!
Mübariz igidlər yetirdin, Vətən!
Düşmənin arzusun bitirdin, Vətən!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Bu ürək çırpınır, görün nə vaxtdır?
Şəhidlər öləmməz, ruhu sabahdır,
Sevinci bölməmək özü günahdır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Qəlbin, gözün gülsün, Şəhid anası!
Danış, sözün gülsün, Şəhid anası!
Əl çal, üzün gülsün, Şəhid anası!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Ölkəmə ruh verdin, aləm görünür,
Düşmənin üzündə ələm görünür,
Düşmənin bayrağı yerdə sürünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,
Bir tarix yazırsan Qarabağ adlı,
Ellərim sevincdən toylu, büsatlı,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Əroğlu, ilhamın çağlayır, daşır!
Komandan önündə düşmənlər çaşır.
Müzəffər orduma zəfər yaraşır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
TURAN SƏRKƏRDƏSİ,
CƏNAB ƏRDOĞAN!
Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Sizsiz biz qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə -
Turan sərkərdəsi, Cənab Ərdoğan!
CƏBRAYIL
Mənim and yerimsən, fəxarətimsən,
Hamıdan doğmasan, əziz Cəbrayıl!
Şanım-şöhrətimsən, şərafətimsən,
Müqəddəs məkansan, əziz Cəbrayıl!
Dillərdə əzbərdir ziyarətgahın,
Neçə buz bulağın, qartallı dağın,
Vardır təmiz havan, zəngin torpağın,
Cismimdəki cansan, əziz Cəbrayıl!
Əsarətdə idin, gör, neçə illər...
Kədər içindəydi o, igid ellər,
Axdı torpağında çox qara sellər,
Bu gün şad ünvansan, əziz Cəbrayıl!
Qələbən mübarək, əziz şəhərim!
Səninlə bağlıdır hər bir zəfərim,
Əroğluyam, sənsən parlaq səhərim,
Tarixdən nişansan, əziz Cəbrayıl!
OYANAN RUHLAR...
Qırx dörd gün yaşadıq, ölüb dirildik,
Ayağa qalxmışdıq, hamı bir idik,
Qaldırdıq bayrağı, uca zirvəyə,
Oyanan ruhlarla canı bir idik.
Burdaydı sitəm də, dərd də, bala da,
Köksündən vurulmuş o gənc bala da,
Kəsilmiş Xan Çinar, dərdli qala da,
Oyanan ruhlarla canı bir idik.
Burdaydı Ziyarət, Qaraman Piri,
Hovuslu kəndimdə Şıx şaman Piri,
Tanrının lütfüdür, böyükdür sirri,
Oyanan ruhlarla canı bir idik.
Əl açıb, mən sənə gəlirəm, Allah,
Baş əyib səcdənə gəlirəm, Allah,
Man, indi ürəkdən gülürəm, Allah,
Oyanan ruhlarla canı bir idik.
Şəhidlər qanıyla Vətən ucaldı,
Şair də zəfərdən sanki, güc aldı,
Tarmar yurdu görüb, baxıb sozaldı,
Oyanan ruhlarla canı bir idik.
Zirvəli dağların güldü gözləri,
Zülmətdən ayrıldı, güldü üzləri,
Qovdu düşmənləri, o, dinsizləri,
Oyanan ruhlarla canı bir idik.
Bu şanlı döyüşdə biz nələr gördük,
Düşmənin üzünə sərhədlər hördük,
Qaytardıq yurdları, sevinci böldük,
Oyanan ruhlarla canı bir idik.
Cəbrayıl, Ağdamım, Füzuli, Laçın,
Gəlirəm qoynuna, qəlbimi açım,
Sevindi qardaşım, sevindi bacım,
Oyanan ruhlarla canı bir idik.
Zəngilan, Qubadlı, Kəlbəcərliyəm,
Koroğlu, Babəkəm, həm Həcərliyəm,
Cəsur Türk oğluyam, Vətən dərdliyam,
Oyanan ruhlarla canı bir idik.
Şuşa qalasına taxılan Bayraq,
Natəvan Vaqifin ruhuna dayaq,
Əroğlu keşikdə dayanıb oyaq,
Üzeyir dühası, qanı bir idik.
Oyanan ruhlarla canı bir idik.
***
ANA DİLİM
Ana dilim var olsun,
Qoy aləmə car olsun,
Sanki baldı, şəkərdi,
Sevməyənə ar olsun.
Ana dilim ucadır,
Ulu vətən qocadır,
Bu dünya bir bacadır,
Tanrı bizə yar olsun.
Dilim türkdür, ürəkdir,
Dəmir yumruq, biləkdir,
Haqqa çatan diləkdir,
İstəməyən xar olsun.
MƏN ÖZÜMƏM, ÖZÜM!
Məni kimsəyə bənzətməyin!
Mən buyam, Özüməm, Özüm!
***
Məni nəyəsə bənzətməyin!
Mən nə axan çayam,
nə göydə Ulduz,
nə Günəş, nə də Ayam.
Allahın izni ilə yaranmış payam.
Mən buyam, Özüməm, Özüm!
***
Məni təbiətə bənzətməyin!
Başı qarlı dağlara...
Coşub-daşan çaylara...
Göydə uçan quşlara...
Bəzi yatan başlara...
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Nə açılmış gülə;
Nə saralmış sünbülə;
Nə də ki,
həsrətlə oxuyan bülbülə.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç kimə bənzətməyin!
Mərdiməzar deyiləm,
Kiminsə haqqına girməm,
Haqqını yemərəm.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Məni var-dövlət ilə ölçməyin,
Başıma bir tac qoyub,
Şahsan!-deyib seçməyin,
Boş yerə and içməyin.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç kimə bənzətməyin!
Hər yetənə baş əymərəm,
Bir kimsəni incitmərəm,
Mənəm, Türk oğlu, Türk deyilən.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Mən hər kiməm buyam!
Yeri gəlsə, bir Orduyam,
Canım-gözüm,
Əroğluyam!
Özüməm ki, Özüm!
UCALA BİLMƏZ
(Şəhidlərimizə ithafən)
Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.
Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək, axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.
Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.
Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.
AL-QAN İÇİNDƏDİR TORPAĞIM, DAŞIM
İşğal olub yurdum, zəhərdir aşım,
Şəhid olubdular, qohum, qardaşım,
Axır gözlərimdən acı göz yaşım.
Al-qan içindədir, torpağım, daşım.
Döyüşür əsgərlər, oyanır Vətən,
Şəhid qanı ilə boyanır Vətən,
Poladlar çiynində dayanır, Vətən,
Al-qan içindədir, torpağım, daşım.
Dilbilməz cahildir, düşməndir yağı.
Dağıdıb yurdumu, o cənnət bağı,
Unuda bilmərik, biz Qarabağı,
Al-qan içindədir, torpağım, daşım.
Faciələr gördük, dözdük, qardaşlar,
Şəhidlərim yurda olub sirdaşlar,
Düşmən quduzlaşıb, kəsmir savaşlar,
Al-qan içindədir, torpağım, daşım.
Əsgərim əyilməz, güclüdür Ordum,
Əsir qala bilməz, mənim o yurdum.
Ürəyimdə nifrət, döyüşə durdum.
Al-qan içindədir, torpağım, daşım.
Dözmək olmur, bu alova, bu közə,
Baxa da bilmirəm ağlayan gözə,
Əroğlu ağrıya, de necə dözə?
Al-qan içindədir, torpağım, daşım.
NƏ İDİ
Qarabağ əsirdir, dözürəm, qağa,
Yollar bağlanıbdı, dönübdür dağa,
Düşmənin başına göydən daş yağa,
Bilməzdim bu acı, qəhər nə idi.
Bülbüllər oxuyub, dövrə vurardı,
Cəh-cəh nəğmələri qəlbə dolardı,
Elimdə hər zaman toylar olardı,
Bilməzdim bu acı, qəhər nə idi.
Bir zaman öz elim, obam var idi,
Anam da, Xalam da, hamı sağ idi,
Əmim də, dayım da bir dayaq idi,
Bilməzdim bu acı, qəhər nə idi.
Ədalət, yaşayıb gəldin bu çağa,
Qocalıb dönmüsən körpə uşağa,
Gözümün yaşı da quruyub daha
Bilməzdim bu acı, qəhər nə idi.
ƏDALƏTİN HARAYI
Ədalətəm, səsləyirəm sizləri,
Ruhum gəzir, o dağları, düzləri,
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə xalqımızın üzləri.
Qarabağım haraylayır bizləri,
Dəyişibdir yurdumuzun izləri,
Dağıdıblar imarəti, küzləri,
Təmizləyək, o murdar ilbizləri.
Məzarlarım soraqlayır bizləri,
Su verilmir, quruyub nərgizləri,
Yatmayaq biz, axtaraq evsizləri,
Sevinsin ruhları, gülsün üzləri.
Yurda köçək, ömür keçsin yüzləri,
Dağ başına qaldıracam sizləri,
Dostlar bulaq üstə vursun “yüzləri”,
Xoşa gəlsin Ədalətin sözləri.
Baxış sayı: 2 981
Bölməyə aid digər xəbərlər
Tarix: 16-04-2025 23:50 | Bölmə: Ədəbiyyat
Ədalət Əroğlu və baş redaktor Namiq MƏMMƏDLİBu gün Sumqayıt şəhərində yaşayan, əslən Cəbrayıl rayonundan olan Şair-hüquqşünas,"Ədalət işığında" ədəbi-bədii məclisin sədri Ədalət Əroğlunun doğum günüdür.
Ədalət Əroğlu (Ədalət İzzət oğlu Qafarov) - 16 aprel 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 1973-1983-cü illərdə doğulduğu kənddəki orta məktəbdə təhsil alıb. Sonra təhsilini Sumqayıt şəhərindəki 44 nömrəli Texniki Peşə Məktəbində davam etdirib. 1984-1986-cı illərdə Hərbi xidmət borcunu yerinə yetirib. Bir müddət Sumqayıt şəhərindəki 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə işləyib.
Fəhlə işləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib. 02 sentyabr 1994-cü ildən Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildən Məhkəmə İclas katibi vəzifəsində çalışıb. 01 dekabr 2000-ci ildə həmin vəzifədən öz xahişi ilə azad olunub. 10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci ildə “İZZƏT” MMC-ni təsis edib.
Hazırda “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övlad atasıdır. Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə - özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
2014-2020-ci illəırdə Milli Məclis və Bələdiyyə seçkilərində bir neçə dəfə qeydiyyatdan keçərək namizəd olub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Yurd” ədəbi-bədii, elmi-publisistik jurnalının Redaksiya Heyyətinin üzvüdür.
“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Turan harayı” və “Oyanan Ruhlar...” şeirlər kitablarının müəllifidir.
“Ədalət işiğinda” Ədəbi Məclisinin sədridir. Eyni adlı almanaxın I hissəsinin Layihə rəhbəri və tərtibatçısıdır. “XX-XXI Əsrin yaradıcı insanları və ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüdür.
“Abdulla Şaiq”, “Zirvə”, Qızıl Qələm” və “Ulu Öndər” mükafatları laureatıdır. “XXI Əsrin ziyalısı” və s. bir çox Fəxri Diplomlara layiq görülüb.
“Mənim Vətənim”, "Zirvə", “Zirvəyə doğru”, “Dünya yalan dünyadı”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşaldı dünya”, “Qeyrətdən gələn haray”, Yaşıl işıq”, “Gözüm yolda, könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya - 880”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, “Tər çiçəklər”, “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12” poeziya antologiyalarında, "Vətən", "Zirvə", "Zəfər", "Qarabağ Azərbaycandır!", "Poeziya çələngi", "Canım Azərbaycanım", “Turan”, “Ləlvər dağı”, "Şahdağı" və s. ədəbi məcmuələrdə, dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar çap olunmuş “Göyərçin əllər” poetik toplusunda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı çap olunmuş “Cahana sığmaran” almanaxının I və II hissəsində, “Yurd” və “Telli Sənəm” jur-nalında, “Azərbaycan gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “Sabaha inamla”, “İdeal Market”, “Gündəm xəbər”, “XXI ƏSR Ədalətli iş, düz-gün söz”, “365 gün”, “Həkəri” qəzetlərində, bir çox internet portallarında, o cümlədən - “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, "ZiM.Az", "Zirve.info", “Qərib.az”, “Manevr.az” “Pressaz.az”, “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Press-park.az”, “vetenim-azerbaycandir.az”, “365 gün.info” və s. saytlarda onlarla şeirləri və məqalələri dərc olunub. Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxışlar edib. Bir neçə şeiri rus və özbək dillərinə tərcümə edilib. Bir neçə şeirinə isə mahnılar bəstələnib.
Ədalət Əroğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, işində, yaradıcılığında uğurlar arzulayıram!100 yaşa Ədalət Əroğlu.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
ŞUŞA
Sabahların Xeyir, Şuşam, ürəyim!
İki Türk bayrağım dayanıb qoşa.
Artıq azad oldun, buydu diləyim,
El-oba şəninə, mahnılar qoşa.
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
Əsməsin üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.
DALĞALANSIN
AZƏRBAYCAN BAYRAĞI!
Dözürəm, nə qədər dözürsə ürək,
Hicran dənizində üzən bu ürək.
Yurda dönək, hamı birgə şənlənək,
Asaq yurda Azərbaycan Bayrağın!
Yollara baxmaqdan gözüm saralıb,
Yurdsuzam, bu dünyam vallah, qaralıb.
Qarabağa gedən yollar daralıb,
Dalğalansın Azərbaycan Bayrağı!
Qalıb yurdda, laləzarlı torpağı,
Bizsiz solub ağacların yarpağı.
Azad edək, o yurdları, torpağı,
Asaq yurda Azərbaycan Bayrağın!
Yurdumuzun işğaldadır torpağı,
Yurddan çıxmaq bilmir qan içən yağı.
Vuraq, əzək, qalmasın o yaltağı!
Asaq yurda Azərbaycan Bayrağın!
Azad edək düşmənlərdən torpağı,
İrəvan, Zəngəzur, həm Qarabağı.
Yurda dönək, hamı igidsayağı,
Dalğalansın Azərbaycan Bayrağın!
KOMANDANIM VAR MƏNİM
Yayımlandı səfərbərlik sədası,
Birləşdi vətənin eli, obası.
Yandı ürəklərdə qisas sobası,
Poladlarım, Mayislərim, Hikmətim.
Şəhid dostlarının qisasın aldı,
Bütün Türk xalqının yadında qaldı,
Qəhrəman adıyla qalxdı, ucaldı,
Poladlarım, Mayislərim, Hikmətim.
Türkün yumruğunun dadı bilindi,
Yenilməz zərbəsi, odu bilindi,
Düşmənin öz yeri, həddi bilindi,
Poladlarım, Mayislərim, Hikmətim.
Əroğluyuq, ərənlərim var mənim,
Dövlətlər içində yerim var mənim,
Ali Komandana şeirim var mənim,
Poladlarım, Mayislərim, Hikmətim.
YAŞA, ALİ BAŞ KOMANDAN!
Bu Vətən səninlə daim öyünür,
Sabaha ümüdlə ürək döyünür,
Parlaq qələbədən düşmən üyünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Qələbə şəninə ellər oynasın,
Muğanlar oynasın, Millər oynasın,
Yağsın nur yağışı, sellər oynasın,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Çox ağır illəri ötürdün, Vətən!
Mübariz igidlər yetirdin, Vətən!
Düşmənin arzusun bitirdin, Vətən!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Bu ürək çırpınır, görün nə vaxtdır?
Şəhidlər öləmməz, ruhu sabahdır,
Sevinci bölməmək özü günahdır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Qəlbin, gözün gülsün, Şəhid anası!
Danış, sözün gülsün, Şəhid anası!
Əl çal, üzün gülsün, Şəhid anası!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Ölkəmə ruh verdin, aləm görünür,
Düşmənin üzündə ələm görünür,
Düşmənin bayrağı yerdə sürünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,
Bir tarix yazırsan Qarabağ adlı,
Ellərim sevincdən toylu, büsatlı,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
Əroğlu, ilhamın çağlayır, daşır!
Komandan önündə düşmənlər çaşır.
Müzəffər orduma zəfər yaraşır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
TURAN SƏRKƏRDƏSİ,
CƏNAB ƏRDOĞAN!
Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Sizsiz biz qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə -
Turan sərkərdəsi, Cənab Ərdoğan!
CƏBRAYIL
Mənim and yerimsən, fəxarətimsən,
Hamıdan doğmasan, əziz Cəbrayıl!
Şanım-şöhrətimsən, şərafətimsən,
Müqəddəs məkansan, əziz Cəbrayıl!
Dillərdə əzbərdir ziyarətgahın,
Neçə buz bulağın, qartallı dağın,
Vardır təmiz havan, zəngin torpağın,
Cismimdəki cansan, əziz Cəbrayıl!
Əsarətdə idin, gör, neçə illər...
Kədər içindəydi o, igid ellər,
Axdı torpağında çox qara sellər,
Bu gün şad ünvansan, əziz Cəbrayıl!
Qələbən mübarək, əziz şəhərim!
Səninlə bağlıdır hər bir zəfərim,
Əroğluyam, sənsən parlaq səhərim,
Tarixdən nişansan, əziz Cəbrayıl!
OYANAN RUHLAR...
Qırx dörd gün yaşadıq, ölüb dirildik,
Ayağa qalxmışdıq, hamı bir idik,
Qaldırdıq bayrağı, uca zirvəyə,
Oyanan ruhlarla canı bir idik.
Burdaydı sitəm də, dərd də, bala da,
Köksündən vurulmuş o gənc bala da,
Kəsilmiş Xan Çinar, dərdli qala da,
Oyanan ruhlarla canı bir idik.
Burdaydı Ziyarət, Qaraman Piri,
Hovuslu kəndimdə Şıx şaman Piri,
Tanrının lütfüdür, böyükdür sirri,
Oyanan ruhlarla canı bir idik.
Əl açıb, mən sənə gəlirəm, Allah,
Baş əyib səcdənə gəlirəm, Allah,
Man, indi ürəkdən gülürəm, Allah,
Oyanan ruhlarla canı bir idik.
Şəhidlər qanıyla Vətən ucaldı,
Şair də zəfərdən sanki, güc aldı,
Tarmar yurdu görüb, baxıb sozaldı,
Oyanan ruhlarla canı bir idik.
Zirvəli dağların güldü gözləri,
Zülmətdən ayrıldı, güldü üzləri,
Qovdu düşmənləri, o, dinsizləri,
Oyanan ruhlarla canı bir idik.
Bu şanlı döyüşdə biz nələr gördük,
Düşmənin üzünə sərhədlər hördük,
Qaytardıq yurdları, sevinci böldük,
Oyanan ruhlarla canı bir idik.
Cəbrayıl, Ağdamım, Füzuli, Laçın,
Gəlirəm qoynuna, qəlbimi açım,
Sevindi qardaşım, sevindi bacım,
Oyanan ruhlarla canı bir idik.
Zəngilan, Qubadlı, Kəlbəcərliyəm,
Koroğlu, Babəkəm, həm Həcərliyəm,
Cəsur Türk oğluyam, Vətən dərdliyam,
Oyanan ruhlarla canı bir idik.
Şuşa qalasına taxılan Bayraq,
Natəvan Vaqifin ruhuna dayaq,
Əroğlu keşikdə dayanıb oyaq,
Üzeyir dühası, qanı bir idik.
Oyanan ruhlarla canı bir idik.
***
ANA DİLİM
Ana dilim var olsun,
Qoy aləmə car olsun,
Sanki baldı, şəkərdi,
Sevməyənə ar olsun.
Ana dilim ucadır,
Ulu vətən qocadır,
Bu dünya bir bacadır,
Tanrı bizə yar olsun.
Dilim türkdür, ürəkdir,
Dəmir yumruq, biləkdir,
Haqqa çatan diləkdir,
İstəməyən xar olsun.
MƏN ÖZÜMƏM, ÖZÜM!
Məni kimsəyə bənzətməyin!
Mən buyam, Özüməm, Özüm!
***
Məni nəyəsə bənzətməyin!
Mən nə axan çayam,
nə göydə Ulduz,
nə Günəş, nə də Ayam.
Allahın izni ilə yaranmış payam.
Mən buyam, Özüməm, Özüm!
***
Məni təbiətə bənzətməyin!
Başı qarlı dağlara...
Coşub-daşan çaylara...
Göydə uçan quşlara...
Bəzi yatan başlara...
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Nə açılmış gülə;
Nə saralmış sünbülə;
Nə də ki,
həsrətlə oxuyan bülbülə.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç kimə bənzətməyin!
Mərdiməzar deyiləm,
Kiminsə haqqına girməm,
Haqqını yemərəm.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Məni var-dövlət ilə ölçməyin,
Başıma bir tac qoyub,
Şahsan!-deyib seçməyin,
Boş yerə and içməyin.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç kimə bənzətməyin!
Hər yetənə baş əymərəm,
Bir kimsəni incitmərəm,
Mənəm, Türk oğlu, Türk deyilən.
Mən buyam, Özüməm, Özüm!
***
Məni heç nəyə bənzətməyin!
Mən hər kiməm buyam!
Yeri gəlsə, bir Orduyam,
Canım-gözüm,
Əroğluyam!
Özüməm ki, Özüm!
UCALA BİLMƏZ
(Şəhidlərimizə ithafən)
Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.
Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək, axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.
Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.
Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.
AL-QAN İÇİNDƏDİR TORPAĞIM, DAŞIM
İşğal olub yurdum, zəhərdir aşım,
Şəhid olubdular, qohum, qardaşım,
Axır gözlərimdən acı göz yaşım.
Al-qan içindədir, torpağım, daşım.
Döyüşür əsgərlər, oyanır Vətən,
Şəhid qanı ilə boyanır Vətən,
Poladlar çiynində dayanır, Vətən,
Al-qan içindədir, torpağım, daşım.
Dilbilməz cahildir, düşməndir yağı.
Dağıdıb yurdumu, o cənnət bağı,
Unuda bilmərik, biz Qarabağı,
Al-qan içindədir, torpağım, daşım.
Faciələr gördük, dözdük, qardaşlar,
Şəhidlərim yurda olub sirdaşlar,
Düşmən quduzlaşıb, kəsmir savaşlar,
Al-qan içindədir, torpağım, daşım.
Əsgərim əyilməz, güclüdür Ordum,
Əsir qala bilməz, mənim o yurdum.
Ürəyimdə nifrət, döyüşə durdum.
Al-qan içindədir, torpağım, daşım.
Dözmək olmur, bu alova, bu közə,
Baxa da bilmirəm ağlayan gözə,
Əroğlu ağrıya, de necə dözə?
Al-qan içindədir, torpağım, daşım.
NƏ İDİ
Qarabağ əsirdir, dözürəm, qağa,
Yollar bağlanıbdı, dönübdür dağa,
Düşmənin başına göydən daş yağa,
Bilməzdim bu acı, qəhər nə idi.
Bülbüllər oxuyub, dövrə vurardı,
Cəh-cəh nəğmələri qəlbə dolardı,
Elimdə hər zaman toylar olardı,
Bilməzdim bu acı, qəhər nə idi.
Bir zaman öz elim, obam var idi,
Anam da, Xalam da, hamı sağ idi,
Əmim də, dayım da bir dayaq idi,
Bilməzdim bu acı, qəhər nə idi.
Ədalət, yaşayıb gəldin bu çağa,
Qocalıb dönmüsən körpə uşağa,
Gözümün yaşı da quruyub daha
Bilməzdim bu acı, qəhər nə idi.
ƏDALƏTİN HARAYI
Ədalətəm, səsləyirəm sizləri,
Ruhum gəzir, o dağları, düzləri,
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə xalqımızın üzləri.
Qarabağım haraylayır bizləri,
Dəyişibdir yurdumuzun izləri,
Dağıdıblar imarəti, küzləri,
Təmizləyək, o murdar ilbizləri.
Məzarlarım soraqlayır bizləri,
Su verilmir, quruyub nərgizləri,
Yatmayaq biz, axtaraq evsizləri,
Sevinsin ruhları, gülsün üzləri.
Yurda köçək, ömür keçsin yüzləri,
Dağ başına qaldıracam sizləri,
Dostlar bulaq üstə vursun “yüzləri”,
Xoşa gəlsin Ədalətin sözləri.
Baxış sayı: 2 981
Bölməyə aid digər xəbərlər
Dünən, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır













