23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
20:00 / 16-09-2026
Tikinti bazarı yanır
19:58 / 16-09-2026
Beynəlxalq Cinayət Məhkəməsi (BCC) Filippinin keçmiş prezidentini həbsdə saxlamaq qərarına gəlib
19:53 / 16-09-2026
Medvedev: "Rusiya ya böyük bir güc ola bilər, ya da ümumiyyətlə mövcud olmayacaq"
19:50 / 16-09-2026
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
19:47 / 16-09-2026
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
19:44 / 16-09-2026
Ermənistan İrəvanın Azərbaycan və Türkiyədən qaz ala biləcəyini bəyan edib
19:39 / 16-09-2026
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
19:35 / 16-09-2026
"Qazel" markalı yük maşını Lenin abidəsinə çırpılaraq onu çatladıb
19:32 / 16-09-2026
Prokuror sui-qəsd cəhdində üçüncü təqsirləndirilən şəxsə 22 il həbs cəzası istəyib
19:28 / 16-09-2026
Jurnalist və xarici agent qiyabi olaraq həbs edilib
19:24 / 16-09-2026
İntim fotolar göndərdiyinə görə iki qadın məhkəmə qarşısına çıxacaq
19:21 / 16-09-2026
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
19:18 / 16-09-2026
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
19:14 / 16-09-2026
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
18:58 / 15-09-2026
Lantratova Ukrayna ilə yeni məhbus mübadiləsi üçün fəal hazırlıqların aparıldığını bildirib
18:39 / 15-09-2026
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
18:37 / 15-09-2026
Kreml Kiyevin Rusiya enerji obyektinə hücum cəhdi barədə gecə məlumat verdi
18:33 / 15-09-2026
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
18:29 / 15-09-2026
Lukaşenko: "Belarusda siyasi məhbus yoxdur, çünki belə bir maddə yoxdur"
18:25 / 15-09-2026
Taylanddan Rusiyaya narkotik qaçaqmalçılığına görə 16 il həbs cəzası alıb
18:22 / 15-09-2026
İtkin düşən 12 yaşlı oğlan sağ tapılıb
18:19 / 15-09-2026
Keçmiş meri öldürən nəvə qonşularına yalan danışdı
18:16 / 15-09-2026
Polşa Prezidenti sutenyorluqla bağlı qalmaqallı bir nəşrə görə "Onet"i
18:10 / 15-09-2026
ABŞ İranla müharibənin Vaşinqtona nə qədərə başa gəldiyini açıqladı
18:07 / 15-09-2026
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
XOCALI QƏTLİAMINDAN BƏHS EDƏN“MEŞƏ PƏRİSİ”, “YARALI QADIN”, “MƏSUM”HEKAYƏLƏRİ HAQQINDA FİKİRLƏRİM
Tarix: 24-02-2023 12:07 | Bölmə: Ədəbiyyat

Qədim tarixə və zəngin ənənələrə malik Naxçıvan ədəbi mühiti Azərbaycan söz sənətinin inkişafına zaman-zaman dəyərli töhfələr bəxş etmişdir. Bu ulu diyarın yetirmələri Azərbaycan ədəbiyyatının yüksəlişində, onun yeni mövzu və ideyalarla zənginləşməsində mühüm rol oynamışlar.XX əsrin 90-cı illərindən vətənpərvərlik, şəhidlik, düşmənə nifrət mövzularının ədəbiyyatda ön plana keçməsi tarixi gerçəkliklərin bədii ədəbiyyata gətirilməsinin məntiqi nəticəsi idi.Çox təəssüflər olsun ki, Qanlı Yanvar faciəsi və Xocalı soyqırımından sonra bədii ədəbiyyatımıza tamamilə yeni bir obraz - Qərənfil obrazı daxil oldu: günahsız insanların qanlarının, şəhid məzarlarının üstünü örtmək üçün! Azad Azərbaycan uğrunda canından keçən şəhidlərimiz və şəhidlik mövzusu bu zamandan ədəbiyyatımızın ana mövzularından biri olmağa başladı. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında da qeyd olunduğu kimi şəhidlik mövzusu, şəhidlik zirvəsini fəth və tərənnüm edən bədii nümunələr Azərbaycan ədəbiyyatında heç zaman 1990-cı illərdəki qədər olmamışdır. Ümumən Azərbaycan ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitinin nümayəndələri də bu faciələri ümumxalq kədəri, matəmi, həm də qəhrəmanlıq tariximiz kimi dəyərləndirmişlər. İctimai əhəmiyyətli mövzuları bədii ədəbiyyata gətirməkdə daim maraqlı olan Naxçıvan ədəbi mühitinin nümayəndələrinin demək olar ki, hər birinin yaradıcılığında hansısa bir janrda 20 Yanvar və Xocalı harayı öz bədii əksini tapmışdır.
Bədii yaradıcılığa hekayə və mənsur şeirlərlə başlayan, sonralar “Qaçaq Quşdan”, “Qarabəkir əfsanəsi”, “Kalbalı xan”, “Qan içində işıq” irihəcmli tarixi nəsr əsərləri ilə oxucuların rəğbətini qazanan tanınmış yazıçı Güllü Məmmədovanın (1947) əsərlərində “hər hansı hadisənin təsvirindən daha çox onun oyatdığı duyğuları, obrazların hissi-mənəvi yaşantılarını dolğun bədii səviyyədə təqdim etmək başlıca məziyyət kimi ön planda dayanır” (Professor Hüseyn Həşimli). Onun “Ağır gün”, “Meşə pərisi”, “Körpə” hekayələri müstəqillik uğrunda mübarizədə və erməni qaniçənlərin elan olunmamış müharibəsində törədilmiş faciələrdən – Qanlı Yanvar və Xocalı faciəsindən bəhs edir. Bu hekayələr qanlı tariximiz – erməni terrorizminin ifşasıdır. Çarəsizliyin insana yaşatdığı əzabların ifadəsi olan “Meşə pərisi” və “Körpə” hekayələri isə heç bir zaman və məkanla bağlı qeydlər olmasa belə, Xocalı faciəsinin baş verdiyi günlərin hadisələrindən bəhs edir. Hətta yüzlərlə bu mövzuda bədii əsər qələmə alınsa da, real zəmində Xocalıda günahsız insanlara qarşı törədilən insanlıq adına sığışmayan qəddarlıq, qaniçənlik, faşizm, soyqırım aktlarının mindən birini belə bədii şəkildə ifadə etmək mümkün deyil. Birinci hekayədə reallıqdan daha çox müəllif arzularının əksini daha qabarıq hiss edirik. Hekayə Xocalı şəhərinın sakinlərindən olan gənc, nişanlı bir qızın gecənin qaranlığında isti ocağından “hürüküdülmüş vəhşi at kimi baş götürüb” şəhərin axırıncı evindən sonra başlayan düzənlik boyu və meşəyə doğru qaçmağının təsviri ilə başlayır. İstər yandırılmış şəhərin, istərsə də qızın aldığı fiziki və mənəvi zərbələrin təsviri insan qəlbini parçalayan, həqiqətən baş vermiş tarixi cinayətin bədii sözlə təsvir edilməsində aciz qalınan ifadəsidir: “Üstünü qar örtmüş çöllük qızın yalın ayaqlarının altında ağappaq tikanlığa oxşayırdı. Çünki qız ayağını haraya qoyurdu, elə bil ayaqlarına yüz yerdən iynə sancılırdı. Göynərtisi topuqlarına qədər işləyirdi. Əgər ürəyi sinəsində qorxudan, vahimədən şiddətlə çırpınmasaydı, sakit-sakit döyünsəydi, bəlkə də özünü meşəyə çoxdan yetirmişdi”. Çöllükdə onun kimi ölümlə gizlənpaç oynayanların sayının çoxluğundan xəbərdar olan gənc və qorxmaz qız meşədə qurulan pusqudan xəbərsiz olduğundan orada öz doğma xalqının nümayəndələrindən kimisə tapmaq və birlikdə xilas olmaq ümidiylə dayanmadan irəli qaçırdı. Talada kənardan izlədiyi hadisə - şəhəri qızmar tiyana döndərən erməni şeytanlarından birinin “ovladığı” azyaşlı oğlanı: “Mən türk qanı içməyi xoşlayıram. Səni indi asıb qoyun cəmdəyi kimi parçalayacam. Qanından içib qızışacam” – sözləri ilə cəllad soyuqqanlığı ilə ağacın möhkəm budağından asmağa çalışması gənc qızı hiddətləndirir. İndicə yurd-yuvasını, ev-eşiyini dağıdıb yandırmış, nə qədər insanı qəddarcasına həlak etmiş bu vəhşi dığadan heç olmazsa bir soydaşını xilas etmək arzusu içində baş qaldıran bu gənc qız ona hədəfi nişan almağı öyrədən nişanlısının: “Bir gülləni özün üçün saxla, düşmənə əsir düşməkdənsə, özünü öldür”- sözlərini xatırlayır, lakin bu dəqiqə, bu anda özündən çox düşmən əlində olan yaralı soydaşını xilas etməyi daha üstün hesab edir. Erməni cəlladını kəndiri ağaca asmaq istədiyi anda elə əlindən sərrast nişan alaraq yaralayan qız sonra da öz qanını özünə içirərək türk qanına susamış bu vəhşiyə ibrət dərsi verir. Qarşıda meşədə onları sayı-hesabı bilinməyən erməni quduzlaşmış dığalarını gözlədiyini bilə-bilə oğlanın birinci ölüm təhlükəsindən xilas olmağının sevincini müəllif son dərəcə təbii ifadə edə bilmişdir: “Oğlan söz tapıb deyə bilmirdi. Ona elə gəldi qız nağıllardan uçub gəlmiş pəridi. Gəldi və onu şeytanın caynağından qopardı”. Ayaqları yarıdonmuş vəziyyətdə olan “Meşə pərisi” və oğlanın bir-birinə kömək edə-edə meşəyə daxil olmaqları və kölgələrinin ay işığına bürünmüş ağaclıqda gözdən itməsi ilə hekayə tamamlanır. Hər iki obrazın da sonrakı taleyi, meşədə hansı çətinliklərdən keçib-keçmədikləri barədə oxucu məlumatsız qalır. “Körpə” hekayəsində yenə qanlı faciə günlərində qarlı, şaxtalı havada, düşmənin əlinə keçməmək üçün Ermənistan dağlarından adlayıb Azərbaycan tərəfə keçən bir ananın qundaqda bərk-bərk bükülmüş körpəsini kolluğun altında gizlədərək 4 övladından üçünü çox böyük çətinliklə gətirib bu taya çıxarması, lakin ana qəlbinin heç bir vasitə ilə rahatlıq tapa bilməməsi, sonradan xeyirxah insanların köməyilə həmin yerə qayıdıb körpəsini sağ tapa bilməsinin sevinci əks olunmuşdur.
Gənc şairə, jurnalist Təranə Arifqızının (1971) Vətən müharibəsi mövzusunda “Qıfıl”, ermənilərin zaman-zaman torpaqlarımıza göz dikməsindən bəhs edən “Sirli təbəssüm”, müstəqilliyimizin ilk illərinin çətinliklərini bədii dillə ifadə edən “Keçid”, tutduğu vəzifədən sui-istifadə edənlərin tənqid olunduğu “Təzyiq”, insanın dünyasını dəyişdikdən sonrakı ikinci həyatının təsvir olunduğu “Ürək”, “Son nəfəs” və Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Yaralı qadın” hekayələri müəllifin hekayə janrında olduqca müxtəlif ictimai məzmunlu, milli və hətta bəşəri mövzulara toxunduğunu göstərir. Sonuncu hekayə bədii təsir gücü baxımından diqqəti cəlb etmiş və əski Azərbaycan əlifbası ilə İranda “Yeniqapı.com” saytında da verilmişdir. Hekayədə düşmənə qan udduran igidin anası ağbirçək qadının cavan gəlini və nəvələrini vəhşi cəlladların əllərinə verməməkçün etdiyi cəhdlər, gəlini və südəmər körpə də daxil olmaqla 2 nəvəsinin, ətrafdakı digər insanların başına gətirilən faciələr, insanlığa yaraşmayan vandalizm və s. erməni vəhşiliklərinin gələcək nəsillərə tanıtdırılması baxımından əhəmiyyət kəsb edir. Ağbirçək ananın əsərdə bilavasitə iştirak etməsə də, igid, cəsur bir komandir kimi obrazı yaradılmış oğlunu divardan asılmış şəklindən tanıyan saqqallı erməni dığası onun şəklindən belə diksinir: “Gözünün önünə on gün bundan qabaq tək canıyla onların əlliyə yaxın adamını öldürən, iki topunu, bir tankını məhv edən döyüşçü gəldi. Bu, o idi. Onlara qan udduran, ürəklərinə qorxu salan komandir. Son gülləsinə kimi onların gözünün odunu alan qəhrəman tankla bərabər özünü də məhv etmişdi”. Ağsaçlı ananın məğrur baxışları, sözləri, mənfur düşmənin qarşısında qürurla dayanmağı, aldığı zərbələrin dözülməzliyinə baxmayaraq, diz çökməmək üçün israrla duruşu əsl Azərbaycan qadınına xas olan cəhətlər kimi səciyyələnir. Ana özü məhv olsa da, saqqallı vəhşini də düz ürəyinin başından bıçaqla yaralayaraq məhv edə bilir. Daha sonra işgəncələrə məruz qalan həmin ananın cavan gəlini və iki uşağı olur. Müəllif bu vandalizm hadisəsini deyil, onun tükürpədən nəticəsini gözlər önündə canlandırır: “Üz-gözü qana bulaşan körpənin zəif iniltisi donmuş sükutu pozurdu. Qadın balasının hənirini hiss edib, şaxtadan ağaca dönmüş, parça-parça olmuş əlləri ilə onu axtarıb tapdı. Ağrıdan qıvrılaraq, bir əlini yerə dayaq verib dikəlməyə çalışdı. O biri əlilə onu özünə tərəf çəkdi. Anasının qoxusunu almış uşaq boş qalmış yaralı sinəni balaca əlləri ilə qucaqladı. Dəhşətli ağrıdan qadın şüurunu itirdi, amma körpəni buraxmadı. Körpə balaca, titrək dodaqları ilə axtardığını tapmasa da, təzə yaranın ortasından axıb paltarda laxtalanan süd qoxulu qanı acgözlüklə əmməyə başladı. O, qeyri-ixtiyari balasını bağrına basdı. Soyuq hava onu bir az özünə gətirdi. Amma, kaş ki, özünə gəlməsəydi. Qadının gözü biləyinə göy muncuq bağlanmış tək ələ sataşdı. Qan sağılmış gözlərini yumub, bir də açdı. “Demək...oğlumu da...”! Onsuz da nə çığırmağa, nə də ağlamağa heyi qalmamışdı. Nitqi qurudu. Körpəsini bərk-bərk sıxmış qolları yavaş-yavaş boşaldı... Yenidən huşunu itirərkən – “Aman Allah! Allah cəzanızı versin, vəhşilər, əclaflar!” - deyə çığıran doğma səsləri eşitdi”. Daha sonra müəllif “ac qurdların körpə quzuları parçaladığı dumanlı bir qış günü” işgəncələrə məruz qalmış insanların meyitlərinin ürək parçalayan qanlı mənzərəsini canlandırır.
Gənc yazarlardan Leylanın (Səfərova) (1981) “İnsansız küçələr” adlı ilk kitabında müxtəlif illərdə yazdığı “Məsum”, “Şəhidin göz yaşı” hekayələri ictimai əhəmiyyətli mövzularda qələmə alınması ilə diqqəti cəlb edir. Birinci hekayənin əsas obrazlarından biri Xocalı faciəsinin ağrılı anlarını lentin yaddaşına köçürərək Xocalı soyqırımı haqqında həqiqətlərini dünyaya yayan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevdir. Tarixdən məlumdur ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdur. Hekayədə Xocalı dəhşətlərinin təsviri ilə yanaşı, Ağdama gətirilmiş meyitlərin içindən bir ananın qucağından zorla qoparılmış körpənin sağ qalmasının yaratdığı sevinc hissinin təsviri azacıq da olsa, oxucunun qəlbinə toxtaqlıq verir.
Qan yaddaşımızı, tarixi keçmişimizi bədii sözün imkanları ilə əks etdirən bu kimi əsərlərin qələmə alınması həm milli ideologiyaya xidmət baxımından, həm də yaşanan tarixi gerçəklikləri dünyaya çatdırmaq, erməni xalqının iç üzünü açıb ortaya qoymaq baxımından çox mühüm məna və əhəmiyyət kəsb edir. Müstəqillik və Vətən uğrunda canlarından keçən Şəhidlərimiz əsla ölməmişlər, əbədiyyətə qovuşmuşlar!
AYGÜN ORUCOVA,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsi
Baxış sayı: 1 261
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR