Tarix: 09-02-2025 21:49 | Bölmə: Ədəbiyyat
АNАMIN ƏLLƏRİ
Аnаmın əlləri tоrpаğа bənzər,
Ömrümün dil аçаn hər izi оrdа.
Еlimin-оbаmın dоlu ürəyi,
Yurdumun gеcəsi, gündüzü оrdа.
О, yоlum üstündə günəştək yаnаr,
Оnsuz nеçə аrzum qаlаr yаrıdа.
Bu kövrək əllərdən zəmi bоylаnаr,
Sünbültək dən tutаr bаrmаqlаrı dа.
Bu əllər düzlüyə, sаflığа аrха,
Niyyəti su kimi durulаr оnun.
Çətin ki, zəhmətdən çəkinə-qоrха,
Çətin ki, ümidi qırılа оnun.
Аnаmın əlləri tоrpаğа bənzər,
Hər təzə addımım, hər izim оrdа.
Bаrlı tаrlаlаrım, ulu dаğlаrım,
Kükrəyən çаylаrım, dənizim оrdа.
Qəzəbdən düyülər dаrdа-çətində,
Yadların önündə аçılаn dеyil.
Yаşаmаq еşqi vаr əzəmətində,
Bu əllər hеç zаmаn kiçilən dеyil.
GƏLİRƏM, TORPAQ, GƏLİRƏM…
Halal duzum-çörəyimsən,
Saf niyyətli ürəyimsən.
Basılmayan kürəyimsən
Bilirəm, torpaq, bilirəm!
Havam-suyumsan bir udum,
Eşqin tükənməz umudum.
Yadında qalıbmı adım,
Gəlirəm, torpaq, gəlirəm!
Şipşirin avazam, səsəm
Yamyaşıl arzu-həvəsəm.
Kəfənim ol, nə vaxt desəm
Ölürəm, torpaq, ölürəm!
01.01.2025
BAĞIŞLA MƏNİ
(Bir vaxtlar dəlicəsinə sevdiyim bir qızın ruhuna xitabən yazdığım şeir)
Bir eşqə qatdım haram,
Qaysaq bağlamır yaram.
Qarşında günahkaram -
Gülüm, bağışla məni!
Güvənmədim özümə,
Kölgə düşdü gözümə...
Üz bağlayıb üzümə -
Gəlim, bağışla məni!
Qaçdı ağzımın dadı,
Sevə bilmədim yadı...
Sənsiz qabar bağladı -
Dilim, bağışla məni!
Üzrümü sanma ayıb,
Fələk saydığın sayıb...
Qəbrini qucaqlayıb -
Ölüm... bağışla məni!
10.01.2025
SÖZÜN ŞƏKLİNİ ÇƏKİRƏM
Kipriklərim “fırça” imiş,
Sözün şəklini çəkirəm.
Gözlərimdə şölə saçan
Közün şəklini çəkirəm.
Günlər keçir bir an kimi,
Səbrim sönmüş vulkan kimi...
“Çoxdan” əlim çıxan kimi
“Azın” şəklini çəkirəm.
Arzu, ümid qol-budağım,
Kəlmələrim buğum-buğum.
Könlümdə gəzib tapdığım
Yazın şəklini çəkirəm.
Boş görəndə əllərimi,
Gəzirəm “əkin” yerimi.
Səsləyib ilham pərimi
Nazın şəklini çəkirəm.
17.01.2025
GƏL
(Şair dostum Əbülfət Mədətoğlunun təbirincə desəm,- bir qadına...)
Şahiddir o çığır, iz
Yad deyildik axı, biz...
Özgə səmtə tutma üz,
Gəl, hamıdan öndə, gəl!
Susub qalma daş kimi,
Dön geri, sirdaş kimi.
Gəlsən, qaranquş kimi
Yazın çəhlimində gəl!
Vaxt yeyin, ömür qısa,
Dön ən şirin avaza.
Geciksən, heç olmasa
Ya səsdə, ya ündə gəl!
Nur saçanda gülüşün,
O xoş günləri düşün...
Əgər çoxdusa işin,
Demirəm ha... gündə gəl!
Lal həsrət ömrün yükü,
Sənsən ürəyimdəki...
Gec qayıtsan da təki
Qəm-qüssədən gendə gəl!
Yalqız qaldığım yerdə
Eşqin məlhəmdi dərdə...
Nə görmüsən şəhərdə,
Kəndə gəl ey... kəndə gəl!
30.01.2025
DEMƏ
Ömrüm boyu yan keçsəm də axından,
Hər yetəni tanımadım yaxından.
Əcəl gəlib yapışanda yaxamdan,
Tez ol, ölüm şərbətini iç,-demə.
Dost bildiyim ürəyimi sındırıb,
Həyat məni “döyə-döyə” qandırıb.
Öz əlinlə körpüləri yandırıb
Mənə, namərd körpüsündən keç,- demə.
Bu gedişin əyrisi nə, düzü nə,
Tamarzıyam məhəbbətin közünə.
Saf eşqimin kül üfürüb gözünə,
Özün gedib öz tayını seç,-demə
Gözlərimdə şimşək kimi çaxmısan.
Necə deyim durulanda axmısan?
Bir vədələr axırıma çıxmısan,
Baxışların qatil imiş heç demə...
05.02.2025
HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA...
Hər gecə ölürəm yuxularımda,
Hər səhər təzədən dirilirəm mən.
Könlümdə çağlayan duyğularımda
Çalxana-çalxana duruluram mən.
Qəm-qüssə çiynimdə qara tabutum,
Zülmətdən qaçıram al günəş kimi.
Saflıqaxtarıramhərdənbirudum,
Sınağaçəkəndəillərqəlbimi.
Həyatdözlərimdəyarımçıqyuxu,
Ovulubiçimdəsəsim, harayım.
Gedənköçqayıtmır... onumənaxı,
Necəsoraqlayım, hardaarayım?!
Anlarötübkeçirlalkimisəssiz,
Kövrəkxatirələryolur “saçını”.
Taleyinhökmüylətitrəyəndədiz,
Hərsualqurulandarağacımı?..
Köksümdənisgilinşırımıdərin,
Xəyalımsabahaüztutancığır.
Gözümdənyayınıbitənillərin
Tüstüsühələdəbaşımdançıxır...
21.01.2025
NЕCƏSƏN
Sаlаm, yаmаclаrın yаşıl tаlаsı,
Gеtsəmоdun-közünkimə qаlаsı?
Gəlirəm... yoldayamа dаğ lаlаsı -
Mənim al yanaqlıqızım, nеcəsən?
Ruhumа dоğmаdır kаmаn dа, nеy də,
Аh çəkdim, buludlаr titrədigöydə.
Yаyın оrtаsındа, qаrlıquzеydə -
Gözləri qаmаşаn, buzum, nеcəsən?
Sənət mеydаnındааslаnım, şirim
Ustаd Ələsgərim, DədəŞəmşirim.
Sənətaləmindəоcаğım-pirim -
Аy durnа bоğаzlı sаzım, nеcəsən?
Çəmənə dаd vеrən, şеhliçiçəklik,
Yахın gəl, qəlbimiüzməsintəklik.
Еşqindəndəliyəm, хınаlıkəklik -
Dеyimmi, şəkərim-duzum, nеcəsən?
Dərəzülmətquyu, yохuşpilləkən
Kimdir yаmаcdаkı dаşlаrı “əkən”?
Nərgizinşəklini qаr üstəçəkən -
Novruzum, хоş gördük, yаzım nеcəsən?..
2010
QORXMA, MƏLƏKDİ GƏLƏN
Tanrıdanyoxsaəlac,
Dərddən ha gizlən, ha qaç.
Qollarınıgenişaç-
Arzu-diləkdigələn.
Hərsaralandəndeyil,
Bəxtadamsevəndeyil.
Bəlkəheçkəfəndeyil-
Bəlkəbələkdigələn?
Selgəlsə, deməarxvar,
Təpədənqabaqdağ var.
Hələyağışaçoxvar-
Hələküləkdigələn.
Gedənlərdönməzgeri,
Bu birilahisirri.
Ölümünüstəyeri -
Qorxma, mələkdigələn.
1.09. 2001
YUXARI BAŞDAKI ADAM
Yuxarı başdakı adam,
Gəl, bir az da aşağı bax.
Ölən səsin zülmətində
Çabalayan işığa bax.
Hələ toz qonmaz üstünə,
Qapılar üzünə açıq.
Yuxarı başdakı adam-
Bir az ordan aşağı düş,
Bir az adam içinə çıx.
Tanrı səndən yuxarıda,
Allah olası deyilsən.
Çoxları elə bilir ki,
Adam balası deyilsən.
Yuxarı başdakı adam-
Bil ki, təkcə qapıdan yox,
Pəncərədən də daş gəlir.
Haqqa arxa çevirənlər
Sonda qarğışa tuş gəlir.
Yerdən qalxan naləyə bax,
De, çatdımı sənə bu səs?
Bəlkə dərddən yuxarıda
Dayanıb durmağın əbəs...
Üzündə ölüm kölgəsi,
Qan tutubdu bəlkə səni?
Bəxtinmi durub üzünə,
Kimdir çəkən bərkə səni?
Heç üstünə gün düşdümü,
Dərddən xəbərin oldumu?
Göyün yeddinci qatından,
Gələn səhərin oldumu?
Ətəyin əllərdən uzaq,
Yaxandan tutan yox hələ.
Səni məhşər ayağına
Sürüyüb dartan yox hələ.
Axı, hardan biləsən ki,
Göz yaşına tab gətirməz
Bu dünyada nə daş, nə dam.
Bir az da aşağı boylan,
Kölgəyə, işığa boylan.
Adam olmağın vaxtıdır,
Yuxarı başdakı adam.
2004
ƏYRİLƏR DÜZƏLƏN DEYİL
Düzün düz qəlbi var, əyrinin əyri,
Yaxşılar tükənib azalan deyil.
Düzləri qoruyaq əyilməsinlər,
Əyrilər onsuz da düzələn deyil.
İstər çarmıxa çək, istər oda at,
Əyrilər durulmaz çirkli su kimi.
Düz niyyət gül açar təmiz ürəkdə,
Yaxşı adamların arzusu kimi.
Saflıq da bir ovuc toxum kimidir,
Qorusan, cücərib artar, dən tutar.
Əyri adam ki var, bir qəlbə dəyən
Acı söz eşitsə, ona dəm tutar.
Böhtan iməkləyər, yeriməz, ancaq-
Əyrilər istər ki, yerisin o da.
Fəndgir yalanları yaxşı adamlar-
Xöş üz göstərmədən verərlər bada.
Yaxşılar “xərcləməz” qeyrətin-arın,
Pislərin kim görüb əsl üzünü?
Qədrini bilməsək düz adamların,
Heç silmək olarmı şərin izini?
Əyri adamlara nə var ki axı,
Qəlbləri zirehli, sifətləri daş.
Saflar şüşə kimi tez sına bilir,
Yaxşı adamları qoruyaq, qardaş!
Ürəyin düzdürsə, daha nə dərdin,
Yaxşı tanışın da, dostun da olur.
Aldanma dilinə, bil ki, namərdin,
Çörəyi dizinin üstündə olur...
Düzün düz qəlbi var, əyrinin əyri,
Yaxşılar tükənib azalan deyil.
Düzləri qoruyaq əyilməsinlər,
Əyrilər onsuz da düzələn deyil.
22.12.1980
SÖZ
Avazıdır ötüb keçən hər anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynəkli dastanın,
Mürgüləyən yaddaşında sirdi, söz.
Sədasıymış torpağın da, daşın da,
Şəhiddi, qazidi yurd savaşında...
Saxlamışam ürəyimin başında,
Dəyərlidir sərraf olan yerdə söz.
Hər şah beyti çiçək kimi təzə-tər,
“Bəsləsən” sal daşın üstə də bitər...
Öz qınına tez çəkilər qəm-kədər,
Məlhəm kimi yaxılanda dərdə söz.
Halallığı açıq alnım, ağ üzüm,
Hər misrası göz oxşayan bir düzüm...
Nə yaxşı ki yaddaşında var izim,
Həmdəmimdi qələm-kağız, bir də söz...
25.04.2024
BƏLKƏ...
Duman qan-qadalı qaranlıq kaha,
Bəzən bir parça daş, zərdən də baha.
Nədənsə gecikib qalmır sabaha -
Zülmət bir gecəlik qonaqdı bəlkə?
Özgə aləmi var yazın, qışın da,
Hakimdir gözlə qaş, ər savaşında.
Şimşək qara buludların başında -
Çatlayan odlu bir çanaqdı bəlkə?
Sal daşlar yamacın köhnə başmağı,
Külək təbiətin əsib coşmağı.
Sübh çağı, həyalı qadın yaşmağı -
Dan yeri qızaran yanaqdı bəlkə?
Can sızlar nahaqq qan tökülən yerdə,
İnsanlıq möhtacdır ərənə-mərdə...
Tanrı bəxş edibsə, şükr elə dərdə -
Bu da bir imtahan, sınaqdı bəlkə?..
06.05.2024
Mingəçevir şəhəri
Baxış sayı: 304
Bölməyə aid digər xəbərlər