Bütün xəbərlər
İbrahimoviç oyun zamanı rəqib futbolçunu vurub - VİDEO
Tarix: 22-05-2018 09:32 | Bölmə: Dünya

                     Buna görə o, qırmızı vərəqə alaraq meyandan qovulub

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç "Monreal İmpekt"lə oyun zamanı birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
"Report"un məlumatına görə, hadisə XII tur matçında ilk yarının sonlarında baş verib.
Kanada komandasının yarımmüdafiəçisi Maykl Petrasso isveçli hücumçunun ayağını tapdalayıb. Bundan qəzəblənən İbrahimoviç Petrassonun boynunun arxasına əli ilə zərbə vurub.
Baş hakim epizodun videotəkrarına baxdıqdan sonra İsveç millisinin sabiq forvardını meydandan qovub. Petrasso isə sarı vərəqə alıb.
Lakin azlıqda qalması "Los Anceles Qelaksi"yə "Monreal"ı 1:0 hesabı ilə yenməkdə mane olmayıb.
                      


Baxış sayı: 908


Bölməyə aid digər xəbərlər