00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
FİDAN NİZAMƏDDİN QIZININ “UŞAĞIN DUASI” HEKAYƏLƏR TOPLUSU HAQQINDA BƏSTƏLƏNMİŞ NOTLAR-İbrahim Yusifoğlu
Tarix: 06-03-2021 00:10 | Bölmə: Ədəbiyyat
Bu kitabı oxuyun!

Hər bir ailəyə xoşbəxtlik bəxş edir körpə gəlişi... Ürəklərdə nura, dodaqlarda təbəssümə dönür körpə gülüşü! Bir mahnı kimi qəlbləri ovsunlayır körpə qığıltısı. Günlərin birində bu körpələrin dilindən nəğmələr eşidəndə, şeirlər dinləyəndə, nağıllara qulaq asanda fərəhimizdən yerə-göyə sığmırdıq. Hansısa bir anda bu məsum və günahsız körpələrin baxışlarında kədər və dalğınlıq yanaqlarında göz yaşları görəndə ömrümüzün ən kədərli bağışlanmaz anını yaşayırıq. Bu isə onları bizə daha çox sevdirir, daha çox mehribanlaşdırır.
Azərbaycan uşaq ədəbiyyatının yaşı qədimdir. İbtidai insanların həyat tərzi, əmək vərdişləri, təsərrüfat işləri, şifahi xalq ədəbiyyatımızda genişliyi ilə öz əksini tapmışdır.
Yazılı ədəbiyyatımızda uşaq ədəbiyyatı və uşaq mətbuatı yeni inkişaf yoluna çıxmışdır. Müasir dövrümüzdə isə uşaq ədəbiyyatı ilə məşğul olan, gözəl, qəlboxşayan əsərlər yaradan, ədiblərimiz çoxdur. Lakin bu uşaqların qəlbini duyan müəlliflər çoxdur. Bu müəlliflərdən biridə filologiya üzrə fəlsəfə doktoru Azərbaycan Milli Elimlər Akademiyasının Nizami Gəncəvu adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, yazıçı Fidan Nizaməddin qızıdır.
Dövrü mətbuatda tez-tez uşaqlar üçün yazdığı hekayələrini dərc etdirən Fidan xanımın 2020-ci ildə “Şərq-Qərb” nəşriyyatında “Uşağın duası” adlı kitabı nəşr olunaraq geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. “Uşağın duası” kitabının digər uşaqlar üçün yazılmış kitablardan fərqləndirən cəhətlərdən birisi kitabın bütöv dünyanı bürüyən pandemiya dövründə meydana çıxması və bu qorxunc bəlanın – koronavirusun törətdiyi fəsadlardır.
Kitabda 26 müxtəlif mövzulu kiçik həcmli hekayələr yer alsa da, onların bir çoxunda koronavirus qorxusunu yaşamış, bu qəfil gələn, gözlənilməz bəlalar törədən, qorxunc hallara yol açan və bunları görən, yaşayan uşaqların həyatından, duyğularından danışılır.
“Fidanın yığcam hekayələrinə yığcam ön söz” adlı yazısında filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev “Uşağın duası” kitabı haqqında yazır:“Bu gənc yazıçı haqqında böyük fikirdəolmaqdan çox-çox uzağam. Ancaq Anton Çexovun, Mir Cəlalın və Salam Qədirzadənin hekayələrindəki yığcamlığı Fidanın hekayələrindəgördüm və bu məni çox sevindirdi. Bu yığcam hekayələrdə məna dolu mətləblərdən söz açılır. Hekayələrin hamısı kiçikhəcmli, ibrətamizdir. Uşaqlar üçün yazılmış hekayələr elə belə də olmalıdır”.
Bu fikirlər hörmətli professorun gənc bir yazıçının yaradıcılığına, onun sənətkarlıq qabiliyyətinə verdiyi layiqli qiymətdir. Və deyərdim ki, çox yerində söylənilən layiqli qiymətdir. Doğrudan da, iki-üç vərəqli hekayələrin hər birində insan iztitabları çox ustalıqla, real boyalarla təsvir edilmiş, oxucularına təqdim olunmuşdur.
Kitabdakı “Uşaqların duası” adlı müəllif sözü də çox maraqlı və təsirlidir. “Keçid dövrü” deyilən illərin uşaqlarının üzünə həyat doyunca gülmədi: “Şanlı Ordu”nun törətdiyi 20 yanvar qırğını, Sovet ordusunun köməyi ilə erməni qan içənlərinin həyata keçirdikləri Xocalı faciəsi, Qarabağ adlı dilbər güşənin və ətraf rayonların yadellilər tərəfindən işğal edilməsi, respublikaya rəhbərlik edənlərin səriştəsizliynin törətdiyi hərci-mərclik məhz onların uşaqlıq illərinə düşmüş, ömrü saf və təmiz xatirələrlə yadda qalan xoşbəxt anlarını əllərindən almışdır.

XXI əsrin 20-ci illərində isə bütün bəşətiyyəti ən qorxulu bəla – koronavirus ram etdi. Uşaqlar da bu bəlaya turş gəldilər. Bağçalarından, məktəblərindən, dostlarından, oyunlarıdan uzaq düşdülər – uşaqlıq anlarını, illərini itirdilər.
“Uçurum” kitabın ilk hekayəsidir. Və bu hekayəni həyəcansız oxumaq olmur: “Ölüm qorxusundan hamı eyni cür qorxur – ölüm kimi. Tez-tez düşündüyüm bir məslə vardı: Görəsən, insan ölüm anında kimi düşünür? Nəyi xatırlayır?” Kitabdan nümunə gətirdiyimiz bu və ya digər suallara hegemon dövlətlərin Suriyada törətdikləri dəhşətli müharibə nəticəsində ölüm ayağında can verən uşağın cavabı heyrətamiz və qəlbağrıdıcıdır: “Hər şeyi Allaha deyəcəm!”
Müəllif qəribə bir sualla da oxucusuna müraciət edir: “Bəlkə də, bu səbəbdən dünyanı sarsıdan, hamının ciyərinə ölüm çələngi hörən bu ağır xəstəlik uşaqlardan yan keçir...” Və sonda... “Bu gün Allaha şikayətə gedən o suriyalı uşaq sükut içində boğulan dünyanın yalın küçələrində yaşadıqlarını və yaşaya bilmədiklərini düşünərək uçurumlarda çərpələng uçurur...” Hər nədirsə qəlb göynədən hamını düzlüyə hegemonluqdan uzaq olmaga səsləyən, susmayan bir sədadır.
Fidan Nizaməddin qızı “Uşağın duası” kitabındakı hekayələrin bir çoxuna mövzuya uyğun olaraq böyük şəxsiyyətlərin müdrik fikirlərindən sitadlar gətirmişdir. “Uçurum” hekayəsində Nitsşenin “Uçurumlar sevənin qanadları olmalı. Yüksək dağlarda buzlar içində könülü yaşamaqdır fəlsəfə...”, “Uşaq evində karantin”də Xalid Hüseynin “Uşaqlar qorxu ilə belə mübarizə aparır – onlar yuxuya gedirlər”, “Günəşin ad günü”nə Jül Renarın “Hər gün bir stəkan günəş içib, bir çovdar sünbülü yemək lazımdır”, “Niyyət”ə Ebussuud Əfədinin “Yarın haqqın divanına varınca, hesab sorar Süleymandan karınca”, “Babamın medalları” sənədli hekayəsində Viktor Hüqonun “Sülh bəşəriyyətin xilası müharibə isə cinayətdir”, “Son gediş”ə isə Mehmet Akif Ersoyun “Dul kaldı kadınlar, babasız kaldı cocuklar, bir gir yedə bin ailenin matemi çağlar”. Bu sitatlar hekayələrin mövzularına uyğun seçilmiş onların mövzuları ilə vəhdət təşkil edirlər.
Odlar Yurdu Azərbaycanımızın başının üstünü almış qara buludların dağılması iyirmi səkkiz ildən çox çəkdi. Bu illər ərzində işğal edilmiş torpaqlarımızın düşmən tapdaqlarında inlədi, insanlarımız öz doğma el-obalarından qaçqın və köçgünə döndülər.Evlərə şəhidlər gətirilidi. Bütün bu hisslər Fidan Nizaməddin qızının “Son gedis” hekayəsində özünəməxsus deyim tərzi ilə öz əksini tapmışdır.
Bu hekayədə ata-oğul münasibətləri, dünyanın ən böyük və müqəddəs üçrəngli bayrağına məhəbbət, torpaq uğrunda canını qurban vermiş şəhidə böyük ehtiram, atasız qalmış evin kişilik yükünü hələ bərkiməyən çiyinlərə götürmək kimi missiyanı həyata keçirən bir uşağın obrazı canlandırılmışdır: “Sıra dağlar kimi arxasına dönmədən canını verən, müqəddəs bayrağımızın qucağında, qoruduğu və qanının axdığı torpağa qovuşacaqdı atası”.
İzdihamın qarşısına çıxıb hasar qapısında atasını qarşılayır, elə bu anda anlayır ki, atası ölümü ilə Şəhidlik zirvəzisə qovuşub, bu andan etibarən bu həyatda atasının əvəzinə yerişlər edəcəkdir. Bu onun mənəvi borcudur.
Kitabdakı hekayələrin hər birisi psixoloji cəhətdən uşaq dünyasını əks etdirir. “Küsmək haqqım...” isə oxunduqdan sonra oxucuda çox böyük əks səda yaradır. Müəllifin səkkiz yaşında atasız qalan qızı Cəmiləyə ünvanladığı bu hekayə çox mənalı və aktual mövzuya toxunulubdur: “Göz yaşımın sayı qədərdi küsməklərim... Həyatdakı sonuncu əzizimin məni tək qoyması kimi küsürəm. Mən küsəndə özümü yer kürəsinin sonuncu insanı kimi hiss edirəm. Məktəbdə coğrafiya kabinetində müəllimin stolunun üzərindəki qlobusu firladan bir uşağın şəhadət barmağı kimi tək tənha qalıram”.
Hekayədə küsən uşağın düşüncələri ilə “küsmək” məhvumu bir neçə mənada hallanır:
“Uşağın duası” hekayələr toplusu cəlbedici tərtibatla hər hekayənin mövzusuna uyğun rəsm əsərləri ilə oxuculara təqdim olnumuşdur.
Biz elmi-tədqiqat sahəsində bir çox uğurlara imza atmış, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Fidan Nizaməddin qızına bədii yaradıcıl yollarında uğurlar diləyir, uşaqların təzadlı dünyalarını obrazlı şəkildə əks etdirən yeni əsərlərinin işıq üzü görməsini arzulayırıq...Fidan Nizaməddin qızının özünün yazdığı kimi “Uşaq aləmi günəş kimidir, işığı və istisi heç vaxt tükənmir...”
İbrahim Yusifoğlu,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaudçüsü, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun əməkdaşı

Baxış sayı: 2 383
Bölməyə aid digər xəbərlər

- Küsmək həyatında ondan əziz biri yoxdur deməkdir;
- Küsmək sönmüş vulkanın tüstüsüdür.Barışanda püskürəcək;
- Küsmək mənim xarakterimin bu həyatdan dönüş hissəsidir.
- Küsmək diqqətsizlikdən doğulan bir körpədir;
- Küsmək həyata sevgi ilə qarışanların şirin qəmzəsidir;
“Uşağın duası” hekayələr toplusu cəlbedici tərtibatla hər hekayənin mövzusuna uyğun rəsm əsərləri ilə oxuculara təqdim olnumuşdur.
Biz elmi-tədqiqat sahəsində bir çox uğurlara imza atmış, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Fidan Nizaməddin qızına bədii yaradıcıl yollarında uğurlar diləyir, uşaqların təzadlı dünyalarını obrazlı şəkildə əks etdirən yeni əsərlərinin işıq üzü görməsini arzulayırıq...Fidan Nizaməddin qızının özünün yazdığı kimi “Uşaq aləmi günəş kimidir, işığı və istisi heç vaxt tükənmir...”
İbrahim Yusifoğlu,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaudçüsü, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun əməkdaşı

Baxış sayı: 2 383
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR