18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
Özünü sözündən asan şair-Ələsgər Talıboğlu
Tarix: 06-05-2021 00:32 | Bölmə: Ədəbiyyat
Ələsgər Talıboğlu,
Şair-publisist, AYB- nin üzvü,
Məmməd Araz mükafatı laureatı
Mərhum dostum Aşıq Şahsultanın tövsiyyəsi ilə bir neçə il bundan öncə "Dirili Qurbani" poeziya məclisinə ayaq açdım. Və o məclisdə respublikamızın ayrı- ayrı bölgələrindən olan söz adamları ilə, yazarlarla tanış oldum: o cümlədən də gözəl Qarabağımızın dilbər guşələrindən olan Cəbrayıllı Taryel Abbaslı, Yusif Dirili, Qorxmaz Abdulla, Nazir Çərkəzoğlu , Əjdər Yunus Rza, Əhməd Fərhad, Malik Əhmədoğlu, Sabir Şirvan və siyahını uzatmamaq üçün adını yazmadığım neçə- neçə sevimli yazarlarla yaxından tanış oldum. Cəbrayıllı bu yazar qardaşlarımdan yazıçı-publisist Nazir Çərkəzoğlu və şair Əjdər Yunus Rza ilə münasibətlərimiz isə daha üst düzeyə yüksəlmiş oldu. Aramızdakı yaradıcılıq münasibətləri yaxın dostluq səviyyəsində davam etməkdədir.
Bu məqaləmdə isə poeziyasını özündən, özünü poeziyasından daha çox sevdiyim şair dostum Əjdər Yunus Rzanın söz dünyasından söhbət açmaq istəyirəm. Cəbrayıl rayonunun " kürəyini" Gordubaba dağına söykəyən Xələfli kəndində gözünü dünyaya açan şairin poeziyasının mayasını- ana xəttini elə o Gordubabadan başlayan yurd sevgisi, Vətən məhəbbəti təşkil edir.
Dodaqlardan düşmür adı,
Bilinməyir rəngi, dadı.
Sevgi gözəl bir dünyadı,
Şükür, tale yazıb bizə.
Bir vətəndaş şair kimi elə, obaya, torpağa, Vətənə məhəbbətini şeirlərində poetik bir dillə bir manifesto kimi belə səciyyələndirir:
Heyifsilənməsin qoy ömrü bitən,
Torpağın altı da, üstü də Vətən.
Könül dünyasına qəvvaslıq etdiyim şair qardaşımın şeirlərinin dili Xələfli bulaqlarının suyu kimi saf və şirindir. Çünki o öz rişəsini, qidasını minillik tarixi olan aşıq poeziyasından alır. Bu klassik ənənələri ləyaqətlə davam etdirir.
Bir gülə çiçək verdim,
O gül məndən incidi.
Çiçək gülün əlində
Mirvaridi, incidi.
Biri bağımın barı,
Təzə açmış nübarı.
Biri könlümün yarı,
Dünyamın sevincidi.
Əjdər Yunus Rza yaradıcılığı boyu şeirlərində sözün ecazkar sehrindən yerində və məharətlə istifadə edir. O şeirlərində əlçatmaz ideyalardan uzaq qaçır, fikirlərini canlı xalq dilində, anlaşıqlı bir şəkildə ifadə etməyə çalışır. Xalqın çalxana- çalxana durulan təxəyyülündən süzülüb gələn söz qaynağından mükəmməl formada qidalanmağa çalışır.
Bir dağın qucağında
Dan üzü duman çağlar,
Bir gülün solmasına
Bir şehli çəmən ağlar.
Gör, gündə neçə çiçək,
Neçə- neçə gül solur.
Gör, gündə neçə kərə
Çəmənlər saçın yolur.
Şair qardaşımın səmimi duyğularla qələmə aldığı şeirlərində sözün kəsəri və çəkisi oxucu qəlbinə anında yol tapmaqla onun ruhunu yerindən oynada bilir.
Uzaq ol haramdan, uzaq ol şərdən,
Sifətin görünər, yırtılsa pərdən.
Səp, Əjdər, yaxşılıq toxumu hərdən,
Kimsə biçəcəkdi, sən biçməsən də.
"Hayana baxıram barıt qoxuyur" - deyən bu söz ustadı bu narahat dünyamızda baş verən faciələri qəlb ağrısı ilə ifadə edir. Və sonda bu ağrı- acılardan can qurtarmaq üçün daha sərt bir yola əl atmış olur.
Qoşulub aylara, ilə gedirəm,
Qarışıb yağışa, yelə gedirəm.
Başımı götürüb elə gedirəm,
Tövbə,bu dünyaya bir də gəlmərəm.
Başını götürüb bu dünyadan getmək istəyən şair başqa bir şeirində isə insanları bu gözəl dünyamızı qorumağa çağırır:
Bu dünyanın keşiyində
Durmaq üçün yaranmışıq.
Biz dünyanın əşrəfiyik,
Qurmaq üçün yaranmışıq.
Ə.Y.Rzanın formaca da, məzmunca da rəngarəng olan şeirlərinin içərisində " Qar yağır" şeirinin özünəməxsus yeri vardır. Sanki o şeir yazmır. Könlündən axan duyğuları sadəcə həzin və kövrək notlar üstündə pıçıldayır.
Qar yağır
Kiminin yoluna,
Kiminin evinə.
Kiminin dərdinə,
Kiminin keyfinə.
Qar yağır
Çörəyi daşdan çıxanın çörəyinə,
Görüşə gedəmməyən
iki gəncin ürəyinə...
Şair qardaşım Qarabağ haraylı şairdir. Düşmən tapdağı altında otuz il qalan torpaqlarımızın ağrı- acısını köksündə daşıyan bu insan həmin ağrı- acıları, göynərtiləri şeirlərində noetik boyalarla, çeşid- çeşid yozumlarla əks etdirilməklə bu ağrıları sənin də ağrılarına çevirə bilir. Bu uğura isə sevinməyə bilmirsən.
Yurdsuzluq köksümdə tale dağıdı,
Qisməti kədərdi, qəmdi, ağıdı.
Ömrün elə vaxtı, elə çağıdı,
Dolanır payızla qış arasında,
Bir şair sıxılır daş arasında.
"Sevməyə nə var ki, həsrət çətindi"- deyən şairi tökə- tökə itirdiyimiz yurdlarımızın sancısı daha çox ağrıdır.
Bəhrəsin vermirsə ötüşən vaxtım,
Neyləsin taleyim, neyləsin baxtım.
Ay Əjdər, yurdumda yıxıldı taxtım,
Odur ki, düzəlmir heç belim mənim.
***
Viran olub obam, elim,
Solub meşəm, yanıb çölüm.
Gəl, dərdimi sənlə bölüm,
Qoşul mənə, ağla, qaboy,
Ağla, ağla, ağla, qaboy.
İtən torpaqlarımızın yanqısını yana- yana yaşayan və yana- yana da şeirlərində əks etdirən şairin qəlbi yalnız Vətən eşqiylə çarpır.
Mən elə bilirdim ki,
Ayrılıq bir nağıldı.
Öz başıma gələndən
Nağıl dünyam dağıldı.
Əjdər müəllimin yurd sevdalı şeirləri içərisində " Niyə açdın, ay bənövşə" - şeiri də diqqəti daha çox cəlb edir.
Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmış gözlərini,
Görənin ki, yoxdu sənin.
... Müjdəçisən yurdda yaza,
Əjdər hanı şeir yaza?
Dəstələyib gözəl qıza,
Verənin ki, yoxdu sənin.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın böyük elmi işçisi, "Xudafərin" qəzetinin redaktoru, gözəl qələm sahibi Şakir Albalıyev Ə.Y.Rza haqqında yazdığı məqalələrindən birində qeyd edirdi ki, "Şairin Vətən sevgisi şimali- cənublu Azərbaycan coğrafiyası çərçivəsindən aşıb böyük türk birliyinə qovuşur".Bu doğrudan da belədir.
Uyğurumun dili yanır,
Qandallanmış əli yanır.
Atillanın eli yanır
Qan tökülür, alov yağır,
Oyan, Türküm, oyan, bağır!
Uyğur- Oğuz ortaq candı,
Damarımdan axan qandı.
Harayından içim yandı...
Turan böyük şimşək çaxır,
Oyan, Türküm, oyan, bağır!
Ə.Y.Rzanın yaradıcılığını vərəqlədikcə, diqqətlə izlədikcə gözlərimiz önündə şairin poetik dünyası ən dolğun şəkildə öz əksini tapır. Bu ustad yazarın əhatə dairəsi, yaradıcılıq manerası gözlərimiz önündə öz əksini noetik boyalarla tapmış olur. Bu isə insanı sevindirməyə bilmir.
Əjdər müəllimin müxtəlif illərdə müxtəlif mövzularda qələmə aldığı "Haray", "Gordubaba yadındamı?", "Atatürk", "Xocalı dərdi", "Heydərbabayla üz-üzə" və "Azadlıq carçısı" kimi poemaları onun yaradıcılıq dünyasının çoxşaxəliliyindən soraq verir.
Şairin Vətən haqqındakı fikir və düşüncələrinin sərhəddi, noetik üfüqləri poemalarında daha da genişlənir və nəticədə onun poetik duyğularının obrazlı təcəssümünə çevrilir. Böyük ustad sənətkarımız Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə yazdığı "Gordubaba yadındamı?" poeması dediklərimin ən bariz təcəssümüdür.
Heydərbaba, Gordubaba, dağlısız,
Hər ikiniz əlinizdən bağlısız.
Qoşa dərdsiz, sinəmizə ağrısız,
Bu ağrılar dünyamızı qopardı,
Bu ağrılar Şəhriyarı apardı.
...Biz qoşulduq qaçqın adlı karvana,
Mən nə deyim karvan çəkən sarvana.
Səpələndik Mil- Muğana, Şirvana,
Görüşürük yaşdan- yaşa, ay baba,
Vaxt gecikir qan -qisasa, ay baba.
Xocalı faciəsi ilə bağlı çox poemalar yazılıb. Azərbaycan ədəbiyyatında əksər sənətkarlarımız bu mövzuya müraciət ediblər, o cümlədən də sevimli şair qardaşım Əjdər Yunus Rza.
Dostlar gələcəyə inanıram mən,
Qisas qiyamətə qalmayacaqdır.
Bu gün Xocalını ağlayan Vətən,
Sabah Xocalısız olmayacaqdır.
Məhz bu cür böyük inamın nəticəsi idi ki, qırx dörd günlük Vətən müharibəsini boyük qələbə ilə başa vurduq. Otuz illik bir həsrətin üzərindən qalın bir xətt çəkmiş olduq.
Şair "Heydərbabayla üz -üzə" poemasında isə Araz çayını çəpər edib yurdumuzu "o tay-bu tay" deyə ikiyə bölənlərə qarşı sonsuz nifrətini poetik bir dillə belə ifadə edir.
Qarı düşmən yolumuzu bağladı,
Doğma ellər bir- birinə yad oldu.
Kimi gördüm bu görüşdən ağladı,
Göz yaşımız məşəl oldu, od oldu.
Ə.Y.Rzanın " Atatürk" və "Azadlıq carçısı" poemaları da onun yaradıcılığında mühüm yer tutur. Belə ki, bu poemalar Türk dünyasının iki böyük liderinin- Mustafa Kamal Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin bədii obrazlarını noetik bir dillə lirik formada sevə -sevə vəsf edir. Bu isə istedadlı tarixçi alim qardaşımın, yəni gözəl şair Əjdər Yunus Rzanın tarixi keçmişimizə dərin sevgisinin təzahürüdür.
Dünya hesablaşıb, hesablaşır da,
O bir Günəşdir ki, sönməyəcəkdir.
O Türk dünyasının Öndəri kimi,
Sonsuz səmalardan enməyəcəkdir.
Şairin şeirlərindəki qəlb oxşayan, könül doyuran cəhətlərdən təkcə söhbət açmağım, bu duyğuları nəzərə çarpdırmağım o demək deyil ki, şair qardaşımın şeirlərində heç bir nöqsan yoxdur. Yeri gəlmişkən onu da demək istərdim ki, Ə.Y.Rza klassik poeziya ənənələrimizə nə qədər sıx bağlı olsa da, müasir şeir formalarından qismən uzaqdır. Şair diqqətini bu yönə də yönəltsəydi necə də xoş olardı...
Ə.Y.Rzanın yaradıcılığını oxumadan sevmək, sevmədən də oxumaq mümkün deyil. Çünki şairin hansı şeirinə müraciət etsən, hansı misrasına Vətən eşqilə çırpınan bir qəlbin həzin çırpıntılarının, ülvi döyüntülərinin sədasını duyarsan. Ata- baba yurduna dərin sevgi, Vətən torpağına ilahi bir məhəbbət onun könlündən çağlaya-çağlaya axan şirin duyğularının parlaq aynasıdır. Bu dünən də belə olub, bu gün də belədir. İnanıram ki, sabah da belə olacaqdır.Odur ki, bundan sonrakı yaradıcılıq yollarında da şair qardaşıma dərin sevgilərlə böyük uğurlar arzulayıram. Şair necə də gözəl deyib:
Bilirəm bir zaman qınanacağam,
İçimdən keçəni yazdığım üçün.
Amma zaman- zaman mən qalacağam,
Özümü sözümdən astığım üçün.
27- 31 mart 2020- ci il
Baxış sayı: 1 006
Bölməyə aid digər xəbərlər
Tarix: 06-05-2021 00:32 | Bölmə: Ədəbiyyat
Ələsgər Talıboğlu,Şair-publisist, AYB- nin üzvü,

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR