Bütün xəbərlər
Bu gün Milli Məclisin deputatı Adil Əliyevin doğum günüdür -TƏBRİK EDİRİK!
Tarix: 25-09-2019 02:35 | Bölmə: Manşet
Bu gün cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər bir insanın, ziyalının, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin  deputatı Adil Əliyevin doğum günüdür. Həqiqətən də Adil müəllim onun haqqında deyilən xoş sözlərə layiqdir. Milli Məclisin üzvü və  Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi də xidmətləri böyükdür. Adil Əliyev həqiqətən də fəxr ediləsi insandır.
Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildə "Polis Əlaçısı" olub.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.
2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.
9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailəlidir, üç övladı var.
General-leytenant Məhərrəm Əliyev Adil Əliyevin qardaşıdır.
Sabaha-inamla.Az xəbər portalının kollektivi başda Namiq Məmmədli olmaqla Adil müəllimi 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır. 100 yaşayın Adil müəllim!
Sabaha-inamla.Az








Baxış sayı: 1 019


Bölməyə aid digər xəbərlər