15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
Elçin Səlimli-ŞEİRLƏR
Tarix: 15-08-2021 01:19 | Bölmə: Ədəbiyyat

"ƏDALƏT İŞIĞINDA" ƏDƏBİ MƏCLİSİ TƏQDİM EDİR:
Elçin Səlimov Məmmədağa oğlu (Elçin Səlimli) 20 noyabr 1960-cı ildə Nefçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur.Orta məktəbi 1978-ci ildə həmin rayonun Aşağı Surra kəndində bitirmişdir.Elə həmin il şəhərə gəlmiş və təhsilini burada davam etdirmişdir.Əvvəlcə texniki peşə məktəbini,ardınca Politexnik Texnikumunu və daha sonra Ali Texniki məktəbini bitirmişdir.İxtisasca metallurq,məşğuliyyətcə enertgetikdir.Uzun illərdir ki,Azərenerji və Azenco ASC sistemində çalışır.1985-ci ildən ədəbi mühitə daxil olmuş və bu gün də o sırada öz addımları ilə addımlayır.1988-1990-cı iollərdən dövrü mətbuatda yazıları çap olunur.Hal-hazırda növbəti kitabını çapa hazırlayan şair- “Oğul olub doğulduğum torpağa” , “Təzə əsrin yazı gəlir” , “Miras” , “Qadın ləyaqəti” və “Ürəkdə də bahar olsa” kitablarının müəllifidir.
Evlidir,iki övladı var və Sumqayıt şəhərində yaşayır.
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU),
“Ədalət İşığında” ədəbi məclisinin sədri,
AJB-nin üzvü,
“Yurd” jurnalının redaktoru,
“Qızıl Qələm” media mükafatı laureatı

Elçin Səlimli
Görüm
Aşıq Qaracanın 70 illiyinə
Dərdlərimi bircə-bircə sim üstə,
Düzə bilsən,məni elə düz görüm.
Ətir saçan qızılgülü kol üstən,
Bacarırsan məni elə üz görüm.
Yurdsevər oğlusan yurdun özünün
Gələr çox uzaqdan avazın,ünün,
Bir dərin nisgil var,səsində bu gün
Dodağında sevgi dolu söz görüm.
Yaradıbdır xoşbəxt səni binadan,
Haq aşığı doğulmusan anadan
Yaşatsın qoy səni,böyük yaradan,
Süzə bilsən,sazla birgə süz,görüm.
Azəri torpağı yetirib səni,
Borçalı elində bitirib səni,
Zəhmətin ortaya gətirib səni,
Yetmişi ötmüsən,ömrü yüz görüm.
DANIŞACAQ ELLƏR SƏNDƏN
Vurğunuyam el-obanın,
Mərd oğluyam bu torpağın,
Var adınla var olmağın,
Danışacaq ellər səndən.
Yaşadım mən yana-yana,
Qoymadım namərd oyana,
Xələl gəlmədi payına,
Danışacaq ellər səndən.
İllər ötdü,keçdi yaşın,
Qalmaqalda oldu başın,
Arxada var qan yaddaşın,
Danışacaq ellər səndən.
Şair Elçin, tez qocaldın,
Vətənindən sən güc aldın,
Güc aldıqca hey ucaldın,
Danışacaq ellər səndən.
KÖCSƏM DÜNYADAN
Kimə açım mən qəlbimi,
Söyləyim necə dərdimi,
Dostlar deyin dözərdimi?
Köçsəm dünyadan-dünyadan.
Bu eşq məni öldürəcək,
Hey qəm-qüssə bildirəcək,
Tanıyan “heyif” deyəcək,
Köçsəm dünyadan-dünyadan
Dünya dolub-boşalacaq,
Göy üzünü çən alacaq.
Elçindən də söz qalacaq,
Köçsəm dünyadan, dünyadan.
APARAR
Onsuz da tənhasan bu dünyada, sən,
Dərdinə nə yanan,nə ağlayan var,
Göz yaşı içində boğulduqca mən,
Könlüm öz halına həmdəmin arar.
Tanrı bəxtimizi yazan hakimdir.
Neyləyək taleyin bac, xəracına?
Döyülən biziksə, döyənlər kimdir?
Deyərəm mən sənin taxtı-tacına.
Kövrəltdi Elçini bu qoca dünya,
Bu qoca dünyadan doymadı əsla.
Tuş oldu həmişə o, haqsızlığa,
Köçəndə yalana uymadı əsla.
VULKAN QAYNAYIR
Bir vulkan qaynayır təbimdə mənim,
Donan vicdanlarıdiriltmək üçün.
Bir vulkan yetişir qəlbimdə mənim,
Sonsuz haqsızlığı məhv etmək üçün.
Bu necə zamandır, haqqı bilinmir,?
Bu neçə zamandır,nahaq silinmir.?
Bu necə ömürdür,əməl ələnmir
Qaynayır nahaqqı tərgitmək üçün.
Həyat məhvərini dəyişib yaman,
Varlılar kasıba vermirlər aman,
Ürəyim ağlayır,qan fişqırı,qan,
Bu vulkan qaynayır əritmək üçün.
Nəhayət, qaynayıb kükrəyəcək o,
Bütün haqsızlığı süpürəcək o,
Qaynaya-qaynaya püskürəcək o,
Saflığı dünyaya yeritmək üçün...
DÜZƏLƏN DEYİL
Yenə ölüm saçır odlu silahlar,
Atəşlə gurlayır dolu silahlar,
Bir-birindən ağır,boylu silahlar,
Bu nə əyləncədi,nə də kef deyil,
Dünya bundan belə düzələn deyil.
Nə vaxt qurtaracaq bu hərbə,qovğa,
Bu kin-kidurəti insanlar boğa,
Dinclik gələcəkmi ana torpağa?,
Sən onun qüdrəti önündə əyil,
Dünya bundan belə düzələn deyil.
Əgər kim güclüsə o, vurub yıxır,
Zəifləri əzib,sonuna çıxır.
Sonra da qışqırıb, yandırıb, yaxır,
Kimsə sizdən qorxub,üzülən deyil,
Dünya bundan belə düzələn deyil.
Eşidin cənablar, heç şaşırmayın,
Siz mənim səbrimi heç daşırmayın.
Tanrının xofundan üz qaçırmayın,
İnanın, bir gun də olarsız xəcil,
Dünya bundan belə düzələn deyil.
BƏS ETMƏZ
Bir ömür bəs etməz səni sevməyə,
Sevinci, kədəri sənlə bölməyə,
Birlikdə yaşayıb,birgə ölməyə,
Bəs etməz,ay gülüm,bəs etməz ömür.
Gedirik qol-qola, yol da uzaqda,
Ən uzaq məsafə hələ qabaqda.
Neçə sədlər keçdik, düşün bu haqda,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
Gedək irəliyə dayanmadan biz,
Bir an yorulmasın, bükülməsin diz,
Bu çətin sınaqda qızarmasın üz,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
Bir ömür bəs etməz səni duymağa,
Səni oxşamağa, səndən doymağa,
Sevgi karvanında öndə durmağa,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
BİZ
Daha alışmışıq yalan vədlərə,
Başımız qarışıb saxta dəblərə,
Mədəmiz alışıb “ino” həblərə,
Döyüşə-görüşlə başlayırıq biz.
Üç nəfər xarici gəlir hər dəfə,
Yeyirlər-içirlər baxırlar keyfə,
Sonra da əl-ələ tutub fəxrlə,
Döyüşə-döyüşlə başlayırıq biz.
Bizim dərdimizi onlar nə bilsin,
Hamı istəyər ki,bu qovğa bitsin,
Kədər üzümüzdən ömürlük itsin,
Döyüşə-döyüşlə başlayırıq biz.
Gəlin unutmayaq qatı düşməni,
Salıb öz boynuna çatı düşməni,
Vurub əzmək üçün atlı düşməni,
Döyüşə-döyüşlə başlayırıq biz.
HƏMİŞƏ SEVƏR
Ey mələk simalı,vüqarlı dilbər,
Baxışın dünyadan söyləyir xəbər.
Adın çoxdan olub dilimdə əzbər,
Səni yazıq gözüm həmişə gəzər.
Tayın-bərabərin yoxdur cahanda,
Bir daha yetirməz səni cahan da,
Qoruyub saxlaram səni bu canda,
Canım hicranına de, necə dözər?
Ömrə zinət verdin,həm də yaraşıq,
İçdim qismətimdən mən qaşıq-qaşıq,
Səninlə möhtəşəm eşqə çatmışıq,
Sevgimiz ilahi sevgiyə bənzər.
Ey mənim həyatım, canım,sirdaşım,
Ey ömür yoldaşım, ey can yoldaşım,
Səninlə həmişə ucadır başım,
Elçin səni hər an sevər, əzizlər.
MƏNİ ÖZÜMƏ QAYTAR
Çiçəyi açmamış qönçə kimiyəm,
Zərif bir xilqətəm,incə kimiyəm,
Kövrək,çalınmamış simcə kimiyəm,
Gəl, məni özümə qaytar,ay gülüm.
Pöhrəsi qalxmamış fidan kimiyəm,
Təzəcə boy atmış orman kimiyəm,
Yamaca,yaylağa yalman kimiyəm,
Gəl, məni özümə qaytar,ay gülüm.
Qayıdım özümə,görüm kiməm,kim,
Hisslər varlığıma kəsilib hakim,
Səndən xahişim var,sevgilim,ilkim,
Gəl, məni özümə qaytar,ay gülüm.
Toplayıb özümü, baxım hər yana,
Bir az sığal çəkim yaxşı, yamana,
Yatan qara bəxtim bəlkə oyana,
Gəl, məni özümə qaytar,ay gülüm.
Məni mənə qaytar,gülüm solmamış,
Məni mənə qaytar,gözüm dolmamış,
Ölüm üzərimə kölgə salmamış,
Gəl, məni özümə qaytar,ay gülüm.
AD GÜNÜN MÜBARƏK
Tellərində yaz mehinin ətri var,
Üz-gözündə çiçəklərin çətri var,
Sənlə bağlı anlarımın sətri var,
Ayaq üstə qamətini saxla bərk,
Gülüm,sənin bu ad günün mübarək.
Camalında bədirlənmiş ay durur,
Bu dünyada sənə olmaz tay durur,
Hələ mənə vermədiyin pay durur,
Həqiqəti varlığıntək eylə dərk,
Gülüm,sənin bu ad günün mübarək.
Günəş kimi parlaq şölən sönməsin,
Uca başın dik çiynindən enməsin,
Kaş ki,sevgin yarı yolda bitməsin,
Məhəbbəti düz yolunla özün çək,
Gülüm,sənin bu ad günün mübarək.

Baxış sayı: 1 449
Bölməyə aid digər xəbərlər
Tarix: 15-08-2021 01:19 | Bölmə: Ədəbiyyat

"ƏDALƏT İŞIĞINDA" ƏDƏBİ MƏCLİSİ TƏQDİM EDİR:
Elçin Səlimov Məmmədağa oğlu (Elçin Səlimli) 20 noyabr 1960-cı ildə Nefçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur.Orta məktəbi 1978-ci ildə həmin rayonun Aşağı Surra kəndində bitirmişdir.Elə həmin il şəhərə gəlmiş və təhsilini burada davam etdirmişdir.Əvvəlcə texniki peşə məktəbini,ardınca Politexnik Texnikumunu və daha sonra Ali Texniki məktəbini bitirmişdir.İxtisasca metallurq,məşğuliyyətcə enertgetikdir.Uzun illərdir ki,Azərenerji və Azenco ASC sistemində çalışır.1985-ci ildən ədəbi mühitə daxil olmuş və bu gün də o sırada öz addımları ilə addımlayır.1988-1990-cı iollərdən dövrü mətbuatda yazıları çap olunur.Hal-hazırda növbəti kitabını çapa hazırlayan şair- “Oğul olub doğulduğum torpağa” , “Təzə əsrin yazı gəlir” , “Miras” , “Qadın ləyaqəti” və “Ürəkdə də bahar olsa” kitablarının müəllifidir.
Evlidir,iki övladı var və Sumqayıt şəhərində yaşayır.
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU),
“Ədalət İşığında” ədəbi məclisinin sədri,
AJB-nin üzvü,
“Yurd” jurnalının redaktoru,
“Qızıl Qələm” media mükafatı laureatı

Elçin Səlimli
Görüm
Aşıq Qaracanın 70 illiyinə
Dərdlərimi bircə-bircə sim üstə,
Düzə bilsən,məni elə düz görüm.
Ətir saçan qızılgülü kol üstən,
Bacarırsan məni elə üz görüm.
Yurdsevər oğlusan yurdun özünün
Gələr çox uzaqdan avazın,ünün,
Bir dərin nisgil var,səsində bu gün
Dodağında sevgi dolu söz görüm.
Yaradıbdır xoşbəxt səni binadan,
Haq aşığı doğulmusan anadan
Yaşatsın qoy səni,böyük yaradan,
Süzə bilsən,sazla birgə süz,görüm.
Azəri torpağı yetirib səni,
Borçalı elində bitirib səni,
Zəhmətin ortaya gətirib səni,
Yetmişi ötmüsən,ömrü yüz görüm.
DANIŞACAQ ELLƏR SƏNDƏN
Vurğunuyam el-obanın,
Mərd oğluyam bu torpağın,
Var adınla var olmağın,
Danışacaq ellər səndən.
Yaşadım mən yana-yana,
Qoymadım namərd oyana,
Xələl gəlmədi payına,
Danışacaq ellər səndən.
İllər ötdü,keçdi yaşın,
Qalmaqalda oldu başın,
Arxada var qan yaddaşın,
Danışacaq ellər səndən.
Şair Elçin, tez qocaldın,
Vətənindən sən güc aldın,
Güc aldıqca hey ucaldın,
Danışacaq ellər səndən.
KÖCSƏM DÜNYADAN
Kimə açım mən qəlbimi,
Söyləyim necə dərdimi,
Dostlar deyin dözərdimi?
Köçsəm dünyadan-dünyadan.
Bu eşq məni öldürəcək,
Hey qəm-qüssə bildirəcək,
Tanıyan “heyif” deyəcək,
Köçsəm dünyadan-dünyadan
Dünya dolub-boşalacaq,
Göy üzünü çən alacaq.
Elçindən də söz qalacaq,
Köçsəm dünyadan, dünyadan.
APARAR
Onsuz da tənhasan bu dünyada, sən,
Dərdinə nə yanan,nə ağlayan var,
Göz yaşı içində boğulduqca mən,
Könlüm öz halına həmdəmin arar.
Tanrı bəxtimizi yazan hakimdir.
Neyləyək taleyin bac, xəracına?
Döyülən biziksə, döyənlər kimdir?
Deyərəm mən sənin taxtı-tacına.
Kövrəltdi Elçini bu qoca dünya,
Bu qoca dünyadan doymadı əsla.
Tuş oldu həmişə o, haqsızlığa,
Köçəndə yalana uymadı əsla.
VULKAN QAYNAYIR
Bir vulkan qaynayır təbimdə mənim,
Donan vicdanlarıdiriltmək üçün.
Bir vulkan yetişir qəlbimdə mənim,
Sonsuz haqsızlığı məhv etmək üçün.
Bu necə zamandır, haqqı bilinmir,?
Bu neçə zamandır,nahaq silinmir.?
Bu necə ömürdür,əməl ələnmir
Qaynayır nahaqqı tərgitmək üçün.
Həyat məhvərini dəyişib yaman,
Varlılar kasıba vermirlər aman,
Ürəyim ağlayır,qan fişqırı,qan,
Bu vulkan qaynayır əritmək üçün.
Nəhayət, qaynayıb kükrəyəcək o,
Bütün haqsızlığı süpürəcək o,
Qaynaya-qaynaya püskürəcək o,
Saflığı dünyaya yeritmək üçün...
DÜZƏLƏN DEYİL
Yenə ölüm saçır odlu silahlar,
Atəşlə gurlayır dolu silahlar,
Bir-birindən ağır,boylu silahlar,
Bu nə əyləncədi,nə də kef deyil,
Dünya bundan belə düzələn deyil.
Nə vaxt qurtaracaq bu hərbə,qovğa,
Bu kin-kidurəti insanlar boğa,
Dinclik gələcəkmi ana torpağa?,
Sən onun qüdrəti önündə əyil,
Dünya bundan belə düzələn deyil.
Əgər kim güclüsə o, vurub yıxır,
Zəifləri əzib,sonuna çıxır.
Sonra da qışqırıb, yandırıb, yaxır,
Kimsə sizdən qorxub,üzülən deyil,
Dünya bundan belə düzələn deyil.
Eşidin cənablar, heç şaşırmayın,
Siz mənim səbrimi heç daşırmayın.
Tanrının xofundan üz qaçırmayın,
İnanın, bir gun də olarsız xəcil,
Dünya bundan belə düzələn deyil.
BƏS ETMƏZ
Bir ömür bəs etməz səni sevməyə,
Sevinci, kədəri sənlə bölməyə,
Birlikdə yaşayıb,birgə ölməyə,
Bəs etməz,ay gülüm,bəs etməz ömür.
Gedirik qol-qola, yol da uzaqda,
Ən uzaq məsafə hələ qabaqda.
Neçə sədlər keçdik, düşün bu haqda,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
Gedək irəliyə dayanmadan biz,
Bir an yorulmasın, bükülməsin diz,
Bu çətin sınaqda qızarmasın üz,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
Bir ömür bəs etməz səni duymağa,
Səni oxşamağa, səndən doymağa,
Sevgi karvanında öndə durmağa,
Bəs etməz, ay gülüm,bəs etməz, ömür!
BİZ
Daha alışmışıq yalan vədlərə,
Başımız qarışıb saxta dəblərə,
Mədəmiz alışıb “ino” həblərə,
Döyüşə-görüşlə başlayırıq biz.
Üç nəfər xarici gəlir hər dəfə,
Yeyirlər-içirlər baxırlar keyfə,
Sonra da əl-ələ tutub fəxrlə,
Döyüşə-döyüşlə başlayırıq biz.
Bizim dərdimizi onlar nə bilsin,
Hamı istəyər ki,bu qovğa bitsin,
Kədər üzümüzdən ömürlük itsin,
Döyüşə-döyüşlə başlayırıq biz.
Gəlin unutmayaq qatı düşməni,
Salıb öz boynuna çatı düşməni,
Vurub əzmək üçün atlı düşməni,
Döyüşə-döyüşlə başlayırıq biz.
HƏMİŞƏ SEVƏR
Ey mələk simalı,vüqarlı dilbər,
Baxışın dünyadan söyləyir xəbər.
Adın çoxdan olub dilimdə əzbər,
Səni yazıq gözüm həmişə gəzər.
Tayın-bərabərin yoxdur cahanda,
Bir daha yetirməz səni cahan da,
Qoruyub saxlaram səni bu canda,
Canım hicranına de, necə dözər?
Ömrə zinət verdin,həm də yaraşıq,
İçdim qismətimdən mən qaşıq-qaşıq,
Səninlə möhtəşəm eşqə çatmışıq,
Sevgimiz ilahi sevgiyə bənzər.
Ey mənim həyatım, canım,sirdaşım,
Ey ömür yoldaşım, ey can yoldaşım,
Səninlə həmişə ucadır başım,
Elçin səni hər an sevər, əzizlər.
MƏNİ ÖZÜMƏ QAYTAR
Çiçəyi açmamış qönçə kimiyəm,
Zərif bir xilqətəm,incə kimiyəm,
Kövrək,çalınmamış simcə kimiyəm,
Gəl, məni özümə qaytar,ay gülüm.
Pöhrəsi qalxmamış fidan kimiyəm,
Təzəcə boy atmış orman kimiyəm,
Yamaca,yaylağa yalman kimiyəm,
Gəl, məni özümə qaytar,ay gülüm.
Qayıdım özümə,görüm kiməm,kim,
Hisslər varlığıma kəsilib hakim,
Səndən xahişim var,sevgilim,ilkim,
Gəl, məni özümə qaytar,ay gülüm.
Toplayıb özümü, baxım hər yana,
Bir az sığal çəkim yaxşı, yamana,
Yatan qara bəxtim bəlkə oyana,
Gəl, məni özümə qaytar,ay gülüm.
Məni mənə qaytar,gülüm solmamış,
Məni mənə qaytar,gözüm dolmamış,
Ölüm üzərimə kölgə salmamış,
Gəl, məni özümə qaytar,ay gülüm.
AD GÜNÜN MÜBARƏK
Tellərində yaz mehinin ətri var,
Üz-gözündə çiçəklərin çətri var,
Sənlə bağlı anlarımın sətri var,
Ayaq üstə qamətini saxla bərk,
Gülüm,sənin bu ad günün mübarək.
Camalında bədirlənmiş ay durur,
Bu dünyada sənə olmaz tay durur,
Hələ mənə vermədiyin pay durur,
Həqiqəti varlığıntək eylə dərk,
Gülüm,sənin bu ad günün mübarək.
Günəş kimi parlaq şölən sönməsin,
Uca başın dik çiynindən enməsin,
Kaş ki,sevgin yarı yolda bitməsin,
Məhəbbəti düz yolunla özün çək,
Gülüm,sənin bu ad günün mübarək.

Baxış sayı: 1 449
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













