22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
ƏDƏBİYYATIN DÖYÜŞƏN ƏSGƏRİ – XALQ ŞAİRİ MƏMMƏD ARAZ
Tarix: 15-10-2020 01:20 | Bölmə: Ədəbiyyat

Vətənpərvər şair xalqın döyüşən əsgəridir. Xalq şairi Məmməd Arazın yardıcılığında bu ideyanı tamamilə aydın görmək mümkündür. Onun lirik məni Azərbaycanın ərazi bütövlüyü, milli istiqlalı və birliyi uğrunda babaların ruhu ilə birləşərək keşikdə dayanan və mübarizə aparan qüvvətli bir əsgər-döyüşçünü xatırladır. Məmməd Arazın yaradıcılığı istiqlal ideyaları ilə zəngin, vətənpərvərlik çağırışları ehtiva edən bir yaradıcılıq hadisəsidir. Vətənə məhəbbət, vətəndaşlıq borcu və azadlıq istəyi onun yaradıcılığının kredosunu təşkil edir. Məmməd Arazın vətəndaşlıq himnlərini, marş təsiri xatırladan əsərləri böyük və azad bir Vətən naminə əsgər yürüyüşü edən döyüşçünün nəğmələri kimi diqqət mərkəzinə çıxır.
Xalq şairi Məmməd Arazın yaradıcılıq aləmində Vətən mövzusunu Vətən – Vətəndaşlıq – Vətənpərvərlik konseptual üçbucağında təsvir etmək daha doğru olar. Qarabağ mövzusu da Vətən mövzusunu yeni bir üçbucaqda tamamlayan başlıca mövzulardandır. Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsinin təbliğinə və Azərbaycanın istiqalılana görkəmli xidmət göstərmiş əbədiyaşar sənət adamıdır. Onun “Ayağa dur, Azərbaycan” şeiri 90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Ümumiyyətlə, görkəmli şairin “Ayağa dur, Azərbaycan”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdik ki”, “Ulu şahım, qılıncına söykənim” kimi şeirləri milli istiqlal şeirimizin ən sanballı nümunələri sırasında özünə layiqli yer tutur. “Heç bir mükafatın yetmədi mənə, Bircə sağolun da bəsimdir, Vətən”, - deyən şair təmənnasız, lakin böyük bir vətən sevgisini əks etdirir misralarında.
Əsgər yürüşüdür mənim yürüşüm...
Vətən sevgisində birinci ada
Birinci çatmağa pay yetər mənə.
Burda birincilik: Vətən yolunda
Birinci ölməyi öyrədər mənə, –
deyə ustad şair vətən qarşısında xidmətlərə görə birincilik mübarizəsində bir əsgər kimi parad edərək həmişə əmrə, xidmətə hazır şəkildə dayanmağı əsl vətəndaşlıq vəzifəsi olaraq təqdim edir.
Ümumiyyətlə, milli müqəddərat və birlik məsələsi, həmrəylik ideyası Məmməd Araz yaradıcılığının başlıca qayəsini təşkil edir. Təsadüfi deyildi ki, 1988-90-cı illərin milli azadlıq hərəkatı dönəmində öz əsərlərilə yaxından iştirak edən və xalqı birliyə, həmrəyliyə çağıran görkəmli simalardan biri də məhz Məmməd Araz idi. “Ayağa dur, Azərbaycan” və başqa şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Görkəmli şairin “Ayağa dur, Azərbaycan” şeirində bütövlükdə Azərbaycan xalqının milli istiqlal idealları və düşüncəsi özünü əks etdirib. Şeirdə:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
– çağırışları əsas yer tuturdu və xalq azadlıq hərəkatı dönəmində hər bir azərbaycanlının, demək olar, əzbərinə çevrilmişdi.
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfiqinə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax! –
səslənişi xalqın bütün qüvvələrini milli mənafe baxımından birləşdirməyə və bir ideala, bir amala istiqamətləndirməyə çağırış edən şüar, ata nəsihəti idi.
Xalq şairi Məmməd Araz Azərbaycan poeziyasında xüsusi və əhəmiyyətli bir yer tutan dövlət atributlarının tərənnümü mövzusunda da öncüllərdən biri idi. Görkəmli söz ustadının şüarçı səslənişi - diksiyası, müraciət pafosu ilə xüsusi diqqət cəlb edən “Qalx ayağa, Azərbaycan” şeirindəki bu misralar da məhz heraldik poeziyamıza gözəl örnək ola biləcək nümunələrdəndir:
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan,
Azərbaycan,
Azərbaycan bayrağını!
Şair böyük məhəbbətlə tərənnüm, vəsf edib öydüyü Azərbaycan bayrağını mavi gözlü Xəzərlə müqayisələndirir: Azərbaycan bayrağının türklük simvolikasını sətiraltı, rəmzi şəkildə Xəzərlə müqayisədə, metanimik formada təqdim edir. Göygözlü, mavi Xəzər türk adının yadigarıdır. Xəzər - Kas türklərinin adını özündə daşlaşdıran və yadigarlaşdıran uğur, nailiyyət, güc, qüdrət simvoludur. Bir tərəfdən adı ilə türk adını daşıması, digər tərəfdən türklük rəmzinə çevrilmiş mavilik rəmzi daşıyan Xəzər öz genişliyi, dünyanı əhatə etməsilə Azərbaycan bayrağının genişlik, qüdrət, əzəmət, şöhrət rəmzinə çevrilir. Burda həm də alt qatdakı birlik, həmrəylik, bütövlük və böyüklük məzmununu da müşahidə etmək, üzə çıxarmaq olar. Nəzərə alanda ki, Xəzər həm də azərbaycanlıların sıx, kompakt yaşadığı İran ərazisi, habelə türk olkələrindən Türkmənistan, vaxtilə Azərbaycan ərazisi olmuş Dəmirqapı Dərbənd olaraq tanınmış Dağıstan ilə həmsərhəddir, bir az da geniş düşünsək, Xəzər vasitəsilə türk dünyası, ümumən dünya-aləm ilə əlaqələri təmin olunur, məhz Xəzər idealı ilə öz böyüklüyü və bütövlüyünə qovuşur, bütövləşir, böyükləşir. Bu zaman vətənpərvər şairin “Bayrağını Xəzər boyda bayraq eylə” vəsfi və bənzətməsini daha aydın başa düşmək və mənalandırmaq olar.
Yeri gəlmişkən, bu şeir forma-məzmun etibarilə Xalq şairi Məmməd Arazı ideya-fikir ustadı olan böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarla birləşdirir. Bu görkəmli ustad vaxtilə farsca yazdığı “Əsir Azərbaycanıma xitab” əsərində:
Fədakarlıq günüdür, qalx, anam Azərbaycan!
...Ey min-min bəlalara sinə gərən, mərd duran – misrası, eləcə də adı ilə də, məzmunu ilə də məşhurluq qazanmış “Azərbaycan” şeirindəki:
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül aləndi başımıza.
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! – kimi fikirləri, çağırışları ilə bütövləşərək Azərbaycan xalqını milli azadlıq yolunda üsyana, mübarizəyə, oyanış və birliyə çağırırdı.
Bəli, bu gün – oktyabrın 14-ü Naxçıvan Muxtar Respulikasının Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Xalq şairi Məmməd Araz özünün dərin vətəndaşlıq duyğuları ilə zəngin misraları ilə azad və böyük Vətən yolundakı müsəlləh bir əsgər təsirini bağışlayır. Bu vətən sevdalı şairimizi həm də o günü xatırlayırıq ki, Milli Ordumuz Qarabağ və işğal altında olan ərazilərimizin azad olması uğrunda müsəlləh bir zəfər mücadiləsinə çıxıb. Bu gün məhz o gündür ki, torpaqlarımızn yağı düşmənlərdən azad edilməsi üçün qəlbimizdən olmaq və ya ölmək keçib. Bu gün məhz o gündür ki, Babək hünərli, Xətai qılınclı, Koroğlu nərəli igid əsgərlərimiz Azərbaycanın işğalda olan torpaqlarını azad edərək yeni bir tarix, zəfər günü yazırlar. Xalq şairi Məmməd Arazın da qələbə çağırışlı misraları sanki Vətən tribunasının önündə hərbi parad nizamına düzülüblər. Onun hər sözü, misrası, şeiri “Vətən!” çağırır, milli qeyrətə, heysiyyət və birliyə dəvət edir. Necə ki Xalq şairinin “Vətən desin!” şeirində Vətən uğrunda birlik və mübarizəyə çağırış edilərək deyilirdi:
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin!
Ölənlərin əvəzinə
Qalanımız Vətən – desin.
Vətən – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin!
…Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən – desin!
…Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən – desin
Qoca millət,
Bu gün gərək
Hər anımız Vətən – desin!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Sabaha-inamla.az

Baxış sayı: 975
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!