Bütün xəbərlər
Ərdoğan: ABŞ-ın Türkiyəyə qarşı atdığı addımlar Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir
Tarix: 11-08-2018 14:10 | Bölmə: Manşet

ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə Vaşinqtonun maraqlarına zərbə vurur və Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “The New York Times” qəzetində dərc olunan məqaləsində yazıb.
Yazıda qeyd edilir ki, gec olmadan Vaşinqton səhv mülahizələrini bir kənara qoymalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir:
"Bu birtərəflilik və hörmətsizlik trendindən dönməzlərsə, yeni dostlar və tərəfdaşlar axtarmağa başlayacağıq".
Onun sözlərinə görə, son illər fikir ayrılıqları hər iki ölkənin münasibətlərinin möhkəmliyini sınağa çəkir, Türkiyənin bu tendensiyanı dəyişmək səyləri nəticəsiz qalır:
“Əgər ABŞ Türkiyənin suverenliyinə hörmətlə yanaşmasa və xalqımız qarşısında duran çağırışları anladığını isbat etməsə, bizim tərəfdaşlığımız təhlükə altına düşə bilər".


Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər