Bütün xəbərlər
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılıb
Tarix: 09-09-2019 10:17 | Bölmə: Manşet


                         Naxçıvan MR Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncam Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə imzalanıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etməlidir.


Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər