Bütün xəbərlər
Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib
Tarix: 15-05-2018 23:51 | Bölmə: Dünya
                                          

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.
"Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər", - deyə Trampın bəyanatında deyilir.
Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edirlər. "Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək", - deyə Tramp fikirlərini yekunlaşdırıb.


Baxış sayı: 846


Bölməyə aid digər xəbərlər