Bütün xəbərlər
Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Tarix: 05-06-2018 13:55 | Bölmə: Manşet
                                   

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
"Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.



Baxış sayı: 417


Bölməyə aid digər xəbərlər