23:06 / 26-03-2026
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
20:18 / 26-03-2026
Yanacaqdoldurma məntəqəsi işçisinə bıçaqla hücum edib
19:56 / 26-03-2026
Tramp bildirib ki, ABŞ İrana qarşı əməliyyat zamanı NATO-dan məyus olub
19:51 / 26-03-2026
"Onlar razılaşma üçün yalvarırlar, amma bacarıb-bacarmayacağımızı bilmirəm": Tramp İran haqqında
18:56 / 26-03-2026
İlk gənə qurbanları peyda olub
18:53 / 26-03-2026
Mütəşəkkil cinayətkar dəstə lideri 21 qətldə ittiham olunur
18:46 / 26-03-2026
Yarımstansiyanı yandırdığına görə saxlanılıb
18:41 / 26-03-2026
İslah müəssisəsinin rəisi rüşvət almaqda şübhəli bilinir
17:49 / 26-03-2026
21 yaşlı tələbə Serbiyada qəribə şəraitdə yoxa çıxıb
17:46 / 26-03-2026
Rusiya İrana hücumun ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq etdi
17:37 / 26-03-2026
Peskov Rusiyanın ABŞ və İran arasında danışıqlara ümid etdiyini bildirdi
17:34 / 26-03-2026
Peskov İranla bağlı vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini bildirib
17:32 / 26-03-2026
Zyuqanov İsrail hakimiyyətinin ölkələrini girova çevirdiyini bildirib
17:23 / 26-03-2026
İcazəsiz mitinqdə iştirak edən daha bir iştirakçı həbs edilib
17:17 / 26-03-2026
İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi
17:13 / 26-03-2026
Peskov Fars körfəzində daha geniş münaqişə riski barədə xəbərdarlıq etdi
17:09 / 26-03-2026
Moskva detektivləri 30 illik cinayətin üstünü açıblar
17:03 / 26-03-2026
Orban Zelenskini Macarıstan seçkilərinə müdaxilə etməkdə günahlandırdı
23:07 / 25-03-2026
Krasnoyarskda Novruz bayramı qeyd olunub
22:53 / 25-03-2026
Yeniyetmə qız 12-ci mərtəbədən yıxılıb
22:49 / 25-03-2026
"Rossiya" Uçuş Dəstəsinin təyyarəsi Nyu-Yorka eniş etdi
21:07 / 25-03-2026
ABŞ G5 çərçivəsində Rusiya və Çinlə strateji sabitliyi müzakirə edir
20:39 / 25-03-2026
Keçmiş sevgilisi tərəfindən yaralanan qız əməliyyat olunub
20:36 / 25-03-2026
Qaluzin Ukrayna ilə bağlı danışıqların dayandırıldığını, ABŞ-ın başqa prioritetlərinin olduğunu bildirdi
20:32 / 25-03-2026
Bir gənci qaçıraraq atasından 2 milyon rubl tələb edib
20:27 / 25-03-2026
Göldə boğuldu; cəsədi dalğıclar tərəfindən tapıldı
20:24 / 25-03-2026
Rusiya Ukraynaya silah tədarükünə görə Yaponiyaya sərt cavab verəcək
20:20 / 25-03-2026
Çin Putinin Pekinə səfər etmək istəyini müdrik bir addım kimi görür
20:16 / 25-03-2026
Terror fəaliyyətində təqsirli bilinib
20:12 / 25-03-2026
Litva hakimiyyəti ruslar və belarusluların səs verməsini qadağan etməyib
20:10 / 25-03-2026
İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarının məhv edildiyini elan etdi
19:48 / 25-03-2026
Həmyaşıdını bıçaqladığına görə həbs edilib
19:44 / 25-03-2026
Mühərrikində problem olan "Airbus" təyyarəsi Hava Limanında təcili eniş etməyə hazırlaşır
19:40 / 25-03-2026
Ekspert Yaxın Şərqdəki münaqişələr səbəbindən nüvə qəzası riski barədə xəbərdarlıq edir
19:38 / 25-03-2026
Hörmüz boğazının qismən açılması neft bazarındakı vəziyyəti dəyişdirməyəcək
19:34 / 25-03-2026
İran ABŞ-ın münaqişələrin həlli üçün şərtlərini rədd etdi və öz təklifini irəli sürdü
Miraslan Rasim-ŞEİRLƏR-Sabaha-inamla.az-da
Tarix: 07-08-2022 00:20 | Bölmə: Ədəbiyyat

BƏLLİDİR
(şeir dostum, filoloq-jurnalist Namiq Məmmədliyə ad günü münasibətilə həsr olunub)
Yaxşı insan, əməlindən bəllidir;
möhkəm bina,təməlindən bəllidir.
Quş tanınar qanadı,caynağından
Bağban coşar,bəslədiyi bağından
İgid məşhur olur,cavan çağından
Aqil olan kamalından,bəllidir!
Aşiq olan hərdən öpər sazından;
Tez tanınar səsindən,avazından;
İl tanınar,payızından ,yazından
Alim kəşfi-amalından,bəllidir!
Elm əhlinə diqqət,kömək gərəkdir;
Səy,istedad,gərgin əmək gərəkdir;
Mərd kişinin andı duzdu,çörəkdi,
Nurani kəs, camalından,bəllidir!
Yaxşı çoxdur, sadalamaq ,bəs etməz;
Elə dərd var yasalamaq ,bəs, etməz;
Miraslana lütfü,hər bir kəs etməz-
Vətənsizlik,qəm-halindan bəllidir!
06.08.2022.
GEDİR
Bütün xalqlar azadlığa
Vuruşa-vuruşa,gedir;
Xalq var, acı taleyilə
Barışa-barışa, gedir.
Xalq var oda, qana düşür;
Zülmə, burulğana düşür;
Sonda arzuya yetişir,
Yarışa-yarışa,gedir.
Göstərib iradə, qürur;
Bəzi xalqlar möhkəm durur;
Xoşbəxt gələcəyin qurur;
Duruşa-duruşa,gedir!
Bəs biz neyləyək, adamlar?
Ortada "parçala,böl!"var
Bizdə neçə xarab döl var:
Qarışa-qarışa,gedir!
QALADI
(təcnis)
Sazı düz tut,qarışdırma simləri
Yoxdu musiqidə axı,"qa"ladı.
Yadıma salıram ötən dəmləri
Kimsə bəyənməzdi"qeylu-qal"adı.
***
Ağac susuz,suyu döndər arxa,dur!
Kişısənsə,arxasıza arxa dur!
Dayananda üzü Araz-arxa,dur!
Ayrılıq sinəmdə bir od qaladı.
***
Torpaq azad,bu həyatı sevin, di!
Zəfər çaldıq,el-obamiz sevindi;
Ay Miraslan,qismətini sev,indi
Möhkəm sevgi ailəyə qaladı.
24.05.2022.
BÖLƏCƏM
(mərhum şairimiz Şamil Dəlidağlının üslubunda "törəmə-qoşma)
Bilsin cümlə-cahan,əhd eyləmişəm
Bütün söz mülkümü elnən, böləcəm
***
Bu Vətənə canı qurban demişəm
Beləyəm mən,bu yolda da öləcəm.
Bal dilimi ömrüm boyu sevmişəm
Bil ki, lağ eyləsən,sənlə də ləcəm.
***
Bunu dünya bilir,mən tolerantam;
Bizdə insanlıq var,mən də qarantam;
Bakı paytaxtımız,ona fanatam
Burda qardaş olub yaxın,həm əcəm.
***
Bizi tanıdılar bu qırx dörd gündə
Balamızdan keçdik torpaq üstündə
Bir olduq həmişə yasda,düyündə
Baxın, neçə millət olub bizdə cəm.
***
Başım üstə dalğalanır bayrağım;
Basılmaz Ordumdur,mənim
dayağım;
Bilirəm, öndədir ən xoş növrağım
"Ana südün zəm-zəm",bilib sən də əm.
P.S.1)"törəmə":öləcəm,ləcəm,əcəm,cəm,əm.
2)qoşmada "B"hərfi hər bir sətrin başlanğıc hərfidir.
24.05.2022.
Ha,yaz!
ALLAHın səbri çox geniş
Bəndəsinin əqli dayaz
Doyuruq heç nə yeməmiş
Kasıblara nə qış,nə yaz?!
***
Tox anlamaz,mən deyəni;
Bəzində ürək var,yəni?
Vallah,qınamayın məni:
haram puldan nəzir-niyaz?!
***
"Bir oluruq" qəbristanda;
Lap qəbrə torpaq satan da;
Bizlər orda olan anda
Çox sifətlər olur bəyaz.
***
Mərəkə sonra başlayır;
"Söhbətül-para" başlayır;
Kimsə kimisə "xışlayır"
Bir-bir sayım, dinlə-ya yaz!
***
Söz ucuz-baha qalmadı;
Bu dünya daha qalmadı;
İskəndər şaha qalmadı.
Ay Miraslan,sən də ha, yaz!
22.05.2022.
KİM ALAN, KİM SATAN...
(deyəsən,bu şeirdə "altqat"ların dozası bir az çox oldu)
Gör,nəsə artır,azalır:
bu mal satan,o,xal atan.
Biri ölür,biri qalir-
bu baltadan,o,bal dadan.
***
Zülmün səsi ərşə çıxar,
Satqınlıqdan peşə,çıxar?!
Pis adamdan hər şey çıxar-
bu şarlatan,o, el satan.
***
Quyruğu kəsilmiş tülkü
Daha da bicləşir,bil ki.
Təslim də olmur, bu il ki?!
Bu kor nadan o,döl satan.
***
Sən hər günahı ağla,san
Mərd ol,özünü ağla,san
Nə xeyri var ki, ağlasan-
bu gərgadan,o, göl satan.
22.05.2022.
GEDƏYİN...
(Amerika alimləri hesablamışlar ki...)
2029-cu il,
13 aprel-
Yer üzünü alacaq sel...
Doğrudanmı,kainatın sonu?!
Bəlkə eşidə qorxa-
ALLAHsızlar!
açıla, buzlaşmış
vicdanların donu;
Lakin hələ vaxta var
Siz ey üzü donuklər
siz ey, kafir adamlar...
Gəlin tövbə edəyin,
haq yoluyla gedəyin
gedəyin...
BƏYƏNMƏZSİNİZ
Bir "mifik şair"in yazdıqlarını
Mən yazsam ,vallahi
bəyənməzsiniz!
Ev yıxıb,əhdini pozduqlarını-
Mən pozsam, vallahi bəyənməzsiniz!
"Əsərin" oxudum,qaraldı qanım
İstədim,yerinə onun utanın
Cəfəng yozub,hamı bilir,a canım
Mən yozsam, vallahi bəyənməzsiniz!
Yaxın dostlarına tələlər qurub;
Neçə istedadın inamın qırıb
Neçə günahsızın üzünə durub
Sirr açsam, vallahi bəyənməzsiniz!
Var-dövlət,pul ilə qazanılır ad?
Pis adam,saf adı eyləyər bərbad
Miraslan, TANRIdan dilədi imdad
Yol azsam, vallahi bəyənməzsiniz!
19.05.1980.
TƏK KƏDƏRDƏN YAZMAYAQ
Şair qardaş bir tövsiyəm var sənə
Bu qədər kədərə,qüssəyə batma
Demərəm xilaf çıx,qəlbin deyənə
Hər gün qəmdən yazıb,sevinci atma
Nikbinlik sətrinin bəzəyi olsun
Saf sevgi şeirinin özəyi olsun
Yaşamaq həvəsi köksünə dolsun
Ruhlandır insanı,bədbinlik satma
Düzdür ehtiyac,qəm maqnitə bənzər
Dərdli ətrafında dərdlilər gəzər
Şair öz kədərin gizlədər,dözər
Milləti ruhlandır,şərti unutma
Tənqidin öz yeri,öz məqamı var
hər şeyi pis görən şair az olar
Elə yaz ki, vəcdə gəlsin insanlar
Tənqidə də alış,tərifi tutma
Ağıl öyrətmirəm,yada salıram
Miraslanam, elimdən güc alıram
Qələbə əzmiylə fikrə dalıram
Vətən haqda düşün,əhdi unutma
20.05.2019
ÇAĞIRIR BIZI
Dağ selinin coşan səsi
Zəfərə çağırır bizi!!
Buludların kişnəməsi
Zəfərə çağirir bizi!
Vətənin sərvəti,varı
Aşığın kamanı,tarı
Xalqın igid oğulları
Zəfərə çağırır bizi!
Vətənçün keçərik candan
Igid olan qorxmaz qandan
Torpaq dara düşən
andan
Zəfərə çağırır bizi !
Gözləyir Laçın,Kəlbəcər
Deyir torpağı al,becər
Ordumuz düşməni biçər,
Zəfərə çağırır bizi !
Süfrəmizdə halal çörək
Biz indi bir olaq gərək
Qardaş bizi eşidərək
Zəfərə çağırır bizi !
Miraslan sevdi bu yurdu;
İçində Babək ruhudu,
Düşmənə qənim, qorxudu,
Səfərə çağırır bizi!
Zəfərə çağırır bizi!
20.05.2011
SEVGİLİM
Yüz acını bir şirinçün yeyərlər
Aşiq güdər eşq bəhərin, sevgilim!
Qara qaşın vəsvəsini öyərlər-
Gözlərindən var xəbərin, sevgilim?!
Çoxlarını saldın eşqin toruna
Aşiqlərin dərddən çətin qoruna;
Deyəsən, mən düşdüm
çətin soruna:
Əhvalımı düşün dərin, sevgilim!
Cavan canım,dözmür təşəxxüsünə
Həsrət qaldım,xoş bir təbəssümünə
Razı ollam,sınaq təşəbbüsünə:
Mənlə olsun,kaş nəzərin,sevgilim!
Ömür şəxsə,
sonsuz verilmir,axı?!
Bir gül neçə dəfə dərilmir,axı
İnsan ölsə, təkrar dirilmir,axı?!
Doğularmı,de bənzərin,
sevgilim?!
20.05.1980.
SÖYKƏNƏCƏKDƏ
(bəzən "cinas-əymələr"lə şeir yazmaq da maraqlı olur...)
"İmtahan" qurtarır,"dostun" balı yox-
Kim deyir,"qatilə söykən!"-əl çək,də!.
Daha arıların təzə balı,yox
Taqət də qalmaýıb söykənəcəkdə!
***
Dünya,həm oyunçu,həm də xanadı;
Tarixdən silinməz, Pənah Xan adı
O ölkə düzəlməz-dəlixanadı!
Qardaş qardaşına söykənəcək də!
***
Miraslan,özün ək-bic,gör, zor undu,
Bu gün baş verənlər özgə sorundu;
Sülhə yer qalmadı,meydan zorundu-
gərək,el özünə söykənə,cəngdə!
17.05.2022.
ƏSİL MÜSƏLMAN
Müsəlmanam...
Quran əhli olmuş
Babam,atam, anam...
Müsəlman sual verməz:
De,sunnisən, yoxsa, şiə?!
Vallah,küfr deyə-deyə
asi olluq yerə, göyə!
Müsəlmansan-
yalan danışma;
zalım olma;
həddini aşma;
Sev,haqqı,ədaləti-
mənsub olduğun
milləti;
"Şəriət" adıyla
xalqı geriyə dartma;
düşünməmiş
addım atma...
Səhərəcən sayaram,
qalanların özün oxu,
anla,ay adam.
Bax, belə şeyləri qansan,
onda əsil müsəlmansan...
16.05.2022.
DÖNƏN DEYİLƏM
Sinəm çal-çarpaz,xırxlansa¹
Günəş tərsinə fırlansa,
Dünya od tutub, lap yansa,
Mən səndən dönən, deyiləm!
***
O,"şair" deyilən mənəm!
Eşq haqqı yeyilən, mənəm?!
Aşiq tək öyülən, mənəm
Mən səndən dönən, deyiləm.
***
Sənsiz ömrümü tarı,san
Canı canımla, yarısan
Sən, Miraslanın yarısan!
Mən səndən dönən, deyiləm!
1)xırxı-mişar(X.Əzizbəyov.Azərbaycanca-rusca lüğət.Azərnəşr 1985.səh.370)
16.05.1972.
ƏBƏDİ SEVGİ
İllərdi ki,göz yaşımı yığıram
Ölsəm,yuyunmağa su gərək deyil!
Hər gün də təqvimdən bir gün çıxıram-
Səni arzulayan bu ürək ,deyil?!
***
Hələ ki,duz ölçür ömür sayğacım
Yenicə bar verir ağıl ağacım
Yalnız saf sevginə var ehtiyacım-
Məni yaşadan da bu istək deyil?!
***
Gəl, Günəşim, başım üstə doğsana,
De, neyləyim,sən yanımda yoxsan,a?!
Sevəcəm,lap yaşım çatsa,doxsana
Şeirlərim eşqə bir dəstək deyil?!
***
Əhdə xilaf çıxan eldə öyülməz;
Hər eşq üçün dərviş donu geyilməz;
Hər aşiqə "Məcnun budur!" deyilməz;
Miraslan sevgidə məgər ,tək deyil?!
ANLAMAZ
Yediyi meyvənin qədrin bilməyən
Bağbanın yer qazan belin,anlamaz!
Ağsaqqal birinin xoş sözlər deyən
Söhbətin dərk etməz,dilin anlamaz!
***
İtin yeməyinə ağzı sulanar;
Qonşu varlı olsa,qəlbi bulanar;
Vecə almaz,yurdu necə talanar;
Soy-kokun tanımaz,elin anlamaz!
***
Düşmən quyusuna çəkər,su tökər;
Ələ imkan düşsə,sökər,nə sökər!
Məzluma ağadır,ağaya nökər-
Qeyrət,namus nədir-bilin,anlamaz!
***
Miraslan da uzaq tutar,beləsin
Gücü çatsa,oda atar,beləsin!
Cəhənnəm əzabı,çatar,beləsin-
Cənnətin ləzzətin,
yolun anlamaz!
13.05.2022.
Baxış sayı: 1 138
Bölməyə aid digər xəbərlər
Tarix: 07-08-2022 00:20 | Bölmə: Ədəbiyyat

BƏLLİDİR
(şeir dostum, filoloq-jurnalist Namiq Məmmədliyə ad günü münasibətilə həsr olunub)
Yaxşı insan, əməlindən bəllidir;
möhkəm bina,təməlindən bəllidir.
Quş tanınar qanadı,caynağından
Bağban coşar,bəslədiyi bağından
İgid məşhur olur,cavan çağından
Aqil olan kamalından,bəllidir!
Aşiq olan hərdən öpər sazından;
Tez tanınar səsindən,avazından;
İl tanınar,payızından ,yazından
Alim kəşfi-amalından,bəllidir!
Elm əhlinə diqqət,kömək gərəkdir;
Səy,istedad,gərgin əmək gərəkdir;
Mərd kişinin andı duzdu,çörəkdi,
Nurani kəs, camalından,bəllidir!
Yaxşı çoxdur, sadalamaq ,bəs etməz;
Elə dərd var yasalamaq ,bəs, etməz;
Miraslana lütfü,hər bir kəs etməz-
Vətənsizlik,qəm-halindan bəllidir!
06.08.2022.
GEDİR
Bütün xalqlar azadlığa
Vuruşa-vuruşa,gedir;
Xalq var, acı taleyilə
Barışa-barışa, gedir.
Xalq var oda, qana düşür;
Zülmə, burulğana düşür;
Sonda arzuya yetişir,
Yarışa-yarışa,gedir.
Göstərib iradə, qürur;
Bəzi xalqlar möhkəm durur;
Xoşbəxt gələcəyin qurur;
Duruşa-duruşa,gedir!
Bəs biz neyləyək, adamlar?
Ortada "parçala,böl!"var
Bizdə neçə xarab döl var:
Qarışa-qarışa,gedir!
QALADI
(təcnis)
Sazı düz tut,qarışdırma simləri
Yoxdu musiqidə axı,"qa"ladı.
Yadıma salıram ötən dəmləri
Kimsə bəyənməzdi"qeylu-qal"adı.
***
Ağac susuz,suyu döndər arxa,dur!
Kişısənsə,arxasıza arxa dur!
Dayananda üzü Araz-arxa,dur!
Ayrılıq sinəmdə bir od qaladı.
***
Torpaq azad,bu həyatı sevin, di!
Zəfər çaldıq,el-obamiz sevindi;
Ay Miraslan,qismətini sev,indi
Möhkəm sevgi ailəyə qaladı.
24.05.2022.
BÖLƏCƏM
(mərhum şairimiz Şamil Dəlidağlının üslubunda "törəmə-qoşma)
Bilsin cümlə-cahan,əhd eyləmişəm
Bütün söz mülkümü elnən, böləcəm
***
Bu Vətənə canı qurban demişəm
Beləyəm mən,bu yolda da öləcəm.
Bal dilimi ömrüm boyu sevmişəm
Bil ki, lağ eyləsən,sənlə də ləcəm.
***
Bunu dünya bilir,mən tolerantam;
Bizdə insanlıq var,mən də qarantam;
Bakı paytaxtımız,ona fanatam
Burda qardaş olub yaxın,həm əcəm.
***
Bizi tanıdılar bu qırx dörd gündə
Balamızdan keçdik torpaq üstündə
Bir olduq həmişə yasda,düyündə
Baxın, neçə millət olub bizdə cəm.
***
Başım üstə dalğalanır bayrağım;
Basılmaz Ordumdur,mənim
dayağım;
Bilirəm, öndədir ən xoş növrağım
"Ana südün zəm-zəm",bilib sən də əm.
P.S.1)"törəmə":öləcəm,ləcəm,əcəm,cəm,əm.
2)qoşmada "B"hərfi hər bir sətrin başlanğıc hərfidir.
24.05.2022.
Ha,yaz!
ALLAHın səbri çox geniş
Bəndəsinin əqli dayaz
Doyuruq heç nə yeməmiş
Kasıblara nə qış,nə yaz?!
***
Tox anlamaz,mən deyəni;
Bəzində ürək var,yəni?
Vallah,qınamayın məni:
haram puldan nəzir-niyaz?!
***
"Bir oluruq" qəbristanda;
Lap qəbrə torpaq satan da;
Bizlər orda olan anda
Çox sifətlər olur bəyaz.
***
Mərəkə sonra başlayır;
"Söhbətül-para" başlayır;
Kimsə kimisə "xışlayır"
Bir-bir sayım, dinlə-ya yaz!
***
Söz ucuz-baha qalmadı;
Bu dünya daha qalmadı;
İskəndər şaha qalmadı.
Ay Miraslan,sən də ha, yaz!
22.05.2022.
KİM ALAN, KİM SATAN...
(deyəsən,bu şeirdə "altqat"ların dozası bir az çox oldu)
Gör,nəsə artır,azalır:
bu mal satan,o,xal atan.
Biri ölür,biri qalir-
bu baltadan,o,bal dadan.
***
Zülmün səsi ərşə çıxar,
Satqınlıqdan peşə,çıxar?!
Pis adamdan hər şey çıxar-
bu şarlatan,o, el satan.
***
Quyruğu kəsilmiş tülkü
Daha da bicləşir,bil ki.
Təslim də olmur, bu il ki?!
Bu kor nadan o,döl satan.
***
Sən hər günahı ağla,san
Mərd ol,özünü ağla,san
Nə xeyri var ki, ağlasan-
bu gərgadan,o, göl satan.
22.05.2022.
GEDƏYİN...
(Amerika alimləri hesablamışlar ki...)
2029-cu il,
13 aprel-
Yer üzünü alacaq sel...
Doğrudanmı,kainatın sonu?!
Bəlkə eşidə qorxa-
ALLAHsızlar!
açıla, buzlaşmış
vicdanların donu;
Lakin hələ vaxta var
Siz ey üzü donuklər
siz ey, kafir adamlar...
Gəlin tövbə edəyin,
haq yoluyla gedəyin
gedəyin...
BƏYƏNMƏZSİNİZ
Bir "mifik şair"in yazdıqlarını
Mən yazsam ,vallahi
bəyənməzsiniz!
Ev yıxıb,əhdini pozduqlarını-
Mən pozsam, vallahi bəyənməzsiniz!
"Əsərin" oxudum,qaraldı qanım
İstədim,yerinə onun utanın
Cəfəng yozub,hamı bilir,a canım
Mən yozsam, vallahi bəyənməzsiniz!
Yaxın dostlarına tələlər qurub;
Neçə istedadın inamın qırıb
Neçə günahsızın üzünə durub
Sirr açsam, vallahi bəyənməzsiniz!
Var-dövlət,pul ilə qazanılır ad?
Pis adam,saf adı eyləyər bərbad
Miraslan, TANRIdan dilədi imdad
Yol azsam, vallahi bəyənməzsiniz!
19.05.1980.
TƏK KƏDƏRDƏN YAZMAYAQ
Şair qardaş bir tövsiyəm var sənə
Bu qədər kədərə,qüssəyə batma
Demərəm xilaf çıx,qəlbin deyənə
Hər gün qəmdən yazıb,sevinci atma
Nikbinlik sətrinin bəzəyi olsun
Saf sevgi şeirinin özəyi olsun
Yaşamaq həvəsi köksünə dolsun
Ruhlandır insanı,bədbinlik satma
Düzdür ehtiyac,qəm maqnitə bənzər
Dərdli ətrafında dərdlilər gəzər
Şair öz kədərin gizlədər,dözər
Milləti ruhlandır,şərti unutma
Tənqidin öz yeri,öz məqamı var
hər şeyi pis görən şair az olar
Elə yaz ki, vəcdə gəlsin insanlar
Tənqidə də alış,tərifi tutma
Ağıl öyrətmirəm,yada salıram
Miraslanam, elimdən güc alıram
Qələbə əzmiylə fikrə dalıram
Vətən haqda düşün,əhdi unutma
20.05.2019
ÇAĞIRIR BIZI
Dağ selinin coşan səsi
Zəfərə çağırır bizi!!
Buludların kişnəməsi
Zəfərə çağirir bizi!
Vətənin sərvəti,varı
Aşığın kamanı,tarı
Xalqın igid oğulları
Zəfərə çağırır bizi!
Vətənçün keçərik candan
Igid olan qorxmaz qandan
Torpaq dara düşən
andan
Zəfərə çağırır bizi !
Gözləyir Laçın,Kəlbəcər
Deyir torpağı al,becər
Ordumuz düşməni biçər,
Zəfərə çağırır bizi !
Süfrəmizdə halal çörək
Biz indi bir olaq gərək
Qardaş bizi eşidərək
Zəfərə çağırır bizi !
Miraslan sevdi bu yurdu;
İçində Babək ruhudu,
Düşmənə qənim, qorxudu,
Səfərə çağırır bizi!
Zəfərə çağırır bizi!
20.05.2011
SEVGİLİM
Yüz acını bir şirinçün yeyərlər
Aşiq güdər eşq bəhərin, sevgilim!
Qara qaşın vəsvəsini öyərlər-
Gözlərindən var xəbərin, sevgilim?!
Çoxlarını saldın eşqin toruna
Aşiqlərin dərddən çətin qoruna;
Deyəsən, mən düşdüm
çətin soruna:
Əhvalımı düşün dərin, sevgilim!
Cavan canım,dözmür təşəxxüsünə
Həsrət qaldım,xoş bir təbəssümünə
Razı ollam,sınaq təşəbbüsünə:
Mənlə olsun,kaş nəzərin,sevgilim!
Ömür şəxsə,
sonsuz verilmir,axı?!
Bir gül neçə dəfə dərilmir,axı
İnsan ölsə, təkrar dirilmir,axı?!
Doğularmı,de bənzərin,
sevgilim?!
20.05.1980.
SÖYKƏNƏCƏKDƏ
(bəzən "cinas-əymələr"lə şeir yazmaq da maraqlı olur...)
"İmtahan" qurtarır,"dostun" balı yox-
Kim deyir,"qatilə söykən!"-əl çək,də!.
Daha arıların təzə balı,yox
Taqət də qalmaýıb söykənəcəkdə!
***
Dünya,həm oyunçu,həm də xanadı;
Tarixdən silinməz, Pənah Xan adı
O ölkə düzəlməz-dəlixanadı!
Qardaş qardaşına söykənəcək də!
***
Miraslan,özün ək-bic,gör, zor undu,
Bu gün baş verənlər özgə sorundu;
Sülhə yer qalmadı,meydan zorundu-
gərək,el özünə söykənə,cəngdə!
17.05.2022.
ƏSİL MÜSƏLMAN
Müsəlmanam...
Quran əhli olmuş
Babam,atam, anam...
Müsəlman sual verməz:
De,sunnisən, yoxsa, şiə?!
Vallah,küfr deyə-deyə
asi olluq yerə, göyə!
Müsəlmansan-
yalan danışma;
zalım olma;
həddini aşma;
Sev,haqqı,ədaləti-
mənsub olduğun
milləti;
"Şəriət" adıyla
xalqı geriyə dartma;
düşünməmiş
addım atma...
Səhərəcən sayaram,
qalanların özün oxu,
anla,ay adam.
Bax, belə şeyləri qansan,
onda əsil müsəlmansan...
16.05.2022.
DÖNƏN DEYİLƏM
Sinəm çal-çarpaz,xırxlansa¹
Günəş tərsinə fırlansa,
Dünya od tutub, lap yansa,
Mən səndən dönən, deyiləm!
***
O,"şair" deyilən mənəm!
Eşq haqqı yeyilən, mənəm?!
Aşiq tək öyülən, mənəm
Mən səndən dönən, deyiləm.
***
Sənsiz ömrümü tarı,san
Canı canımla, yarısan
Sən, Miraslanın yarısan!
Mən səndən dönən, deyiləm!
1)xırxı-mişar(X.Əzizbəyov.Azərbaycanca-rusca lüğət.Azərnəşr 1985.səh.370)
16.05.1972.
ƏBƏDİ SEVGİ
İllərdi ki,göz yaşımı yığıram
Ölsəm,yuyunmağa su gərək deyil!
Hər gün də təqvimdən bir gün çıxıram-
Səni arzulayan bu ürək ,deyil?!
***
Hələ ki,duz ölçür ömür sayğacım
Yenicə bar verir ağıl ağacım
Yalnız saf sevginə var ehtiyacım-
Məni yaşadan da bu istək deyil?!
***
Gəl, Günəşim, başım üstə doğsana,
De, neyləyim,sən yanımda yoxsan,a?!
Sevəcəm,lap yaşım çatsa,doxsana
Şeirlərim eşqə bir dəstək deyil?!
***
Əhdə xilaf çıxan eldə öyülməz;
Hər eşq üçün dərviş donu geyilməz;
Hər aşiqə "Məcnun budur!" deyilməz;
Miraslan sevgidə məgər ,tək deyil?!
ANLAMAZ
Yediyi meyvənin qədrin bilməyən
Bağbanın yer qazan belin,anlamaz!
Ağsaqqal birinin xoş sözlər deyən
Söhbətin dərk etməz,dilin anlamaz!
***
İtin yeməyinə ağzı sulanar;
Qonşu varlı olsa,qəlbi bulanar;
Vecə almaz,yurdu necə talanar;
Soy-kokun tanımaz,elin anlamaz!
***
Düşmən quyusuna çəkər,su tökər;
Ələ imkan düşsə,sökər,nə sökər!
Məzluma ağadır,ağaya nökər-
Qeyrət,namus nədir-bilin,anlamaz!
***
Miraslan da uzaq tutar,beləsin
Gücü çatsa,oda atar,beləsin!
Cəhənnəm əzabı,çatar,beləsin-
Cənnətin ləzzətin,
yolun anlamaz!
13.05.2022.
Baxış sayı: 1 138
Bölməyə aid digər xəbərlər
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə













