Bütün xəbərlər
Ərdoğan İlham Əliyevə zəng etdi
Tarix: 21-06-2019 20:15 | Bölmə: Manşet


İyunun 21-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Modern.az-ın xəbərinə görə, dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.
Azərbaycan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.


Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər