18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
16:24 / 19-11-2026
Mikroavtobus aşıb, xəsarət alanlar var
16:21 / 19-11-2026
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
16:18 / 19-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatdı
16:06 / 19-11-2026
Kuryer polisə zərərli narkotik saxlama faktını aşkar etməyə kömək edib
08:58 / 19-11-2026
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
08:56 / 19-11-2026
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
08:49 / 19-11-2026
Britaniya hökuməti Ukraynaya 1000-dən çox uzunmənzilli dron təhvil verəcəyini elan edəcək
08:46 / 19-11-2026
Tramp Putin və Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini etiraf etdi
22:55 / 18-11-2026
Heqset bildirib ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlıq edəcəklər
22:50 / 18-11-2026
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
16:09 / 18-11-2026
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
16:05 / 18-11-2026
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
16:02 / 18-11-2026
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
15:58 / 18-11-2026
Avtomobildə buzun içinə düşən üç nəfər ölüb
15:51 / 18-11-2026
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
15:47 / 18-11-2026
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
15:44 / 18-11-2026
Jurnalist Trampın Çində harada qaldığını açıqladı
15:38 / 18-11-2026
Kirayəçilər mübahisə zamanı ev sahibini öldürüblər
15:35 / 18-11-2026
İtkin düşən iki uşaq anasının qətli ilə bağlı araşdırma aparılır
15:28 / 18-11-2026
Stritinq Qərb ölkələrini Kiyevə maliyyələşdirməni davam etdirməyə çağırdı
15:25 / 18-11-2026
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
15:20 / 18-11-2026
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
15:16 / 18-11-2026
42 yaşlı mədənçi mədəndə ölüb
15:13 / 18-11-2026
Dmitriyev bildirib ki, Rusiya Avropanın əməkdaşlığa qayıtmasını gözləyir
15:09 / 18-11-2026
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
14:52 / 18-11-2026
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
11:15 / 18-11-2026
Poddubnı Rusiya ilə ABŞ arasında danışıqları pozmaq cəhdlərindən danışdı
11:12 / 18-11-2026
Çin Putinin təhlükəsizlik xidmətinin əməkdaşının "qara portfeli"nin olmadığını gördü
Xalidə Nurayı TƏBRİK EDİRİK!
Tarix: 01-02-2025 23:22 | Bölmə: Ədəbiyyat
https://www.facebook.com/100007980157753
/videos/pcb.3971798769762756/1781355725738598

Bu gün-1 fevral şair-publisist,AYB,AJB-nin üzvü Xalidə Nurayın doğum günüdür.Onu bu münasibətlə səmimi qəlbdən təbrik edirik can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.100 yaşayın!
Sabaha-inamla.az onun bir neçə şeirini oxuculara təqdim edir:
https://www.facebook.com/reel/1416026216011223
https://www.facebook.com/100007980157753/
https://www.facebook.com/reel/538845588298416
Kədərinə şərikəm
BAŞIN SAĞ OLSUN TÜRKİYƏM!
Kədərinə şərikəm,
Ey məğrur Türk qardaşım!
Yandırdı ürəyimi
Səssiz axan göz yaşın.
Açılmadı sabahın,
Zülmət boğdu gümanı.
Qəlbimizə dağ basdı
Oddan ümid umanım.
Qəfil dara çəkildi
Türkün bəxtsiz balası.
Fələk çökdü bir anda,
Uçdu ömür qalası.
Sevinməsin düşmənlər,
Sanmasın yıxılmışıq.
Bozqurduq, unutmayın,
Biz Haqqa sığınmışıq.
Susma, Türküm, nərə çək,
Səsin ərşi titrətsin.
Tanrım qəlbikorların
Qəlbində nur göyərtsin.
Sarsılmayan vüqarın,
Yadlara göz dağıdı.
Yeri yerdən oynadan
"Turan"ın tur çağıdı.
Aslan təki məğrursan,
Ey böyük Xaqanımız!
Türk soylum bütövləşsin,
Zühr etsin "Turan"ımız!
22.01.2025
Yenidən yaz Allahım!
Allahım sussam da,
cavabsız suallar əlindən,
ruhumla üz-üzə duran
vicdanımın pıçıltılarını
bilirəm eşidirsən!
İliklərimdə ah-nalə edən
sızıltılarımı hiss edirsən.
Təkcə səndən savayı
güvəndiyim dağlara
çoxdannn...qar yağıb.
Yeyən varmı bu acı dadan
qeybət süfrəmi açım?...
Şərik olsunlar söz ağrılarıma,
Məlhəm olsunlar insanlığa
həsrət qalmış ürəiyimin
qan qusan çatlamış yaralarına...
Meh təki sığal çəksinlər
canüstə xəyallarımın,
sığındığı...
mürgülü xatirələri hürkütsünlər.
Daha susmağı seçmişəm.
İstəmirəm nə danışım,nə dinim.
Anlada bilmirəm,
yüyənsiz sabaha
xərclədiyim ömrümü,
itirdiyim yəhərsiz illərimi....
Hər anı qiyamət qorxusundan
diksinən,
ürəyi üzülmüş bu günümüzu...
Yalquzaqtək içimdə vurnuxan
yasa batmış səs-ünümüzü...
Nə deyim,nədən deyim?!
Allahım,qəhr oluram
hey görüncə,
Şər önündə həqiqətin
qolu bağlı,
dizüstündə durmağını,
Ac-yalavac əli qabar,
doğulmağa peşman olan,
bir kasıbın daşa dəymiş
taleyinin çəp gözündə,
işaran tək ümidini,
iblislərin qırmağını....
Milyon məsum zavallını
hər addımda dara çəkib,
saxta günah damğasını,
körpəsinin göz yaşıyla yumağını...
Maska taxmış arzuların,
yaşmaq altda susmağını,
Bilmirəm,daha nə deyim,?!...
İnsanlığı dəyərsizləşdirən
bu qorxunc fəlakətlərlə dolu,
məhşər qismətimizi
poz Allahım!
Bu düzəni pozulmuş
dünyamızın...
"Alın yazı"sını,
yenidən yaz Allahım!
20.01.2025.
Səninlə sənsiz yaşadım
Ehh... daha yoxdur,
gözlərindən axan sevginin
yanağımda busəsi...
Məni bağrına basan ülvi
məhəbbətin,
ruhumu qarsalayan nəfəsi...
Dilində əsib-titrəyən,
"Səni dünyalar qədər sevirəm" kəlməsi...
Sevdamızın canına hopdu həsrət.
Yaşadığımız illər,
əzabına qalandığımız eşqimizi
şam kimi əritdi.
Ayrılıq yağmuruna
əyni islanmış gecələri,
pəncərəmdə damcı-damcı
sabahladım.
Burnumun ucu göynədi.
Sevgimizin didərgin düşdüyünü anladım.
Anladım ki,sevgisizlik ağır dərddi...
Soyuqluğu...
gülüşümün dodağını çatlatdı.
Sığal çəkən sazağı
saçlarımı ağartdı,
Hisslərimi dara çəkən biganəliyi,
Mənə səninlə,sənsiz yaşamağı öyrətdi.
12.12.2022.
Taleyimin rəngi...
Rəssam,elə rəng seç solmasın izi,
Əzəldən gülməyib bəxtimin üzü,
Açılmır yağmurdan sevdamın gözü,
Nəmli gülüşlərim bəm ahəngdədi,
Bildinmi,taleyim hansı rəngdədi?...
Yazan qismətimi əzabdan yazıb,
Vədəsi fələyin əlində azıb,
Ruhumu bir ahın dilindən asıb,
Nəfəsim elə bil dar səhəngdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Toxunur əlimə şehi üşüdür,
Saçımı darayan mehi üşüdür,
Yalın arzuları ahı üşüdür,
Sazaqdan dil açan qəm ürəkdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Sinib xatirəmin buz baxışına,
Xəzan ilmə salıb yaz naxışına,
Əyni islanıbdı söz yağışına,
Bir ömür nəğməsi bu çələngdədi.
Bildinmi,taleyim hansı rəngdədi?...
12.09.2022
Ağlama,"Şəhid anası!"
Qəlbin içir göz yaşını,
Üzündə qırış ağlayır.
Üşüyən məzar daşını,
Zəfər mehi sığallayır
Şəhid qanı hürr mayası,
Ağlama,"Şəhid anası"!
Ayrılıq susmur içində,
Mizrabsız ozan olmusan.
Azan xəyalın alnında,
Bəxtini pozan olmusan.
Sağalmaz hicran yarası,
Ağlama,"Şəhid anası"!
Evə qəfil dönüşünə,
Ağı deyib,oxşayırsan.
Nişanəsiz gedişinə,
Odsuz alışıb yanırsan,
Sönməz ki,oğul yanğısı,
Ağlama "Şəhid anası"!
Əksi sinib gözlərinə,
Ətri burnunu göynədir.
Zəfər qoxulu balanın,
Ruhu, nur əmən göydədir.
Şəhidlikdir"Ər qalası"...
Ağlama "Şəhid anası"!
23.11.2024.
https://www.facebook.com/xalida.ismayilova.
1/videos/631993839555255
Baxış sayı: 3 847
Bölməyə aid digər xəbərlər
Tarix: 01-02-2025 23:22 | Bölmə: Ədəbiyyat
https://www.facebook.com/100007980157753/videos/pcb.3971798769762756/1781355725738598

Bu gün-1 fevral şair-publisist,AYB,AJB-nin üzvü Xalidə Nurayın doğum günüdür.Onu bu münasibətlə səmimi qəlbdən təbrik edirik can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.100 yaşayın!
Sabaha-inamla.az onun bir neçə şeirini oxuculara təqdim edir:
https://www.facebook.com/reel/1416026216011223https://www.facebook.com/100007980157753/
https://www.facebook.com/reel/538845588298416
Kədərinə şərikəm
BAŞIN SAĞ OLSUN TÜRKİYƏM!
Kədərinə şərikəm,
Ey məğrur Türk qardaşım!
Yandırdı ürəyimi
Səssiz axan göz yaşın.
Açılmadı sabahın,
Zülmət boğdu gümanı.
Qəlbimizə dağ basdı
Oddan ümid umanım.
Qəfil dara çəkildi
Türkün bəxtsiz balası.
Fələk çökdü bir anda,
Uçdu ömür qalası.
Sevinməsin düşmənlər,
Sanmasın yıxılmışıq.
Bozqurduq, unutmayın,
Biz Haqqa sığınmışıq.
Susma, Türküm, nərə çək,
Səsin ərşi titrətsin.
Tanrım qəlbikorların
Qəlbində nur göyərtsin.
Sarsılmayan vüqarın,
Yadlara göz dağıdı.
Yeri yerdən oynadan
"Turan"ın tur çağıdı.
Aslan təki məğrursan,
Ey böyük Xaqanımız!
Türk soylum bütövləşsin,
Zühr etsin "Turan"ımız!
22.01.2025
Yenidən yaz Allahım!
Allahım sussam da,
cavabsız suallar əlindən,
ruhumla üz-üzə duran
vicdanımın pıçıltılarını
bilirəm eşidirsən!
İliklərimdə ah-nalə edən
sızıltılarımı hiss edirsən.
Təkcə səndən savayı
güvəndiyim dağlara
çoxdannn...qar yağıb.
Yeyən varmı bu acı dadan
qeybət süfrəmi açım?...
Şərik olsunlar söz ağrılarıma,
Məlhəm olsunlar insanlığa
həsrət qalmış ürəiyimin
qan qusan çatlamış yaralarına...
Meh təki sığal çəksinlər
canüstə xəyallarımın,
sığındığı...
mürgülü xatirələri hürkütsünlər.
Daha susmağı seçmişəm.
İstəmirəm nə danışım,nə dinim.
Anlada bilmirəm,
yüyənsiz sabaha
xərclədiyim ömrümü,
itirdiyim yəhərsiz illərimi....
Hər anı qiyamət qorxusundan
diksinən,
ürəyi üzülmüş bu günümüzu...
Yalquzaqtək içimdə vurnuxan
yasa batmış səs-ünümüzü...
Nə deyim,nədən deyim?!
Allahım,qəhr oluram
hey görüncə,
Şər önündə həqiqətin
qolu bağlı,
dizüstündə durmağını,
Ac-yalavac əli qabar,
doğulmağa peşman olan,
bir kasıbın daşa dəymiş
taleyinin çəp gözündə,
işaran tək ümidini,
iblislərin qırmağını....
Milyon məsum zavallını
hər addımda dara çəkib,
saxta günah damğasını,
körpəsinin göz yaşıyla yumağını...
Maska taxmış arzuların,
yaşmaq altda susmağını,
Bilmirəm,daha nə deyim,?!...
İnsanlığı dəyərsizləşdirən
bu qorxunc fəlakətlərlə dolu,
məhşər qismətimizi
poz Allahım!
Bu düzəni pozulmuş
dünyamızın...
"Alın yazı"sını,
yenidən yaz Allahım!
20.01.2025.
Səninlə sənsiz yaşadım
Ehh... daha yoxdur,
gözlərindən axan sevginin
yanağımda busəsi...
Məni bağrına basan ülvi
məhəbbətin,
ruhumu qarsalayan nəfəsi...
Dilində əsib-titrəyən,
"Səni dünyalar qədər sevirəm" kəlməsi...
Sevdamızın canına hopdu həsrət.
Yaşadığımız illər,
əzabına qalandığımız eşqimizi
şam kimi əritdi.
Ayrılıq yağmuruna
əyni islanmış gecələri,
pəncərəmdə damcı-damcı
sabahladım.
Burnumun ucu göynədi.
Sevgimizin didərgin düşdüyünü anladım.
Anladım ki,sevgisizlik ağır dərddi...
Soyuqluğu...
gülüşümün dodağını çatlatdı.
Sığal çəkən sazağı
saçlarımı ağartdı,
Hisslərimi dara çəkən biganəliyi,
Mənə səninlə,sənsiz yaşamağı öyrətdi.
12.12.2022.
Taleyimin rəngi...
Rəssam,elə rəng seç solmasın izi,
Əzəldən gülməyib bəxtimin üzü,
Açılmır yağmurdan sevdamın gözü,
Nəmli gülüşlərim bəm ahəngdədi,
Bildinmi,taleyim hansı rəngdədi?...
Yazan qismətimi əzabdan yazıb,
Vədəsi fələyin əlində azıb,
Ruhumu bir ahın dilindən asıb,
Nəfəsim elə bil dar səhəngdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Toxunur əlimə şehi üşüdür,
Saçımı darayan mehi üşüdür,
Yalın arzuları ahı üşüdür,
Sazaqdan dil açan qəm ürəkdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Sinib xatirəmin buz baxışına,
Xəzan ilmə salıb yaz naxışına,
Əyni islanıbdı söz yağışına,
Bir ömür nəğməsi bu çələngdədi.
Bildinmi,taleyim hansı rəngdədi?...
12.09.2022
Ağlama,"Şəhid anası!"
Qəlbin içir göz yaşını,
Üzündə qırış ağlayır.
Üşüyən məzar daşını,
Zəfər mehi sığallayır
Şəhid qanı hürr mayası,
Ağlama,"Şəhid anası"!
Ayrılıq susmur içində,
Mizrabsız ozan olmusan.
Azan xəyalın alnında,
Bəxtini pozan olmusan.
Sağalmaz hicran yarası,
Ağlama,"Şəhid anası"!
Evə qəfil dönüşünə,
Ağı deyib,oxşayırsan.
Nişanəsiz gedişinə,
Odsuz alışıb yanırsan,
Sönməz ki,oğul yanğısı,
Ağlama "Şəhid anası"!
Əksi sinib gözlərinə,
Ətri burnunu göynədir.
Zəfər qoxulu balanın,
Ruhu, nur əmən göydədir.
Şəhidlikdir"Ər qalası"...
Ağlama "Şəhid anası"!
23.11.2024.
https://www.facebook.com/xalida.ismayilova.1/videos/631993839555255
Baxış sayı: 3 847
Bölməyə aid digər xəbərlər
22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib













