21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
19:32 / 23-09-2026
15 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
19:28 / 23-09-2026
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
19:25 / 23-09-2026
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
19:21 / 23-09-2026
Hərbi ekspert deyir ki, Kiyevin "Patriot" raket istehsalına başlaması illər çəkəcək
19:17 / 23-09-2026
Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edib
19:15 / 23-09-2026
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
19:12 / 23-09-2026
Böyük Britaniyada hərbi təyyarə qəzaya uğrayıb
19:09 / 23-09-2026
Sərxoş kişi kafedə qarışıqlıq yaradıb
18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
17:43 / 22-09-2026
Bir alpinist iki turistin itkin düşdüyü dağının çətinliklərini sadaladı
17:39 / 22-09-2026
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
17:35 / 22-09-2026
Ukraynadakı Interpipe Steel zavodu Rusiya qüvvələrinin tətilindən sonra istehsalı dayandırıb
17:32 / 22-09-2026
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
17:29 / 22-09-2026
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
İbrahim Yusifoğlunun şeirləri
Tarix: 14-10-2020 12:35 | Bölmə: Ədəbiyyat

İbrahim Yusifoğlu 30.09.1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 48 il təhsil sahəsində çalışıb. Hazırda AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.
29 adda şeirlər, poemalar, nəsr və publisist əsərlərin müəllifidir. “Qızıl Qələm” media mükafatı laureatı, Prezident mükafatçısı, qabaqcıl təhsil işçisidir. Onun bir neçə şeirini oxuculara təqdim edirik.
Sabaha-inamla.az
Haraya qaçır bu adam
Addımları qırıq-qırıq,
Üzü, gözü cırıq-cırıq,
Gödəkçəsi sırıq-sırıq -
Haraya qaçır bu adam?
Eli yoxdu, eldən qaça,
Evi yoxdu, evdən qaça,
Yağış yağmır, seldən qaça -
Qəm-kədər saçır bu adam.
Göz yaşı gözündə donub,
Saçlarına qırov qonub,
İtə, pişiyə dost olub
Dərdini açır bu adam.
Nəyi gəlir qəmdən gəlir,
Görən deyir: “Dəmdən gəlir”,
Qarğa, quzğun həmdəm gəlir -
Onları qucur bu adam.
Ömür sürür qurdla, quşla,
Gül qoxlayır belə huşla,
Yola gedir bəd virusla,
İnsandan qaçır bu adam!
01.06.2020
MƏNİ GÜNAHIMA BAĞIŞLA, ALLAH
Dərdim bir çiçəyi qəhər eylədim,
Arının balını zəhər eylədim,
Dərdimi kəhərə yəhər eylədim,
Məni günahıma bağışla , Allah!
Gözlər mənə baxdı, mən qaşa baxdım,
Yanaqda yaşaran nəm-yaşa baxdım,
Çox erkən toxundu tən daşa baxtım,
Məni günahıma bağışla , Allah!
İstədim dirçələm yaz gəlib getdi;
Bir gözəl tapınca naz gəlib getdi,
Dost-tanış qapıma az gəlib getdi,
Məni günahıma bağışla , Allah!
Məni yola salan yolu unutdum,
Boynuma sarılan qolu unutdum,
Sağımı qorudum, solu unutdum,
Məni günahıma bağışla , Allah!
Getdi əlimizdən Vətən torpağı,
Geymədim əynimə kətən torpağı,
Gücüm yox qaytaram gedən torpağı,
Məni günahıma bağışla , Allah!
Əllərim çatmayır paralarına,
Şerimlə duz səpdim yaralarına,
Şəhidlər almadı aralarına,
Məni günahıma bağışla , Allah!
Bağışla-barışım günahlarımla,
Qaynayıb-qarışım ün “ah”larımla,
Onlardan ayrılım uşaqlarımla,
Məni günahıma bağışla , Allah!
Bu ilinbaharı bahar olmadı
Qışdan qar qalmadı, qarı əridə,
Qəlblərə bənövşə ətri dolmadı.
Gətirdi özüylə dərdi-səri də,
Bu ilin baharı bahar olmadı.
Bu ilin baharı bahar olmadı,
Novruz tonqalları çatılmadı da.
Üzlərə təbəssüm, gülüş qonmadı,
Evlərə heybələr atılmadı da.
Dağlara, düzlərə yağan yağışlar,
Dönüb göz yaşına qəlblərə axdı.
Tanrıya dikilən çaşqın baxışlar,
Sinələr odlayıb, ürəklər yaxdı.
Dünyanı ram edən koronavirus
Bürüyüb cənginə bəşəriyyəti.
Tanımır ingilis, tanımır urus,
Hər yerə yayılıb ölüm niyyəti.
Hələ ki, nazıyla oynayır dünya,
Hələ ki, önünə kimsə çıxammır.
Bir də ümid qalıb od saçan yaya,
Bu bahar havası ona qızammır.
Qadağa qoyulub toya-düyünə,
Yaslar izdihamsız yola salınır.
Baxıb xoş çağırışa, müdrik sözünə,
Yaşamaq naminə Evdə qalırıq.
...Böyük dəyanətlə, dözüm, səbrlə
Bu mənfur bəladan sovuşacağıq.
Hamı bir nəfərtək verib əl-ələ,
Gözəl baharlara qovuşacağıq.
05. 04. 2020
Qovuşacaqdı...
Hələ sərt xəbərlə açılır səhər,
Hələ qəlb ovutmur qəmli halımız.
Günləri vururuq başa birtəhər,
Hələ qüvvədədi “Evdə Qal” ımız.
Eyvandan baxıram dalğın Xəzərə,
Görürəm tək-tənha qalan dənizi.
Çılğın qağayılar dəymir nəzərə,
Ağarıb dənizin mavi bənizi.
Bir kimsə görünmür sahil boyunca,
Açılan çiçəklər ətir saçmayır.
Arılar gülləri qucmur doyunca,
Qızılgül bülbülə qucaq açmayır.
İtirib şuxluğun sərv ağacları,
“Yallı” çalınmayır, “Vağzalı” dinmir.
Səkini dolaşan Qumru quşları
Bu gün kətillərdən kərdiyə enmir.
Görünmüş bu yerin göyərçinləri
Çeşmədən su içib dimdik duranlar.
Vardı içlərində dikbaş, şənləri,
Arabir otlara dimdik vuranlar.
Uzaq səfərlərdən dönmür gəmilər,
“SOS” ları yanmayır, fitləri gəlmir.
Dəniz kənarında gün keçirənlər,
Özləri yoxsa da, izləri gəlmir.
... Eyvandan baxıram dalğın Xəzərə,
Bu küskün halına yovuşacaqdı.
İnsan gəlişiylə, insan əliylə
Yenə xoş günlərə qovuşacaqdı.
25. 04. 2020
MƏN ÇƏKƏN DƏRDLƏRİ
SƏN BARI ÇƏKMƏ
Mən dedim... sən gəldin...durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sənmənə ün yetməz uzaq kimiydin.
Nə qədər yaxindıq,o qədər uzaq,
Sarsıldım, duyğulu baxışlarından.
Nə bir qol qaldırdın, nə açdın qucaq,
Qorxdum,gözlərinin yağışlarından.
Sən ki, bənzəmirdin yada, özgəyə,
Bilirdim, sən məni duyub gəlmisən.
Şeir söylətməyə, söz eşitməyə,
Qəlbinin səsinə uyub gəlmisən.
Görənnə tapmısan şeirlərimdə,
Onlarınsevincdən kədəri çoxdu.
Elə sinəmdəki dərdlərimində,
Qədəri varsa da, hədəri yoxdu .
Dahanə söyləyim bu payız günü,
Görürsən, yarpaqlar xəzələ dönüb.
Sənə deyəcəyim şeirlər düzü,
Yaza bilmədiyim qəzələ dönüb.
Mənli hislərini saxla özündə,
Axı, qəm dəniyəm,qəlbinə əkmə.
Yansamda çatdığın ocaq közündə,
Mən çəkən dərdləri, sən barı çəkmə.
Mən dedim...
sən gəldin...
durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sən mənə əlyetməz uzaq kimiydin
Barışma
Ömür-gün yoldaşları tərəfindən
unudulmuş qadınlara
Qızılgülsən, dörd bir yanın tikandı,
Pardaxlanıb, tikanlara qarışma.
Elə bilmə hamı səni duyandı –
Bəhsə düşüb gözəlliklə yarışma.
Taleyinə odsuz yanıb-alışma.
İstəyini gözlərindən oxudum,
Dərd əlindən sən yamanca toxudun.
Baxışınla qəmli nəğmə oxudun,
Yamancana çatılıbdı qaşların,
Çox kişilər itiribdi başların.
Süfrəsində bəyənmirlər aşların,
Dönük olan bir dönüklə barışma.
Mən bilirəm küskünlüyün nədəndi,
Yad diyarda yal axtaran “gədə” ndi.
Sığal üçün sızıldayan bədəndi –
O dönüklə qovuşmağa çalışma!
Ana adı müqəddəsdi, mətindi,
Bu zamanda baş saxlamaq çətindi.
Vallah, sənə oğlun, qızın bəsindi,
Dönük olan ata ilə barışma!
Gecikmiş misralar
Özümü duyandan gizlicə,aşkar,
Ruhumuoxşayan gül axtarırdım.
İlməsiqardan ağ, üstündə cütnar.
Pəncərəönündə tül axtarırdım.
Sənə tuş gəlmədim baharda,yayda,
Çölü,çəmənliyi gəzdi gözlərim.
Birpayız günündə çatdılar dada,
Səndənəllərini üzən gözlərim.
Gördüm, o çiçəksən- gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xöşbəxtəm , nə qədər,bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca hürkəkdin, yaman təlaışlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı , əzizləyirdi.
...Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın payızı vardı,
Nə yaxşı, mən səni tapa bilmişəm.
Təzad
Havalar sozalanda
Günəşi istəyirik.
Günəşli günlərdəsə
Sığınırıq kölgələrə.
Qürbətlərə düşəndə
Vətəni səsləyirik.
Vətəndə olandasa
Bölünürük bölgələrə.
Çətin olacaqdı bu payız sənə
Daha sısqa-sısqa yağışlar yağır,
Yağışa qarışan qarğışlar yağır,
Qarğışa qarğıyan şimşəklər çaxır,
Yolların bürünür dumana, çənə -
Çətin olacaqdı bu payız sənə.
Sevdiyin çiçəklər, güllər solacaq,
Pəncərən önündə tüllər solacaq,
Hər solan gününə gözün dolacaq,
Saçların bələnir qırova, dənə -
Çətin olacaqdı bu payız sənə.
Heyin qalmayıbdı çağlamağına,
Ürəkdən hönkürüb ağlamağına,
Sonuncu düyməni bağlamağına,
Taqətin yenibdi yarıya-tənə -
Çətin olacaqdı bu payız sənə.
Bu payız gününü görəydin gərək,
Sevginə bir qəsir hörəydin gərək,
Dizinə-başına döyəydin gərək,
İndi köks ötürmə keçib-gedənə -
Çətin olacaqdı bu payız sənə.
Payız Dədə Qorqud libası geyib,
Hər ömrün payını, adını verib,
Sənəsə nə ana, nə nənə deyib,
Tənhalıq çökübdü solmuş çöhrənə -
Çətin olacaqdı bu payız sənə.
15.11.2019
Hind filmləri
“Hind filmi gətirib kinoçu Tağı”, -
Kənddə bu xəbəri hamı bilərdi.
Kino cavanlara günortaçağı,
Axşam yaşlılara göstərilərdi.
Bilet satılmazdı, yer deyilməzdi,
Hər kəs öz yerini özü seçərdi.
Qapıda pul yığan Tağı əmiyə
Hərə bir “Abbası” verib keçərdi.
Darısqal, havasız kənd klubunda
Filmin nümayişi uzun çəkərdi.
İki hissə olan hind kinosunda
Hərdən lent qırılar, işıq sönərdi.
Boyda balacaydım, sözdə utancaq,
Bir az da lal-dinməz olmuşdu adım.
Ürəyim titrəyib əsirdi, ancaq,
Səninlə yanaşı oturammadım.
Salardın sinənə hörüklərini,
Gözlərim dolanıb sənə baxardı.
Hərdən baxışımız toqquşan kimi
“Sanqam” filmindəki şimşək çaxardı.
“Kəşmirdə məhəbbət”, “Zita və Gita”,
“Avara”, “Ram və Şam” sirlər açırdı.
Elə vurulmuşduq nurlu həyata,
“Toz içində çiçək” ətir saçırdı.
Mahnılar hindcədən çevrilməsə də,
Ritmini duyardıq, doğma sanardıq.
Bəzi ənənəmiz düz gəlməsə də,
Hər dərdə alışıb, birgə yanardıq.
Mən qapı ağzından durub baxardım,
Sənin baxış yerin adada oldu.
Son dəfə əlimi sənə uzatdım,
Qismətim bir ovuc duzlu su oldu.
İndi nə klub var, nə Tağı kişi,
“Abbası” aldığım anam da yoxdur.
Bizi ayırsa da tale gərdişi,
Həyatı sevdirən hind filmi çoxdur.
30. 05. 2020
Baxış sayı: 1 281
Bölməyə aid digər xəbərlər
Tarix: 14-10-2020 12:35 | Bölmə: Ədəbiyyat

İbrahim Yusifoğlu 30.09.1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 48 il təhsil sahəsində çalışıb. Hazırda AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.
29 adda şeirlər, poemalar, nəsr və publisist əsərlərin müəllifidir. “Qızıl Qələm” media mükafatı laureatı, Prezident mükafatçısı, qabaqcıl təhsil işçisidir. Onun bir neçə şeirini oxuculara təqdim edirik.
Sabaha-inamla.az
Haraya qaçır bu adam
Addımları qırıq-qırıq,
Üzü, gözü cırıq-cırıq,
Gödəkçəsi sırıq-sırıq -
Haraya qaçır bu adam?
Eli yoxdu, eldən qaça,
Evi yoxdu, evdən qaça,
Yağış yağmır, seldən qaça -
Qəm-kədər saçır bu adam.
Göz yaşı gözündə donub,
Saçlarına qırov qonub,
İtə, pişiyə dost olub
Dərdini açır bu adam.
Nəyi gəlir qəmdən gəlir,
Görən deyir: “Dəmdən gəlir”,
Qarğa, quzğun həmdəm gəlir -
Onları qucur bu adam.
Ömür sürür qurdla, quşla,
Gül qoxlayır belə huşla,
Yola gedir bəd virusla,
İnsandan qaçır bu adam!
01.06.2020
MƏNİ GÜNAHIMA BAĞIŞLA, ALLAH
Dərdim bir çiçəyi qəhər eylədim,
Arının balını zəhər eylədim,
Dərdimi kəhərə yəhər eylədim,
Məni günahıma bağışla , Allah!
Gözlər mənə baxdı, mən qaşa baxdım,
Yanaqda yaşaran nəm-yaşa baxdım,
Çox erkən toxundu tən daşa baxtım,
Məni günahıma bağışla , Allah!
İstədim dirçələm yaz gəlib getdi;
Bir gözəl tapınca naz gəlib getdi,
Dost-tanış qapıma az gəlib getdi,
Məni günahıma bağışla , Allah!
Məni yola salan yolu unutdum,
Boynuma sarılan qolu unutdum,
Sağımı qorudum, solu unutdum,
Məni günahıma bağışla , Allah!
Getdi əlimizdən Vətən torpağı,
Geymədim əynimə kətən torpağı,
Gücüm yox qaytaram gedən torpağı,
Məni günahıma bağışla , Allah!
Əllərim çatmayır paralarına,
Şerimlə duz səpdim yaralarına,
Şəhidlər almadı aralarına,
Məni günahıma bağışla , Allah!
Bağışla-barışım günahlarımla,
Qaynayıb-qarışım ün “ah”larımla,
Onlardan ayrılım uşaqlarımla,
Məni günahıma bağışla , Allah!
Bu ilinbaharı bahar olmadı
Qışdan qar qalmadı, qarı əridə,
Qəlblərə bənövşə ətri dolmadı.
Gətirdi özüylə dərdi-səri də,
Bu ilin baharı bahar olmadı.
Bu ilin baharı bahar olmadı,
Novruz tonqalları çatılmadı da.
Üzlərə təbəssüm, gülüş qonmadı,
Evlərə heybələr atılmadı da.
Dağlara, düzlərə yağan yağışlar,
Dönüb göz yaşına qəlblərə axdı.
Tanrıya dikilən çaşqın baxışlar,
Sinələr odlayıb, ürəklər yaxdı.
Dünyanı ram edən koronavirus
Bürüyüb cənginə bəşəriyyəti.
Tanımır ingilis, tanımır urus,
Hər yerə yayılıb ölüm niyyəti.
Hələ ki, nazıyla oynayır dünya,
Hələ ki, önünə kimsə çıxammır.
Bir də ümid qalıb od saçan yaya,
Bu bahar havası ona qızammır.
Qadağa qoyulub toya-düyünə,
Yaslar izdihamsız yola salınır.
Baxıb xoş çağırışa, müdrik sözünə,
Yaşamaq naminə Evdə qalırıq.
...Böyük dəyanətlə, dözüm, səbrlə
Bu mənfur bəladan sovuşacağıq.
Hamı bir nəfərtək verib əl-ələ,
Gözəl baharlara qovuşacağıq.
05. 04. 2020
Qovuşacaqdı...
Hələ sərt xəbərlə açılır səhər,
Hələ qəlb ovutmur qəmli halımız.
Günləri vururuq başa birtəhər,
Hələ qüvvədədi “Evdə Qal” ımız.
Eyvandan baxıram dalğın Xəzərə,
Görürəm tək-tənha qalan dənizi.
Çılğın qağayılar dəymir nəzərə,
Ağarıb dənizin mavi bənizi.
Bir kimsə görünmür sahil boyunca,
Açılan çiçəklər ətir saçmayır.
Arılar gülləri qucmur doyunca,
Qızılgül bülbülə qucaq açmayır.
İtirib şuxluğun sərv ağacları,
“Yallı” çalınmayır, “Vağzalı” dinmir.
Səkini dolaşan Qumru quşları
Bu gün kətillərdən kərdiyə enmir.
Görünmüş bu yerin göyərçinləri
Çeşmədən su içib dimdik duranlar.
Vardı içlərində dikbaş, şənləri,
Arabir otlara dimdik vuranlar.
Uzaq səfərlərdən dönmür gəmilər,
“SOS” ları yanmayır, fitləri gəlmir.
Dəniz kənarında gün keçirənlər,
Özləri yoxsa da, izləri gəlmir.
... Eyvandan baxıram dalğın Xəzərə,
Bu küskün halına yovuşacaqdı.
İnsan gəlişiylə, insan əliylə
Yenə xoş günlərə qovuşacaqdı.
25. 04. 2020
MƏN ÇƏKƏN DƏRDLƏRİ
SƏN BARI ÇƏKMƏ
Mən dedim... sən gəldin...durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sənmənə ün yetməz uzaq kimiydin.
Nə qədər yaxindıq,o qədər uzaq,
Sarsıldım, duyğulu baxışlarından.
Nə bir qol qaldırdın, nə açdın qucaq,
Qorxdum,gözlərinin yağışlarından.
Sən ki, bənzəmirdin yada, özgəyə,
Bilirdim, sən məni duyub gəlmisən.
Şeir söylətməyə, söz eşitməyə,
Qəlbinin səsinə uyub gəlmisən.
Görənnə tapmısan şeirlərimdə,
Onlarınsevincdən kədəri çoxdu.
Elə sinəmdəki dərdlərimində,
Qədəri varsa da, hədəri yoxdu .
Dahanə söyləyim bu payız günü,
Görürsən, yarpaqlar xəzələ dönüb.
Sənə deyəcəyim şeirlər düzü,
Yaza bilmədiyim qəzələ dönüb.
Mənli hislərini saxla özündə,
Axı, qəm dəniyəm,qəlbinə əkmə.
Yansamda çatdığın ocaq közündə,
Mən çəkən dərdləri, sən barı çəkmə.
Mən dedim...
sən gəldin...
durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sən mənə əlyetməz uzaq kimiydin
Barışma
Ömür-gün yoldaşları tərəfindən
unudulmuş qadınlara
Qızılgülsən, dörd bir yanın tikandı,
Pardaxlanıb, tikanlara qarışma.
Elə bilmə hamı səni duyandı –
Bəhsə düşüb gözəlliklə yarışma.
Taleyinə odsuz yanıb-alışma.
İstəyini gözlərindən oxudum,
Dərd əlindən sən yamanca toxudun.
Baxışınla qəmli nəğmə oxudun,
Yamancana çatılıbdı qaşların,
Çox kişilər itiribdi başların.
Süfrəsində bəyənmirlər aşların,
Dönük olan bir dönüklə barışma.
Mən bilirəm küskünlüyün nədəndi,
Yad diyarda yal axtaran “gədə” ndi.
Sığal üçün sızıldayan bədəndi –
O dönüklə qovuşmağa çalışma!
Ana adı müqəddəsdi, mətindi,
Bu zamanda baş saxlamaq çətindi.
Vallah, sənə oğlun, qızın bəsindi,
Dönük olan ata ilə barışma!
Gecikmiş misralar
Özümü duyandan gizlicə,aşkar,
Ruhumuoxşayan gül axtarırdım.
İlməsiqardan ağ, üstündə cütnar.
Pəncərəönündə tül axtarırdım.
Sənə tuş gəlmədim baharda,yayda,
Çölü,çəmənliyi gəzdi gözlərim.
Birpayız günündə çatdılar dada,
Səndənəllərini üzən gözlərim.
Gördüm, o çiçəksən- gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xöşbəxtəm , nə qədər,bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca hürkəkdin, yaman təlaışlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı , əzizləyirdi.
...Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın payızı vardı,
Nə yaxşı, mən səni tapa bilmişəm.
Təzad
Havalar sozalanda
Günəşi istəyirik.
Günəşli günlərdəsə
Sığınırıq kölgələrə.
Qürbətlərə düşəndə
Vətəni səsləyirik.
Vətəndə olandasa
Bölünürük bölgələrə.
Çətin olacaqdı bu payız sənə
Daha sısqa-sısqa yağışlar yağır,
Yağışa qarışan qarğışlar yağır,
Qarğışa qarğıyan şimşəklər çaxır,
Yolların bürünür dumana, çənə -
Çətin olacaqdı bu payız sənə.
Sevdiyin çiçəklər, güllər solacaq,
Pəncərən önündə tüllər solacaq,
Hər solan gününə gözün dolacaq,
Saçların bələnir qırova, dənə -
Çətin olacaqdı bu payız sənə.
Heyin qalmayıbdı çağlamağına,
Ürəkdən hönkürüb ağlamağına,
Sonuncu düyməni bağlamağına,
Taqətin yenibdi yarıya-tənə -
Çətin olacaqdı bu payız sənə.
Bu payız gününü görəydin gərək,
Sevginə bir qəsir hörəydin gərək,
Dizinə-başına döyəydin gərək,
İndi köks ötürmə keçib-gedənə -
Çətin olacaqdı bu payız sənə.
Payız Dədə Qorqud libası geyib,
Hər ömrün payını, adını verib,
Sənəsə nə ana, nə nənə deyib,
Tənhalıq çökübdü solmuş çöhrənə -
Çətin olacaqdı bu payız sənə.
15.11.2019
Hind filmləri
“Hind filmi gətirib kinoçu Tağı”, -
Kənddə bu xəbəri hamı bilərdi.
Kino cavanlara günortaçağı,
Axşam yaşlılara göstərilərdi.
Bilet satılmazdı, yer deyilməzdi,
Hər kəs öz yerini özü seçərdi.
Qapıda pul yığan Tağı əmiyə
Hərə bir “Abbası” verib keçərdi.
Darısqal, havasız kənd klubunda
Filmin nümayişi uzun çəkərdi.
İki hissə olan hind kinosunda
Hərdən lent qırılar, işıq sönərdi.
Boyda balacaydım, sözdə utancaq,
Bir az da lal-dinməz olmuşdu adım.
Ürəyim titrəyib əsirdi, ancaq,
Səninlə yanaşı oturammadım.
Salardın sinənə hörüklərini,
Gözlərim dolanıb sənə baxardı.
Hərdən baxışımız toqquşan kimi
“Sanqam” filmindəki şimşək çaxardı.
“Kəşmirdə məhəbbət”, “Zita və Gita”,
“Avara”, “Ram və Şam” sirlər açırdı.
Elə vurulmuşduq nurlu həyata,
“Toz içində çiçək” ətir saçırdı.
Mahnılar hindcədən çevrilməsə də,
Ritmini duyardıq, doğma sanardıq.
Bəzi ənənəmiz düz gəlməsə də,
Hər dərdə alışıb, birgə yanardıq.
Mən qapı ağzından durub baxardım,
Sənin baxış yerin adada oldu.
Son dəfə əlimi sənə uzatdım,
Qismətim bir ovuc duzlu su oldu.
İndi nə klub var, nə Tağı kişi,
“Abbası” aldığım anam da yoxdur.
Bizi ayırsa da tale gərdişi,
Həyatı sevdirən hind filmi çoxdur.
30. 05. 2020
Baxış sayı: 1 281
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













