Bütün xəbərlər
Paşinyan sonsuza qədər davam edə bilməyən bir prosesə işarə edib
Tarix: 08-05-2024 20:14 | Bölmə: Siyasət

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, enerji resursları sahəsində vahid tənzimləmə sistemləri ilə Aİİ-nin ümumi bazarının formalaşdırılması prosesi xeyli ləngiyib.
"Ermənistan tərəfi gözlənilməz tədbirlərin həyata keçirilməsi üçün müddətlərə yenidən baxılmasını başa düşür, lakin hesab edir ki, bu proses sonsuza qədər davam edə bilməz", - Paşinyan Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında vurğulayıb.
Siyasətçi həmçinin qeyd edib ki, Ermənistan həll olunmamış məsələlər üzrə konsensusa tez bir zamanda nail olmaq üçün konstruktiv dialoqa hazırdır.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər