Bütün xəbərlər
Putin toya dəvət edildi: Nazirə nə hədiyyə edəcək?
Tarix: 17-08-2018 23:59 | Bölmə: Manşet




Rusiya Prezidenti Vladimir Putinin Avstriyanın Xarici İşlər naziri Karin Knayslın toyuna dəvət edilməsi ölkədə narazılıqla qarşılanıb.
Axar.az xəbər verir ki, bu barədə “Deutsche Velle” nəşri yazıb.
Avstriyalı politoloq Cerard Manqott Rusiya Prezidentinin Avstriyaya səfər etməsinin ölkəyə zərər vuracağını bildirib. Onun sözlərinə görə, qarşıdan gələn səfər Avstriyanın Rusiyanın Avropa İttifaqındakı “Troya atı” olması şübhəsini yaradır. Manqott hesab edir ki, bu dəvət Putinə təcrid olunmadığını, əksinə, onun səfərinə Avropa ictimaiyyətinin şad olmasını nümayiş etdirməyə imkan verir.
Qeyd edək ki, XİN rəhbərinin toy mərasimi avqustun 18-də keçiriləcək.
***
Rusiya Prezidenti Vladimir Putinin Avstriya XİN rəhbəri Karin Knayslına hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq.
Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək.


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər