19:10 / 09-11-2026
Kassir 14 yaşlı yeniyetmənin ölümündə təqsirli bilinib
19:06 / 09-11-2026
Ayı vuruldu
19:01 / 09-11-2026
ABŞ həbsxanasında həbsdə olan Maduro dini mətnləri öyrənir
18:50 / 09-11-2026
Türkiyədə zavodda baş verən partlayış nəticəsində üç nəfər ölüb, 14 nəfər yaralanıb
18:46 / 09-11-2026
Qızlara hücum edən iki adam qaçıran şəxsə hökm oxunub
18:40 / 09-11-2026
Beşqat Olimpiya cüdo çempionu Teddi Riner Fransa prezidentliyinə namizədliyini irəli sürür
18:37 / 09-11-2026
Lavrov: "BƏƏ-də Rusiya və Ukraynanın təhlükəsizliyi gündəmdədir"
18:33 / 09-11-2026
Orbanın qardaşı Macarıstanda həbs edilib
18:25 / 09-11-2026
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
18:19 / 09-11-2026
Moskva Şəhər otelinə maşın sürərək ləzginka rəqsi edən kişi saxlanılıb
18:13 / 09-11-2026
Mütəşəkkil dəstə üzvləri beş qətl törədiblər
18:09 / 09-11-2026
İş adamının oğlunu 15 milyon rubla qaçırıb
18:02 / 09-11-2026
İsinbayeva Ukraynada Rusiya əleyhinə verilənlər bazasına daxil edilib
17:59 / 09-11-2026
Hücumdan əvvəl ailəsini və ev heyvanlarını öldürüb
17:54 / 09-11-2026
Dənizə yıxılan pianoçu Sakit Okeanda doqquz saat üzdükdən sonra xilas edilib
17:47 / 09-11-2026
Terror aktından sonra Polşada beş nəfər saxlanılıb
17:39 / 09-11-2026
Belarus Dövlət Rəqs Ansamblının keçmiş solisti Svetlana Vuyaçiç vəfat edib
17:33 / 09-11-2026
Çexiya Xarici İşlər Naziri rusiyalı qadın xokkeyçiləri təhqir etdi
17:25 / 09-11-2026
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
17:19 / 09-11-2026
Fotostudiya sahibi hərbi qulluqçuların şəkillərini satdığına görə məhkəmə qarşısına çıxacaq
13:45 / 09-11-2026
Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır-Könül Nurullayeva
23:15 / 08-11-2026
Rumıniyanın keçmiş Baş naziri Dançilă Ukraynaya dəstəyi dayandırmağa çağırır
23:10 / 08-11-2026
Fransa prezident seçkilərində liderlər açıqlandı
23:06 / 08-11-2026
Gürcüstandan 250-dən çox rusiyalı qovulub
23:03 / 08-11-2026
NATO-nun Polşada təlimlər keçirməsinin səbəbini izah etdi
22:59 / 08-11-2026
"Zenit"in oyunçuları Rusiya Premyer Liqasında "Rostov" üzərində qələbəni əldən verdilər
22:56 / 08-11-2026
Rusiya səfiri Kopırkin Ermənistanı Rusiya üçün vacib ölkə adlandırdı
22:51 / 08-11-2026
Tramp Ağ Evin mətbuat katibi vəzifəsində çalışan Dana Uaytın karikaturasını dərc etdi
22:34 / 08-11-2026
Zaporojye Atom Elektrik Stansiyasında xarici enerji təchizatı bərpa edilib
22:26 / 08-11-2026
Yanğınsöndürmə maşınını oğurlayaraq yol polisi əməkdaşlarını hədələyən şəxs saxlanılıb
22:23 / 08-11-2026
Ən ucuz motosikletini 6000 dollara satacaq ən ucuz motosikletini 6000 dollara satacaq
22:16 / 08-11-2026
"The Washington Post" qəzeti Venesuelanın yeni neft kralının adını açıqlayıb
22:09 / 08-11-2026
Ukrayna maliyyələşdirməsi səbəbindən AB ölkələrinin borcu 200 milyard avroya çata bilər
22:06 / 08-11-2026
İrana mümkün nüvə zərbəsinin ABŞ üçün nəticələrini proqnozlaşdırdı
22:02 / 08-11-2026
Səkkiz yaşlı fransız oğlan "Franceinfo" TV-də Makronu təhqir etdi
21:57 / 08-11-2026
Krakov qırğını siyasi böhrandan qaynaqlana bilərdi
21:52 / 08-11-2026
III Çarlz ilk dəfə Çinə səfər etməyə açıqdır
21:43 / 08-11-2026
Misirin şimalında iki qatar toqquşub, 150 nəfər yaralanıb
21:40 / 08-11-2026
Avropanın miqrantların inteqrasiyasındakı çatışmazlıqlarına diqqət çəkdi
“NAXÇIVANIM-GÖZ NURUM”-İbrahim Yusifoğlu
Tarix: 26-03-2021 14:04 | Bölmə: Ədəbiyyat

ŞAİR VƏ YAZIÇILARIMIZIN ƏSƏRLƏRİNDƏ DOĞMA TORPAĞA MƏHƏBBƏTİN TƏRRƏNÜMÜ
Odlar Yurdu Azərbaycanımızın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvan diyarı “Şərqin qapısı” adlandırılır. Mövcudluğu dövrdən Naxçıvan dünya sivilizasiyasının aparıcı mərkəzlərindən biri olmuş, bəşər mədəniyyətinin, həmçinin, qədim Şərqin mədəni ocağları sırasında durmuşdur. Tarixin səhifələrini vərəqlədiqcə görürük ki, bu torpaq dünya şöhrətli siyasətçilər, elm, incəsənət, mədəniyyət və ədəbiyyat dühaları yetirmiş və yetirməkdədir.

Bu qədim və bərəkətli torpağın qoynunda möhtəşəm bir Çinar ağacı kök atır. Bu Çinarın göylərə ucalan budaqlarında bəşəri dəyərləri açıb dünyaya bəyan edən, elmi-əxlaqi təsəvvürün şahı sayılan Nəsrəddin Tusi kimi elm xadimi, Azərbaycan tarixinin böyük bir hissəsini əks etdirən Məmməd Səid nəsri, tanrısı gözəllik və sevgi olan Hüseyn Cavid poeziyası, qaranlıqlar içində zillət çəkənxalqını “Molla Nəsrəddin” adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Cəlil satirası yaşayır. Bu “Çinar”ın İslam Səfərli, Məmməd Araz, Adil Babayev, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli kimi pöhrələri XX əsrin ikinici yarısından sonra əzəmətli budaqlara dönmüşlər. İllər ötdükcə bu ədəbi-bədii Çinarın yeni pöhrələri boy atır, sərt sınaqlardan keçərək bərkiyir, özünə layiq yerlər tutur. Yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Kəmalə Ağayeva,Elmira Qasımova, Güllü Məmmədova, Elman Həbib, Vaqif Məmmədov, Asim Yadigar, Muxtar Qasımzadə, Xanəli Kərimli,Hüseyn Əsgərov, Qatar Qərib, Elxan Yurdoğlu, Nərgiz İsmayılova.... Naxçıvan torpağıda yaşayıb yaratmaqla doğma torpağa məhəbbətlərini öz əsərlərində tərənnüm etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat Polioqrafiya Birliyində73 şairin 102 adda şeirləri, 9 müəllifin poemaları, bir povest olmaqla 304 səhifəlik “Naxçıvanım-göz nurum” adlı almanaxı çap olunaraq, oxuculara təqdim olunmuşdur. Kitab Xalq şairi Məmməd Arazın “Qızlar bulağı” şeiri ilə açılır. Hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan torpağını ürəyinin bir parçası bilir. “Bu yerlər, o yerlər” şeirində deyir:
Budur, uşaqlığım keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm, belə deyirlər,
Inana bilmirəm, bilmirəm axı.
Batabatın qəlb ovsunlayan gözəlliyi, Xalxal meşəsinin füsunkarlığı, Arpa-
çayının axarı, “Duz dağ”ın süfrələr bəzəyən neməti,Əlincənin əzəməti, Bəhruz Kəngərli kimi sənətkarlar, Koroğlu, Babəktək oğullar, xumar gözlü qızlar İslam Səfərlinin şeirlərində bədiiləşmiş, bunların bir çoxuna mahnılar bəstələnmişdir. Bu ənənəyə sadiq qalmış nəğməkar şairin “Batabat bulağı” və “Xalxal meşəsi” şeirləri almanaxda yer almışdır:
Demirəm, uca bir dağ belindəsən,
“Aran meşəsi”sən el dilindəsən,
“Naxçıvan çayı”nın sahilində sən,
Boy at, qoy İslamın gülsün nəğməsi,
A Xalxal meşəsi, Xalxal meşəsi.
Muxtar Respublikanın elə guşəsi yoxdur ki, Hüseyn Razi şeirlərində tərənnüm olunmasın. “Əlincə qalası”, “Ordubada gəlin”, “Duz dağı”, “Salvartı”, “Batabat”, “Naxçıvandadır”, “Gilançay”, “İlanlının”, “Arpaçay” inşaatçılarına həsr etdiyi “Dağlarda dəniz”, “Sahil düşüncələri” və digər şeirlərində şair muxtar respublikasının gözəlliklərini poetik dillə qələmə almışdır. “Azərbaycan gözəli” şeirində isə Hüseyn Razi muxtar respublikanın bütün gözəlliklərini, nadir nemətlərini, tarixi şəxsiyyətlərini tərənnüm etmişdir. “Naxçıvanım-göz nurum” kitabında isə H. Razinin “Möminə Xatun türbəsi” və “Gəmiqaya daşları” şeirləri oxuculara təqdim olunmuşdur. Şair ənənəsinə sadiq qalaraq qələmini fırçaya çevirmiş, bu qədim abidələrin bədii sözlə tablolarını yaratmışdır:
Əcəmi xalqının dağ vüqarını
Naxış düzümündə cəm eləmişdi.
Göyün əsrarəngiz ulduzlarını
Torpağın üstündə cilvələmişdi.
Əsərləri sevilə-sevilə oxunan Əliyar Yusiflinin “Naxçıvanam” və “Əlincə qalası” şeirləri almanaxda yer almışdır.
Şair müqəddəs və məğrur yerlərlə oxucusunu tanış edir,bu şeirlərdə doğma diyara məhəbbəti daha poetik, daha doğmadır:
Araz üstə dayanmısan mayaq tək,
Gen sinənə yaraşıqdır gül-çiçək.
Minarələr buluddan nəm çəkəcək,
Ana yurdum vüqarımsan, Naxçıvan,
Abidələr diyarısan Naxçıvan!
Naxçıvan torpağının Məhsətisi şairə Kəmalə Ağayevanın “Doğma Naxçıvanım” və “Quranəllər var olsun” şeirlərində doğma el-obaya məhəbbət hisləri ümumiləşmişdir.
Elman Həbibin yaradıcılığında Naxçıvan mövzusu bir neçə bəndlik şeirdən başlamış və “Naxçıvannamə” adlı bütöv bir kitaba dönmüşdür. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında muxtar respublikamızın dünəni, bu günü, sabahı şair istedadına xas olan səviyyədə tərənnüm olunmuş, gözəl tərtibatlı kitablar halında oxuculara çatdırılmışdır:
Azərbaycan gül dəstəsi
bu dəstəyə daş çiçəkdir,
Azərbaycan dövlətidir
dövləti Naxçıvanımın...
Şair-publisist Vaqif Məmmədovda qədim diyara olan məhəbbətini özünəməxsus tərzdə ifadə edir. Muxtarrespublikamızın alınmaz qalası hesab edilən Sədərək haqqında bir çox şeirlər yazan Vaqif Məmmədovun “Naxçıvan nəğməsi” şeiri daha poetikdir. Yaşı beş minə çatan Naxçıvanın “Əshabi-Kəhf möcüzə”, “Şərur hünər meydanı”, “Ordubad yaşıl ada”, “Şahbuz üzünüyün qaşı”, “Zorbulaq zoraxandı”, “Batabat cənnət bağı”, “Sədərək qeyrət qalası” kimi tərənnüm olunan şeirində gözlərimiz önündə canlı tablo yaradılmışdır.
Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən doğma Naxçıvanımızın mütəqillik yaşı çox olmasada, yüksək tərəqqi ilə inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk olunan yeni abidələrin tikilməsi qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər yaranır.
Ulu öndər Heydər Əliyevin: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır” müdrik fikrini yaradıcılığına epiqraf seçən şair-publisist Muxtar Qasımzadə “Gəmiqaya”, “Oğlan qala, qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” kimi şeirlərində qızıldan qiymətli örnəklərimizə tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazandırmışdır. Kitabdakı “Könül dostu Naxçıvanım” şeirində də öz ənənəsini davam etdirir:
Qurur duydum Əcəmindən, müdirik öndər Əlisoydan,
Dədəm Qorqud dastanından məhəbbətlə dolu boydan,
Əlincədən, Arpaçaydan, Qazan göldən, Ulu çaydan,
Atabəyim,Hinduşahım, dahiTusim-kəhkəşanım,
Ata yurdum, ana yurdum, könül dostum Naxçıvan!
Tanınmış şair publisist Asim Yadigarın yaradıcılığında Odlar Yurdu Azərbaycanımızın qədim və ayrılmaz parçası olan Naxçıvan diyarı bütün gözəllikləri ilə tərənnüm olunmuşdur. “Naxçıvanım – göz nurum”, “Azərbaycan tarix yazır”, “Gəncləşən Naxçıvanım” adlı şeirlərində şair Asim Yadigar öz sevgi və məhəbbətini doğma elinə bəyan edir:
Naxçıvan – göz nurum, bəxtiyarlığım,
Naxçıvan –düşmənə göz dağım mənim.
Bu yurddan güc alıb azadlıq eşqim,
Ucalıb üçrəngli bayrağım mənim.
“Naxçıvan –göz nurum” almanaxında şairlərdən Müzəffər Nəsirlinin “Pərvanəsiyəm”, Adil Qasımovun “Naxçıvan nəğməsi”, “Gəmiqayada” , Əhməd Mahmudun “Haçadağ”, Məşkur Əkbərin “Qızlar bulağı”, Elmira Qasımovanın “Naxçıvan dağları”, Əbülfəz Muxtaroğlunun “Batabat yaylağında”, İbrahim Yusifoğlunun “Günnütüm” , Məmməd Tahirin “Könlümdən Naxçıvan keçir”, “ “Nuhun qəbri”, Həsənəli Eyvazlının “ Qəhrəman Naxçıvanım”, Qafar Qəribin “Bu günkü Naxçıvan nağılvaridir”, “Odlu – közlü Naxçıvan”, Elxan Yusifoğlunun “Canməkanım”, “Şeir-şeir yazdım bu şəhəri”, Hacı Firudin Süleymanoğlunun “Batabat”, “Naxçıvan”, Budaq Təhməzin “Sabaha İlhamla gedir Naxçıvan”, Kəmalə Nəsrinin “ Gəmilər gəlməz Naxçıvana”, Əbülfəz Taliboğlunun “Üzən ada”, “Arpaçayım”, Tofiq Qəbulun “Heykəllər şəhəri”, Rühəngiz Əliyevanın “Naxçıvan” və digər müəlliflərin şeirləri yer almışdır. Hər bir şeirdə bu gözəl diyar məhəbbətlə tərənnüm olunmuşdur.
Asim Yadigarın “Kalba Musa çeşməsi”, Fərəc Fərəcovun “Müstəqillik yollarında”, Muxtar Qasımzadənin “Naxçıvan qala haqqında ballada”, Zeyqəm Vüqarın “Hər oğul qazanmır el məhəbbətin”, Məmməd Tahirin “Gəncləşən şəhər”. Qafar Qəribin “Bu şəhər gördüyün o şəhər deyil”, Elxan Yurdoğlunun “Naxçıvan dastanı”, Zaur Vedilinin “Nuh Yurdu”, Nazəni Həsənovun “Dahi rəhbərin bir iş günü” kitabın poemalar bölməsində dərc olunmuşdur. Nəsr bölməsində isə istedadlı alim, yazıçı, bir çox elmi və bədii kitabların müəllifi Nargisin (Nərgiz İsmayıllovanın) “Əcəmi” povesti oxuculara təqdim edilmişdir.
Ümuniyyətlə, “Naxçıvanım – göz nurum” almanaxında verilmiş şeirlərdə, poemalarda və povestdə qədim Naxçıvanın ulu keçmişi, əsrlərin yadigarı olan tarixi abidələri, bu torpağın əsrarəngiz təbiəti, eləcə də gündən-günə gözəlləşən, abadlaşan şəhərlərin, qəsəbələrin, kəndlərin misilsiz dərəcədə inkişafı poetik dildə tərənnüm olunur. Bu kitabı oxumağa dəyər.
İbrahim Yusifoğlu,
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı
Baxış sayı: 2 379
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib