22:36 / 05-12-2023
Putin ən isti uşaqlıq xatirəsindən danışıb
22:29 / 05-12-2023
Spartak İlya Kovalçukun qayıtdığını elan etdi
22:24 / 05-12-2023
ABŞ Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib
22:18 / 05-12-2023
Oğlan köməksiz vəziyyətdə üç gün meşədə yatdı
22:07 / 05-12-2023
İsrail ordusu Qəzzada əməliyyatın üçüncü mərhələsinə başlayıb və Xan Yunisi mühasirəyə alıb
21:00 / 05-12-2023
ABŞ Dövlət Departamenti Artem Ussun harada olduğu barədə məlumatlara görə mükafat elan edib
20:54 / 05-12-2023
Qadın mənzildə qaynayan yağın üzərinə su tökərək partlayış törədib
20:48 / 05-12-2023
BOK Rusiyada keçirilən beynəlxalq turnirləri tanımamağa çağırıb
20:42 / 05-12-2023
Onu incidən elektrikə qumbara atıb
20:31 / 05-12-2023
Kubada "Mir" kartları ilə ödəniş edə biləcəklər
20:26 / 05-12-2023
Millətlər Teatrından yeni idman ayaqqabıları oğurlamağa çalışıb
20:08 / 05-12-2023
Lionel Messi "Time" jurnalı tərəfindən ilin idmançısı seçilib
20:01 / 05-12-2023
Partlayışdan sonra taksi yanıb
13:03 / 05-12-2023
Axtarılan "Tanuki"nin təsisçisi Londonda restoran açıb
12:52 / 05-12-2023
Avro 2024 futbol topu mikroçiplərlə doldurulub
12:46 / 05-12-2023
Kart mübahisəsi qətlə çevrilib
12:37 / 05-12-2023
Finlandiya Ukrayna üçün sursat istehsalına başlayacaq
12:30 / 05-12-2023
Bir yaşlı uşağını öldürdüyünü etiraf edib
12:21 / 05-12-2023
BƏƏ-də Beynəlxalq Boks Assosiasiyasının Konqresi keçiriləcək
12:14 / 05-12-2023
The New York Times: HƏMAS oktyabrın 7-də nüvə bazasına zərbə endirib
11:58 / 05-12-2023
İlknur elə orada həbs edildi - Bacılara hökm oxundu
23:56 / 04-12-2023
Nazir şöbə müdirini sədr təyin etdi
23:50 / 04-12-2023
Leyla Əliyeva mötəbər tədbirdə - Fotolar
23:14 / 04-12-2023
Bıçaq xəsarəti olan bir yaşlı uşağın meyiti tapılıb
23:04 / 04-12-2023
Dövlət Dumasının deputatı Həmzəyev pop MMA-nı qadağan etməyi təklif edib
16:01 / 04-12-2023
Qəzza zolağında BMT-nin 111 əməkdaşı öldürülüb
15:57 / 04-12-2023
Rusiya internet peyklərinin aşağı orbitli bürcünü orbitə çıxaracaq
15:53 / 04-12-2023
Turist köpək balığının hücumu nəticəsində oğlunun gözü qarşısında ölüb
15:49 / 04-12-2023
Türkiyənin qərbində zəlzələ baş verib
15:41 / 04-12-2023
Pələng insan ölümünə səbəb olmaqda şübhəli bilinirdi
15:33 / 04-12-2023
General-mayor Vladimir Zavadski Şimal Hərbi Dairəsi zonasında həlak olub
15:26 / 04-12-2023
Rusiya səfiri: "Anti-Rusiya sanksiyalarının nəticə vermədiyini birinci Macarıstan başa düşdü"
15:18 / 04-12-2023
Qadın qızı ilə vəhşicəsinə davranıb
15:14 / 04-12-2023
Mübahisə zəminində kiçik qardaşını bıçaqlayaraq öldürüb
15:09 / 04-12-2023
HƏMAS bildirib ki, 10 İsrail tankı və zirehli transportyorunu vurub
12:14 / 04-12-2023
Deputat Şeremet satqınlar üçün “Bayden medalı” təsis etməyi təklif edib
12:09 / 04-12-2023
Yaponiyada amerikalı tiltrotor ekipaj üzvlərinin cəsədləri tapılıb
12:01 / 04-12-2023
İsrail ordusu Qəzzada HƏMAS batalyonlarından birinin komandirinin məhv edildiyini açıqlayıb
XOCALI FACİƏSİ AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI AKTI, XALQIMIZIN QƏHRƏMANLIQ NÜMUNƏSİDİR-Ramiz QASIMOV
Tarix: 24-02-2023 20:13 | Bölmə: Ədəbiyyat

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni terror qruplaşması və rus hərbi qüvvələrinin birləşməsi əvvəlcədən planlaşdırılmış vaxt və formada Azərbaycan xalqına qarşı dəhşətli bir qanlı faciə törətmişlər. Soyqırımı aparmaq niyyəti ilə törədilən, amansızlıq və qəddarlıq faktlarına görə dünyada təkrarı olmayan Xocalı faciəsi erməni millətçilərinin növbəti xəyanət aktı idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı ... XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir”. Görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Burda törədilmiş terror üsulları və miqyasını, amansızlıq və qəddarlıqları təsvir etmək üçün söz tapmaq olmur. Ancaq erməni quduzları üçün bu insanlığa təhdid olan soyqırımı faciəsi böyük nəşə və şizofrenik istəklə həyata keçirilmişdir. Bu faciə barədə bəhs edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çox doğru olaraq qeyd edirdi ki: “Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil,bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi”.
Xocalı faciəsi XX əsrin qətl və qəddarlıq simvoludur
Baş vermiş faciə nəticəsində Xocalı şəhəri yerlə-yeksan olunaraq tarix səhnəsindən silinmiş, coğrafi cəhətdən məhv edilmişdi. Həm də bu soyqırımı nəticəsində bir gecədə 613 nəfər həlak olmuş, 487 nəfər əlil edilmiş, 1275 nəfər əsirliyə götürülmüş, 150 nəfər itkin düşmüşdür. Ölən insanların 106 nəfəri qadın, 63 nəfəri isə uşaq idi. Habelə əsir götürülmüşlərin, itkin düşmüşlərin, əlil olmuşların arasında çoxlu sayda uşaqlar vardır. Bəli, faciənin miqyasının, xüsusilə, uşaqları əhatə etməsi bu facənin misligörünməzlik təzahürüdür. Baş vermiş bütün faktlar onu qətiyyətlə deməyə imkan verir ki, törədilmiş bu məqsədli, qanlı terror aktı bilavasitə Azərbaycan ərazisini işğal etmək niyyəti ilə yerli əhaliyə qarşı keçirilmiş genişmiqyaslı soyqırımı aktı idi. Dinc əhaliyə aman verilməməsi, əvvəlcədən düşünülmüş planla yollarda pusqu qurulması və keçidlərdə əhalinin yaşına, onun uşaq, böyük, qadın, qoca, xəstə, çarəsiz olmasına baxmadan güllə-baran edilməsi bu faciənin düşünülmüş və soyqırımı məqsədi ilə törədildiyini təsdiq edir. Qırğına məruz qalmış əhalinin məhz bir millətə – azərbaycanlılara aid olması, faciə zamanı yalnız azərbaycanlıların kütləvi surətdə amansızlıq və qəddarlıqla öldürülməsi azərbaycanlılara qarşı erməni millətinin soyqırımı törətməsi faktını tam mənası ilə təsbit edir. Bu soyqırımı aktında Xocalı şəhəriazərbaycanlılardan ibarət əhalisi ilə birlikdə xüsusi amansızlıqla məhv edilmiş və Xocalı adlı şəhər yer üzündən yox edilmişdir. Faciəni törədən erməni və rus hərbi birləşmələrinin iştirakçıları nəinki beynəlxalq humanitar hüquq normalarını ayaqlamış, hətta ən adi insanlıq dəyərlərini aşmış, ən adi insani hisslərdən məhrumiyyətlə belə bir faciə törətməyə qadir olduqlarını nümayiş etdirmişlər. Ən amansız və qəddar üsullarla dilsiz-ağızsız uşaqları öldürən, valideynlərinə göz dağı verən, insani dəyərləri aşan ermənilər nə qədər qəddar və amansız olduqlarını bir daha nümayiş etdirdilər. Faciənin miqyasının, xüsusilə, uşaqları əhatə etməsi və uşaqların erməni vandallarının ən qəddar və amansız cəza üsullarından yayınmaması bu facənin misligörünməzliyinin faktlarındandır.Körpə, məsum, dilsiz-ağızsız, hələ хеyirlə-şəri, dоstla-düşməni, sеvinclə-qəmi, dоstluğu və düşmənçiliyi bilməyən günahsız uşaqların dillərindən çıхan acı şəhadətlər adamı dəhşətə gətirir. 7 yaşlı Yavər dеyir: “Оrda Əhməd dayının başını kəsdilər. Əvvəlcə məcbur еtdilər ki, əllərini yuхarı qaldırsın, sоnra qоllarını bağlayıb başını kəsdilər və оnunla оynamağa başladılar… tоp kimi. Qulaqlarını kəsib götürdülər... Muğam adlı cavanı atasının göz yaşlarına və yalvarışlarına baхmayaraq gözünün qabağında öldürdülər. Başlarına yüz оyun açandan sоnra kişinin qızını, arvadını və gəlinini də öldürdülər... İki yaşlı Natəvanıgüllələdilər ki, ağlamasın... Anasını əvvəl öldürmüşdülər… çох ağlayırdı...” Abdullayеva Vüsalə 4 yaşında, Abdullayеva Хəyalə yaş yarımında, Ağayarоv Nəbi 10 yaşında, Ağayarоva Sеvinc 7 yaşında, Ağayarоv Rоman 6 yaşında... bir ananın üç balası... оnlardan ikisinə güllə dəydi... yaradan öldülər. Rоman isə dоndu öldü... 19 yaşlı Хumar Səlimоva dеyir: “Talеyi ağzından güllələyib öldürdülər, sоnra arvadının gözünün qabağında başını əzməyə başladılar, arvadı qışqıranda оnu da güllələdilər. Bir yaşlı Samir ölmüş anasının üstündə iməkləyir, qışqırır, ağlayırdı, çох bərkdən ağlayırdı, оnda bir еrməni avtоmatın qundağı ilə оnun başını əzdi”... Хоcalı faciəsini törətməkdə şərik оlan 366-cı rus mоtоatıcı alayının əsgəri Viktоria İvlеva danışırdı ki: “Gördüm, qarşı tərəfdən buluda охşar nəsə gəlir. Aydın оldu ki, bu, yarıçılpaq insan kütləsidir. Azərbaycanlılardan ən aхırda qarın içi ilə üç uşağı ilə birgə ayaqyalın qadın gеdirdi. Məlum оldu ki, uşaqlarından ən kiçiyi cəmisi ikigünlükdür”. Хоcalı faciəsinin bilavasitə iştirakçısı olmuş “İzvеstisiya” qəzеtinin müхbiri V. Bеlıх də yazırdı: “Bеlə şеyi dəhşətli yuхuda da görmək mümkün dеyil... dеşilmiş gözlər, kəsilmiş qulaqlar, çıхardılmış skalplar, kəsilmiş başlar...kəndirlə zirеhli maşının arхasına bağlanaraq uzun müddət sürüklənmiş, bir-birinə sarınmış bir nеçə mеyid... vəhşiliyin həddi-hüdudu yохdur...”. Hərbi təyyarəçi mayоr Lеоnid Kravеts isə danışırdı ki: “Yохuşa səpələnmiş iki yüzə yaхın mеyid gördüm. Yеrli milis kapitanı da bizimlə idi. О, оrada öz dörd yaşlı оğlunu tapdı... başı əzilmiş... və dəli оldu...Başqa bir uşağın başı kəsilmişdi. Hər tərəfdə şikəst еdilmiş qadın, uşaq, qоca mеyidlərini gördüm...”. Хоcalı faciəsinin btlavasitə törədicilərindən оlan еrməni Daud Хеyriyan da öz kitabında yazmışdı: “Martın ikisində mеyidlərin yandırılması ilə məşğul оlan “Qaflan” qrupu yüzdən artıq azərbaycanlı mеyidi yığdı və yandırdı. Sоnuncu maşında mən alnından və əllərindən yaralanmış оn yaşlı qız gördüm; aclığa, sоyuğa, aldığı yaralara baхmayaraq bu sir-sifəti gömgöy göyərmiş üşaq hələ sağ idi. О yalnız nəfəs alırdı. Tеzliklə Tiqrinyan adlı bir əsgərbu hərəkətsiz qızı götürüb mеyidlərin üstünə tulladı... sоnra оnlara оd vurdular”. Еrməni azğınları sоyqırımı törətmək və faciələr yaratmaqda pеşəkar оlmalarını və еrmənilik хasiyyətlərini nümayiş еtdirərək “bütöv ailələri məhv еdir, açıq qətllər təşkil еdir, adamların diri-diri dərisini sоyur, qulaqlarını kəsir, skalpını çıхardırdılar, hamilə qadınların qarnını yarır... uşağı çıхarır, ölmüş qadının yarılmış qarnına ərinin kəsilmiş başını sохurdular...”. Faciə zərərçəkənlərindən biri dеyirdi ki, həttahamilə qadının yarılmış qarnınadiri pişik ötürür, qadının nеcə əzab çəkməyinə və acılar içərisində can vеrməsinə gülümsəyərək tamaşa еdirdilər. Bütün bu faktlar Хоcalı qətliamının dünyada qətl və qəddarlıq simvоlu, еrməniçiliyin nə qədər bəşəriyyət və insanlıq üçün təhlükəli və qоrхunc оlduğunu göstərir. Heç də təsadüfi deyildi ki, Amerika konqresmeni Don Barton ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini “dünyanın qətl və qəddarlıq simvolu” adlandırırdı.
Bu hadisələri təhlil etdikcə ermənilərin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz genosid - soyqırımı niyyətinin dayandığını aşkar surətdə görmək olar. Çünki soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş cinayət hərəktlərinə deyilir. Soyqırımı – beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri-bir sözlə yaşam tərzi olanmilli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. BMT-nin “Soyqırımı cinayətininqarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına, BMT Baş Məclisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsinə uyğun olaraq soyqırımı siyasəti və aktı olması haqda hüquqi əsasını tapan Xocalı hadisəsi Azərbaycan və azərbaycanlılara qarşı erməni şovinizmi və terrorizmi tərəfindən törədilmiş bir genosiddir. Necə ki ümummilli lider Heydər Əliyev də Xocalı faciəsinin xalqımızın tarixində xüsusi yeri olduğunu vurğulayaraq deyirdi: “Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalıya ədalət!!!
Xocalı hadisələri həm də xalqımızın qəhrəmanlıq nümunəsidir. Təpədən dırnağa kimi silahlanmış və planlı hərbi müdaxiləyə qarşı mübarizədə əliyalın olmasına baxmayaraq, xocalılar qəhrəmanlıqla döyüşmüş, torpaqlarının müdafiəsi uğrunda canlarından keçmişlər. Bu qeyri-bərabər döyüşlərdə göstərdikləri rəşadətli qəhrəmanlıqlara görə Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Araz Səlimov və Natiq Əhmədov kimi igid oğlanlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir: “Xalqımızın qəhrəman, igid övladları tоrpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid оlublar. Ancaq bütün bu tarixin içində Xоcalı faciəsinin xüsusi yеri var. О da оndan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xоcalı sakininin öz tоrpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Еrmənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı еdilən sоyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət verən: “Bizim bugünkü Azərbaycan rəhbərliyinin və ölkə vətəndaşlarının qarşısında dünya siyasi dairələri və beynəlxalq ictimaiyyəti üçün Xocalı faciəsinin..., xalqımıza qarşı törədilən cinayətlərin xarakterini və miqyasını bütün çılpaqlığı ilə açıb göstərmək, məzlum, əzabkeş cildinə girmiş erməni millətçilərinin əsil simasını ifşa etmək vəzifəsi durur”, - deyən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisələrin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmış, eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Bundan başqa ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətinin beynəlxalq miqyasda ifşası istiqamətində xeyliişlər görülmüş, habelə xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, faciə ilə bağlı bir çox internet saytları yaradılmışdır. Bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən sayılan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl və məqsədyönlü tədbirlər görülür. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəsi açılıb göstərilməlidir”.
Bu məqsədlə Azərbaycanlılara qarşı soyqırımı siyasətinin bütün dünyada tanıdılması və erməni terrorizminin ifşa edilməsi baxımından Heydər Əliyev fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı ilə bağlı xeyli sayda sənədli filmlər və müxtəlif dillərdə zəngin kitablar ərsəyə gəlmişdir. Ölkəmizin paytaxtı Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın digər bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidələr də bu yolda böyük töhfədir. Xocalı sakinlərinin timsalında azərbaycanlıların qəhrəmanlığı, millətimizin fədakarlığı əbədiləşdirilmiş, təbliği yolunda çox mühüm işlər görülmüşdür. Bu da qeyd olunmalıdır ki, görülən işlərin nəticəsi olaraq dünyanın bir çox ölkələrində Xocalı soyqırımı qurbanlarına abidələr qoyulmuş, müxtəlif sənədlər qəbul edilmişdir. Bir sıra ölkələrdə Xocalı soyqırımı hadisəsinin Azərbaycanlılara qarşı soyqırımı aktı olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sənədlər Azərbaycan dövlətinin bu sahədəki siyasi əzminin, düzgün və peşəkar diplomatiyasının, aparılan ardıcıl və məqsədyönlü işlərinin uğurlu nəticəsidir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər və əldə olunan nailiyyətlər də dövlət siyasəti sayəsində həyata keçirilən ardıcıl işlərin nəticəsi olaraq mühüm əhəmiyyət daşıyır. Azərbaycanlıların yaşadığı, azərbaycanlı diasporunun fəaliyyət göstərdiyi hər bir yerdə Xocalı soyqırımı qurbanlarının yad edilməsi və müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsi də bu sahədə milli həmrəylik və iradə birliyinin əzmini nümayiş etdirir.
Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin ruhuna təskinlikdir!
Xalqımızın mübarizə tarixində Xocalı hadisələri faciəli olsa da, qəhrəmanlıq nümunəsi kimi xatırlanır. Bu faciədə qurban gedən hər bir xocalılı öz fədakarlığı və mübarizə əzmi ilə qəhrəmanlıq və vətənpərvərliyin nümunəsini yaratdı. Bu gün qarşımızda duran vəzifələrdən biri də vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq və mübarizə ənənələrini, ideallarını qorumaqdan ibarətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”. Əlbəttə, hər bir azərbaycanlı bu tarixi hadisələrdən üzərinə düşən vəzifəni yaxşı bilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi: “Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”. Və müstəqil Azərbaycan dövləti təkcə təsəlli olmadı, həm də qayğı və mübarizəni də müvəffəqiyyətlə həyata keçirdi. Sülh məramlı siyasət yürüdən Azərbaycan dövlətinin iradəsindən fərqli olaraq Ermənistan tərəfi hələ də Azərbaycanın dinc mülki əhalisini körpə, uşaq, qoca, qadın demədən qurbana çevirirdi. Xocalı faciəsi, körpə Zəhranın və onun kimi uşaqların günahsız qətli hələ də dünya dövlətlərindən insan haqları tələbinə cavab ala bilməyib. Gəncədə, Tərtərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi terror hadisələri və həlak olan insanlar, uşaqlar, şikəst qalan vətəndaşlar, dağılan evlər humanizmə çağırış edən dövlətlərdən hələ də ədalətli qərar gözləməkdədir. Beləliklə, ikili siyasət sülhsevər, humanist, işğala məruz qalmış Azərbaycanın haqlarının bərpasına imkan vermirdi. Lakin Azərbaycan dövləti hər kəsə göstərdi ki, o öz ərazi bütövlüyünü hər an təmin etməyə qadir və qabildir. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Milli Ordusu Azərbaycan xalqının və dövlətinin iradəsini, əzmini uğurla nümayiş etdirərək göstərdi ki, biz bu anı hər an yaxınlaşdıra bilərik. 2018-ci ildə uğurlu Günnüt əməliyatı da sübut etdi ki, peşəkar Azərbaycan Silahlı Qüvvələri qələbə və zəfər üçün istənilən an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Və o gün uzaqda olmadı!!!...2020-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərinə yenidən hərbi müdaxilə etmək cəhdləri Azərbaycanın tarixi ədaləti bəpa etmək məqsədinə zərurət yaratdı. Azərbaycan Respublikasının uzaqgörən rəhbəri, Zəfər müjdəli Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında mənfur Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatları aparmaqla düşmənə elə bir dərs verdi ki, çətin ki onlar bir daha Azərbaycan torpaqlarına tərəf baxa bilsinlər. Cəmi 44 gün çəkən bu müharibədə nəinki ermənilər geri çəkilməyə məcbur oldular, hətta Ermənistan ordusu haqqında yaradılmış mifi Azərbaycan Milli Ordusu özünün qəhrəmanlıq əzmi,döyüş məharəti, ən müasir döyüş texnikası və taktikası ilə darmadağın etdi. Ermənistan Silahlı Qüvvələri həm xeyli sayda – minlərlə canlı qüvvə, həm də ağır texnika və sursatlar itirərək darmadağın olundular.Bütöv bir ordu Azərbaycan Milli Ordusunun yalnız kiçik bir qisminin qarşısında büsbütün məhv edilərək silahlarını və döyüş bayraqlarını ataraq hərbi mövqelərini qoyub qaçmağa məcbur oldular. Ən qısa zamanda müharibə Ermənistan mifinin darmadağın olunması, Azərbaycanın möhtəşəm Zəfəri vətarixi ədaləti bərpası ilə nəticələnd:Azərbaycan işğal edilmiş ərazilərindən işğalçını çıxartmağa nail oldu, Şuşanı və digər əraziləri ilə qəhrəmanlıqla döyüşərək azad etdi, Ermənistan noyabrın 10-da biabırçı məğlubiyyətini qəbul etməyə və təslim olmağa vadar oldu. Aərbaycan Ordusunun göstərdiyi döyüş taktikası və üsulu dünyanın müharibələr tarixinə yeni, şanlı bir səhifə açdı və qızıl hərflərlə yazdırdı. Şuşa istiqamətində Azərbaycan əsgərlərinin göstərdiyi döyüş məharəti, əzm və qəhrəmanlıq nümunəsi tarixin ən misilsiz döyüş və vətənpərvərlik örnəyi olaraq hələ də xatırlanacaq, gələcək nəsillərə vətənpərvərlik və qəhrəmanlıq mirası olacaqdır. Azərbaycanın Vətən müharibəsindəki zəfəri həm 30 illik ağrımıza məlhəm, vətəndaşımıza qürur mənbəyi, həm də Xocalı faciəsi qurbanları və ümumən ərazi bütövlüyümüz uğrunda həlak olanların ruhuna təskinlikdir!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 271
Bölməyə aid digər xəbərlər

30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski
7-08-2023, 22:22
Uşaq kitablarının illüstratoru Nikolay Ustinov vəfat edib
13-07-2023, 14:50
“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib
10-07-2023, 19:57
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
7-07-2023, 22:48
QHT Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ edəcək
30-06-2023, 23:49
Həmişə sizinlə olan cəhənnəm-Əkbər Qoşalı
28-06-2023, 20:10
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
23-06-2023, 20:44
Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
22-06-2023, 22:44
TANINMIŞ ALİMİN “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TARİX VƏ MÜASİRLİK” MONOQRAFİYASI NƏŞR EDİLİB-Ramiz Qasımov
22-06-2023, 22:37
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
10-06-2023, 20:04
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
27-05-2023, 22:21
Detektiv yazar Elbrus Kəlbiyevlə görüş keçirilib
24-05-2023, 00:22
Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans olub
19-05-2023, 19:17
Nizami Gəncəvi Dühası-Anar Rzayev
18-05-2023, 20:14
“Axtarışlar” jurnalının yeni nömrəsi nəşrdən çıxıb
17-05-2023, 19:52
“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub
16-05-2023, 21:02
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
5-05-2023, 21:54
Əhliman Ərəfsəli doğma kəndində yad edilib
5-05-2023, 21:38
“Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb
5-05-2023, 20:34
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
1-05-2023, 21:21
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov
28-04-2023, 22:44
Vüqar Əhmədi- İbrahim Yusifoğlu
26-04-2023, 21:13
“Şərur rayonunun tarixi” monoqrafiyası nəşr olunub
18-04-2023, 20:48
Gülbəniz Babayeva: "40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçib Vüqar Əhməd"- VÜQAR ƏHMƏD-60
16-04-2023, 01:19
GETMİŞDİM, YENƏ GƏLDİM,,,-İSMAYIL İMANZADƏ MƏRCANLI
9-04-2023, 01:02
MÜSABİQƏ UĞURLA SONA ÇATDI- HEYDƏR ƏLİYEV-100
5-04-2023, 02:27
Yeni monoqrafiya təqdim olunub
1-04-2023, 19:55
Erməni vandalizmindən bəhs edən toplu çapdan çıxıb
29-03-2023, 22:25
QİSAS - hekayə-Rəna Abdullayeva
29-03-2023, 20:09
Həyat çəkib çox sınağa, gah alqışa, gah qınağa, dönüb sözü nur, çırağa...-VÜQAR ƏHMƏD – 60
28-03-2023, 22:45
İlahiyyat İnstitutu növbəti dərsliyini nəşr etdirib
26-03-2023, 21:36
Aqata Kristinin kitabları senzuraya məruz qalıb
15-03-2023, 00:01
85 yaşı tamam olan Anar: “105 il yaşamaq istəyirəm”
14-03-2023, 08:19
Bakıda Mehmet Akif Ersoyun yubileyi keçirildi
8-03-2023, 23:55
Yazıçı Daria Dontsova ərini itirdi