18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
16:24 / 19-11-2026
Mikroavtobus aşıb, xəsarət alanlar var
16:21 / 19-11-2026
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
16:18 / 19-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatdı
16:06 / 19-11-2026
Kuryer polisə zərərli narkotik saxlama faktını aşkar etməyə kömək edib
08:58 / 19-11-2026
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
08:56 / 19-11-2026
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
08:49 / 19-11-2026
Britaniya hökuməti Ukraynaya 1000-dən çox uzunmənzilli dron təhvil verəcəyini elan edəcək
08:46 / 19-11-2026
Tramp Putin və Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini etiraf etdi
22:55 / 18-11-2026
Heqset bildirib ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlıq edəcəklər
22:50 / 18-11-2026
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
16:09 / 18-11-2026
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
16:05 / 18-11-2026
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
16:02 / 18-11-2026
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
15:58 / 18-11-2026
Avtomobildə buzun içinə düşən üç nəfər ölüb
15:51 / 18-11-2026
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
15:47 / 18-11-2026
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
15:44 / 18-11-2026
Jurnalist Trampın Çində harada qaldığını açıqladı
15:38 / 18-11-2026
Kirayəçilər mübahisə zamanı ev sahibini öldürüblər
15:35 / 18-11-2026
İtkin düşən iki uşaq anasının qətli ilə bağlı araşdırma aparılır
15:28 / 18-11-2026
Stritinq Qərb ölkələrini Kiyevə maliyyələşdirməni davam etdirməyə çağırdı
15:25 / 18-11-2026
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
15:20 / 18-11-2026
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
15:16 / 18-11-2026
42 yaşlı mədənçi mədəndə ölüb
15:13 / 18-11-2026
Dmitriyev bildirib ki, Rusiya Avropanın əməkdaşlığa qayıtmasını gözləyir
15:09 / 18-11-2026
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
14:52 / 18-11-2026
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
11:15 / 18-11-2026
Poddubnı Rusiya ilə ABŞ arasında danışıqları pozmaq cəhdlərindən danışdı
11:12 / 18-11-2026
Çin Putinin təhlükəsizlik xidmətinin əməkdaşının "qara portfeli"nin olmadığını gördü
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
Tarix: 19-02-2025 09:01 | Bölmə: Ədəbiyyat

O, əsl elm fədaisi idi. 68 illik ömrünün 44 ilini Azərbaycan ədəbiyyatı tarixinin, əlyazma toplularının tədqiqatına həsr etmişdi. Söhbət filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlıdan gedir.
Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan, görkəmli dramaturq Cəfər Cabbarlının nəslindən idi Sevər Cabbarlı. O, görkəmli ədibin qardaşı nəvəsi idi. Elə Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərinin qəhrəmanı Sevərin adını daşıyırdı.
1957-ci il fevral ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olan Sevər Cabbarlı 1964-cü ildə Cəfər Cabbarlı adına 161 saylı orta məktəbə daxil olub və 1974-cü ildə həmin məktəbi bitirib.
1974-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olub. 1978-ci ilin iyun ayından 1979-cu ilin iyul ayına kimi Əfqanıstanda hərbi hospitalda mütərcim kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini tamamlayıb. 1981-ci ilin yanvar ayından AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayıb. 1983-1985-ci illər ərzində yenidən Əfqanıstana ezam olunub və burada mütərcim kimi çalışıb. 1985-ci ildən 1991-ci ilə qədər ailə vəziyyəti ilə əlaqədar məzuniyyətdə olub.
1991-ci ilin iyun ayından M.Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdili əlyazmaların tədqiqi şöbəsi”ndə elmi fəaliyyətini davam etdirib. Sevər Cabbarlının əsas tədqiqat sahəsi ədəbiyyat və folklor mətnşünaslığı, XVIII-XIX əsrlər əlyazma toplularının (məcmuə, cüng və bəyaz) araşdırılması olub. 1994-cü ildə “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. Alimin əsas elmi nailiyyəti Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, XVIII-XIX əsr əlyazma toplularının araşdırılması, XIX əsrdə yaşayıb yaratmış Azərbaycan şairlərinin əsərlərinin tədqiqi və çapa hazırlanması olub. Ədəbiyyat, folklor və mətnşünaslıq sahələri üzrə tədqiqat işləri aparan Sevər Cabbarlı 42 elmi əsərin müəllifi idi.
28 iyun 2006-cı ildə ədəbiyyat nəzəriyyəsi və mətnşünaslıq ixtisası üzrə dosent elmi adı alıb. Alim 2022-ci ilin martın 18-də 27 mart “Elm Günü” münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.
“XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları”, Şeyx Səfi təzkirəsi, Əlövsət Dərbəndi. “Töhfeyi-əhbab və sovqati-əsbab”, Mirzə Yusif xan Təbrizi. “Yek kəlmə”, Məmo bəy Məmayi. Şeirlər, Seyyid Zərgər. “Mizanül-ədalət”, Novbəri. Seçmə şeirlər, Novbəri. “Növhələr”, Mirzə Sadıq Rahil. “Bəhrül-həqaiq” yaxud “Şərhi-Gülüstan”, “Xəridətül-əcaib və fəridətül-ğəraib” nəşrləri məhz Sevər Cabbarlının tərtibatı əsasında ərsəyə gəlib.
Apardığı elmi tədqiqatları həyatının mənası hesab edən görkəmli alim Sevər Cabbarlı 2025-ci ilin yanvarın 7-də 68 yaşında vəfat edib.
Adında da, elmi fəaliyyətində də Azərbaycan ədəbiyyatını yaşadan Sevər Cabbarlı özündən sonra zəngin elmi irs buraxdı və bu irs onu daim yaşadacaq.
Sevər xanım həm də sadə insan, qayğıkeş ana idi. S.Cabbarlının bir qız və bir oğul olmaqla iki övladı var. Qeyd edək ki, o, Milli Məclisin deputatı Könül Nurullayevanın anasıdır.
Yeri gəlmişkən, Sevər xanımın anası, professor Aşura İsmayılova da 50 il BDU-nun Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. Neçə-neçə gənc elm adamının formalaşması və inkişafında önəmli rol oynayan fədakar alim səmərəli elmi-pedaqoji fəaliyyəti ilə daim fərqlənib. Təsadüfi deyil ki, bu gün ölkəmizin ən müxtəlif elm və təhsil ocaqlarında A.İsmayılovanın çoxsaylı yetirmələri uğurla fəaliyyət göstərir.
Sevər xanım həm də nəcib ziyalı, ən yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan qadını idi. İnsani və mənəvi keyfiyyətləri ilə onu tanıyanların ehtiramını qazanmışdı.
“Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan”. Hər kəs Sevər xanımı bu cür xarakterizə edir. Onu tanıyanlar, birgə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Sevər xanımın daxilən necə zəngin və alicənab bir xanım olmasından xəbər verir. Sevər xanımın təmənnasız xeyirxahlığı, insanlara əl tutması nəciblik və fədakarlıq nümunəsi idi.
Sevər Cabbarlının yoxluğu tək onun yaxınları üçün deyil, həm də onu tanıyanların, sevənlərin itkisidir. Onun əziz xatirəsi sevənlərinin qəlbində daim yaşayacaq.
Sabaha-inamla.az

Baxış sayı: 3 751
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib