15:15 / 12-03-2026
İsrail İranın nüvə mərkəzinə zərbə endirib
15:10 / 12-03-2026
Dubayda vertolyotun dronu vurduğunu göstərdi
15:04 / 12-03-2026
Hava Limanında bir kişi öldü
14:59 / 12-03-2026
İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ məktəbi "Tomahawk" raketləri ilə vurub
14:52 / 12-03-2026
FSB Krımda rus hərbçisinə qarşı törədilmiş terror aktının qarşısı alınmış görüntülərini yayımlayıb
14:47 / 12-03-2026
19 "Krokus" terrorçusundan 15-i ömürlük həbs cəzası alacaq
14:43 / 12-03-2026
Banqladeş Rusiyadan neft almaq üçün ABŞ-dan icazə istəyib
14:39 / 12-03-2026
İspaniya Madridin Ukraynaya yardım üçün nə qədər xərclədiyini hesablayıb
13:38 / 12-03-2026
İsrail pilotu İran döyüş başlıqlarından ibarət dəstəni ələ keçirib
13:33 / 12-03-2026
İran cəmiyyəti Xameneinin sui-qəsdindən sonra ABŞ və İsrailə qarşı birləşdi
13:12 / 12-03-2026
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
01:28 / 12-03-2026
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
22:19 / 11-03-2026
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
22:14 / 11-03-2026
Məktəblərdə şagirdlərin şəxsi axtarışları tətbiq oluna bilər
22:09 / 11-03-2026
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
22:06 / 11-03-2026
Tramp İranda məktəbə edilən hücumda ABŞ-ın iştirakı barədə heç nə bilmədiyini bildirib
22:00 / 11-03-2026
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
21:56 / 11-03-2026
Makron iddia edir ki, G7 liderləri Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edirlər
21:53 / 11-03-2026
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
21:47 / 11-03-2026
İtini qadının üstünə buraxdı; iş açılıb
21:41 / 11-03-2026
Lavrov İrandakı vəziyyəti Oman Xarici İşlər Naziri ilə müzakirə etdi
21:38 / 11-03-2026
Xarici agent Maksim Katz qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib
20:25 / 11-03-2026
Ukrayna Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsini ayrı-seçkilikdə günahlandırdı
20:19 / 11-03-2026
Uğursuz plastik cərrahiyyə əməliyyatı ilə bağlı cinayət işi açılıb
20:14 / 11-03-2026
Quberniyev bildirib ki, Rusiya Dünya Kubokunda İranın yerini tutmalıdır
20:10 / 11-03-2026
Tatarıstanda neft oğurluğuna görə dörd ukraynalı qiyabi mühakimə olunacaq
20:07 / 11-03-2026
Peskov xatırlatdı ki, Rusiya Türkiyəni Kiyevin Qara dənizdəki boru kəmərlərini sabotaj etmək planları ilə bağlı xəbərdar etdi
20:02 / 11-03-2026
Hayfada 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib
20:00 / 11-03-2026
Məhkəmə ömürlük pulsuz pizza almaq hüququnu rədd etdi
19:54 / 11-03-2026
Valideynlik hüququndan məhrum edilmiş ata qızını qaçırdı
19:51 / 11-03-2026
Hayfa sakinlərinə gecəni bomba sığınacaqlarında keçirmələri tövsiyə olunur
19:46 / 11-03-2026
Çexiyalı xizəkçinin Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurması qadağan edilib
21:37 / 10-03-2026
İran Hayfadakı neft emalı zavoduna zərbələr endirib
21:33 / 10-03-2026
İran İsraili Beyruta atəş açarkən dörd diplomatın ölümündə günahlandırıb
21:18 / 10-03-2026
Qadın sərnişinə hücum etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib
21:15 / 10-03-2026
İran İsrail və ABŞ infrastrukturuna cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib
21:11 / 10-03-2026
Xəstəxana xəstəsi lift şaxtasına yıxılaraq ölüb
21:07 / 10-03-2026
Merz Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına qarşıdır
Miraslan Rasim-ŞEİRLƏR
Tarix: 07-08-2021 03:20 | Bölmə: Ədəbiyyat

"ƏDALƏT İŞIĞINDA" ƏDƏBİ MƏCLİSİ TƏQDİM EDİR:
Miraslan Rasim (Bağırov) 1947-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənddəki beynəlmiləl internat məktəbdə almış, 1971-ci ildə ADPU-nin Riyaziyyat fakültəsini bitirmişdir. 53 illik pedaqoji fəaliyyəti dövründə 1992-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, “Qabaqcıl Maarif xadimi”, “Xalq maarifi əlaçısı”, “SSRİ Xalq Maarifi əlaçısı” döş nişanlarına layiq görülmüşdür. Satirik şeirləri Respublikanın əksər mətbu orqanlarında-jurnal və qəzetlərində mütəmadi olaraq çap olunur. “Qızıl Qələm” media mükafatı laureatıdır. AJB-nin üzvüdür, hal-hazırda “Yurd” elmi-bədii publisistik jurnalın məsul katibi, “XXI əsr Ədalətli iş və düzgün söz” qəzeti redaktorunun I müavinidir.
Yaradıcılığına gəlincə, şeirləri eləcə də çap olunmuş 4 kitabı, oxucuların stolüstü kitabına çevrilmişdir: “Təpədəki evin sirri, “Günümüzün reallığı”, “Tale yazansan”, “Nə günlərə qaldıq...”
Dostum və həmkarım Miraslan Rasimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU),
“Ədalət İşığında” ədəbi məclisinin sədri,
AJB-nin üzvü,
“Yurd” jurnalının redaktoru,
“Qızıl Qələm” media mükafatı laureatı

Miraslan Rasim
Yadıma salma
Məndən ayrılanda nələr demisən
O acı sözləri yadıma salma!
Sən ki,həyatımı puç eyləmisən
O nəmli gözləri yadıma salma!
Tutdu "damarını",ara vuranlar
Bu sevən qəlbimə yara vuranlar
Sonda atdı səni, könül qıranlar
Sevinən üzləri,yadıma salma!
O vaxtdan həyatım qüssə-qəm oldu
Bircə an gülmədim,gözüm nəm oldu
Gecəm heç,hər biri cəhənnəm oldu
Qara gündüzləri,yadıma salma!
Qaçdı sözlərimdən şəkərim,duzum
Ərimək bilmədi ,sinəmdə buzum
Kim deyir,"kişilər ağlamaz!",quzum?!
Axan dənizləri,yadıma salma!
BİRİNƏ CAVAB MƏKTUBU
Soyadında "jir" sözü,harda piy var ordasan!
Tutaşma, Türklərinən bir də gördün gordasan!
"Şovinist","ara qatan","dəli" tək tanınırsan,
Baş-başa verirsiniz,elə bil ki,xordasan!
"Geyişmən tutub" yenə,nəsə xatırlamısan?!
Hər kəlmən kin və nifaq,yenəmi porndasan!
Quraşdır saxta tarix,guya xristiansan?!
Düşsə islamdan söhbət,çətinlikdə,zordasan!
Bilinmir milliyyətin,ədəb,mərifətin yox,
Ətrafın züy tutanlar,sən də sanki bardasan!
Türk dövlət yaradanda siz,şamlaxda idiniz,
Tez bağla bu söhbəti,bilirəm ki,dardasan!
Gör bizlər neçə elik,az deyil ki,sayımız
Yaxşı bax dörd yanına,bir polad hasardasan!
Sən get öz dərdini çək,"embarqolar" belində
Ölmüsən,götürən yox,sağalmaz azardasan!
BALLAŞDIRIM...
Arı qardaş,öyrət mənə
Tər güllərdən bal çəkməyi
Həyatım bənzəyir sənə
Sevdim işi,tər tökməyi...
Səndə şandı,məndə kitab
Səndə baldı,məndə sözdü;
Hər çətinə edirsən tab
Mən də çox möhnətə dözdüm
O, iş sənin,bu iş mənim
Çalışırıq gündüz,gecə
Söz mülkü, mənim məskənim
Səninki çiçək,bal beçə.
Dünya edir heyrət sənə
Hamı bilir o,bal dadın;
Şirinliyi öyrət mənə
Ballaşdırım şair adın!
OLMUR
(Dostum B.S-ə ithafən)
Dostu tərifləyib eldə,obada
Səhvin (ikilikdə) saymasan,olmur!
Bəzi elə sanır yaltaqlanıram
Tənqid etməyim də heç asan olmur!
Dost var ki,anlayar sən deyənləri
Yadında saxlayar deyilənləri
"Nöqsansızam!"deyib öyünənləri
Özündən kənarda qoymasan,olmur!
Nöqsan insan ilə birgə doğulur;
Adam var ki,günahlarda boğulur;
Nə vaxt ki,qüsurlar itir,yox olur
Yaxşını hamıya yaymasan,olmur!
Tanrı özü seçir, seçilmışləri
Yalnız odur bilən sirli işləri
Nöqsanı düzəltmək-qovmaqdır şəri
Səhvi düzəldəni duymasan,olmur!
SÜLH DÖNƏR GƏRƏYƏ...
Bəzən sükut dərman olur
Əsəbə,ürəyə,qardaş!
Stress düşməndir,tez vurur
Beyinə,kürəyə,qardaş!
Acı söz ola qadağa;
Təhqir keçməyə qabağa;
Başa sevgi,hörmət yağa-
Paylana hərəyə,qardaş!
Bol nəvaziş,bol səadət
Hər evdə sayıla sərvət
Çox olarsa,insaf,mürvət-
Çatarıq çörəyə,qardaş!
Sakitlik musiqi deyil?!
Xoş rəftarın qədrini bil!
Sən,səs-küyü dünyadan sil-
Sülh dönər gərəyə,qardaş!
İNCİTMƏ MƏNİ
Səni and verirəm,sâf eşqimizə
Belə qısqanc olub,incitmə məni?
Al, bu da gözlərim,bağla,razıyam
Qorxundan "kor" qalıb,incitmə məni !
Yaman utanıram,dostdan,tanışdan
Ay qız sən insansan,yoxsa,alışqan?!
Qıpanaq etmisən məni çalış,qan
Küsməkdən zövq alıb,incitmə məni!
Muraslan fağırn bir ürəyi var;
O da ki,sənindir,daha nəyi var?!
Bizi hər görəndə gülür adamlar
Haqsız dava salıb,incitmə məni!
TÜRK OĞLU
Sən ey Vətən övladı
Qismətindir, Türk adı!
Namərdin gözün ovdun;
Qarabağımdan qovdun!
Yüz illər keçsə belə
Qorxaq demə bu elə
Saf ürəkli ellərim!
Duz,çörəkli ellərim!
Şirin- şəkər dilinə
Qanına,əməlinə
Qeyrət hopan millətim!
Nəsli bəy,xan millətim!
Həmişə fəxr etdiyim
Səcdəsinə getdiyim
Əldə Quran Türk oğlu!
Turan quran Türk oğlu!
BİLƏR
(Dostumun dilindən,birinə)
Səni hər görüşə çağıranda mən
Dedin,"atan görər,qardaşın bilər!"
İradən olmadı,açıq deyəsən:
"Ay oğlan!Cavabı daş-qaşın,bilər!"
Günlər ötdü,qərarın aydın oldu
Rüsvay olan ortada adın oldu.
Zülüm,əzab mənim,keyf yadın oldu
Daha sən bilərsən,"sirdaşın" bilər!
Kasıbın biriydim,var-dövlətim yox;
Sənlə,heç bir kinim,ədavətim yox
Dünya xalı deyil,mən kimilər çox
Adam haqqı tutar,savaşın bilər!
Günah mənimdirsə,hamıya deyin,
Pozdu aramızı bir bəxti yeyin,
Əsla suçlamıram sevgi mələyin
Aşiq öz seçimin,öz "aşın" bilər!
Zərgər məlum edər,zərin dəyərin
Baxıb qiymət qoyar,deyər əyarın
Mənim arvadım yox,səninsə ərin
Səbəbin öz ağlın,öz başın bilər!
ACİZƏM?!
Bu bir ildə kimləri itirmişik
Adlarını çəkməyəmi,acizəm?!
Neçə dərdlər,çətin günlər görmüşük
Göz yaşımı tökməyəmi,acizəm?!
Bel sütunu qırılanda insanın
Yaşam hissi itən anda insanın
Qəbrini kol,kos basanda insanın
Adına gül əkməyəmi,acizəm?!
Teymur,Sabir,Rəmiş,indi də Səməd...
Gör,kimləri aldın,ah,ölüm namərd!
Sardı qəlbimizi saysız qüssə, dərd
Qəm kitabın bükməyəmi,acizəm?!
İgidlərin getdi eldən neçəsi
Unutmarıq,aylar,illər keçəsi...
Şəhid anasının hər hüzn gecəsi
Önündə diz çökməyəmi,acizəm?!
Poladlar doğular!Vətən sağ olsun!
İgid əskər var ol,üzün ağ olsun!
Tarixləşən dastan Qarabağ olsun!
Düşmən büstün sökməyəmi,acizəm?!
Miraslan,şəhərin,kəndin virandı;
Köməyimiz qadir ALLAH,Qurandı;
Mənim Xalqım əkən,tikən,qurandı;
Yeni evlər tikməyəmi,acizəm?!
BƏLKƏ DƏ MƏNİ
Axır gəlib düşdün mənim günümə
İndi anlayarsan,bəlkə də məni!
Şəkk etməzsən imanıma,dinimə
Nahaq danlayarsan,bəlkə də məni?!
Dost,tanış yanında ağız büzməzsən,
Özümdə,sözümdə qüsur gəzməzsən,
Daha inciməzsən,daha küsməzsən
Təkrar sınayarsan,bəlkə də məni?!
İxtiyar yaşdayıq,küsməyə dəyməz!
Boş yerə yel kimi əsməyə,dəyməz!
Vallah,xoş rəftarı kəsməyə,dəyməz,
Yoxsa,sonlayarsan,bəlkə də məni!
BU GEDƏN QİZ...
(Dostumun dilindən)
Gəncliyimi oğurladı,
Həyatımı ağırladı,
Məni əydi,fağırladı,
Bu gedən qız...
Böhtanladı,ləkələdi,
Yalanlarda kəkələdi...
Ürəyimi tikələdi,
Bu gedən qız...
Günahlarda gecələdi,
Tayfasın bivec elədi,
Özünü də heç elədi...
Bu gedən qız...
Pis sədası yayılmaqda,
Daha gecdir,ayılmaq da,
Sağkən ölü sayılmaqda,
Bu gedən qız...
Dağ çəksə də Miraslana,
Polad çətin ki,paslana!
Ölüncə,hər gün yaslanar-
Bu gedən qız...
ŞİKAYƏT EYLƏMƏ
Şərqdən çıxıb,qərbdə batan-
Günəş dünyanı seyr edir...
Bilən var,o,neynir atam-
Hər gün "hesabata" gedir?!
Yerin,ayın,ulduzların
Vəzifəsi,dərd,səri var...
Sirrini qalın buzların
Desin,kimin xəbəri,var!
Tufan,külək,dağ,dərələr...
Hər biri igid əskərdir;
Çaylar,göllər,zəlzələlər...
Əmrə müntəzir,ləşkərdir!
İnsan! səthi biliyinlə
Gün-gündən xudbin olursan!
Guya,biclik,kələyinlə
Ağla,kamala dolursan?!
Səhvlər,kəsirlər bizimkən-
Saxta hekayət, söyləmə!
Günah,qüsurlar bizimkən-
Ərşdən şikayət,eyləmə...
YAŞAYAN MİLLƏT
Bir vaxt saxta baba haqqa hürürdü
Elə o, da bol su qatırdı südə;
Dünən yaltaq ata "quş götürürdü";
Bu gün çatdaq oğul,həmin kürsüdə...
Yaltaqlıq,satqınlıq qandadır, demək,
Məsələ nəsildə,kökdədir vallah!
Dəyişən nə varsa,dondadır,demək
Nəsildən nəsilə öhdədir,vallah!
"Anaya bax,qızın bəyən!"deyiblər;
Ata, babanın, da rolu böyükdür!
İllərdi biz görən qüsur,eyiblər
Hər nəslin çiynində ağır bir yükdür!
Miraslan,el belə,xalq da belədir;
Hər şeyi genlərdir daşıyan,millət!
Şair fikri,bax,bu haqda belədir:
Kimliyin unutmaz,yaşayan millət!
DÜZ DEMİRƏM?!
Hər ağ toz ki,un sayılmaz!
Hər sevən Məcnun sayılmaz!
Hər aşıq Cünun sayılmaz!
Düz demirəm?
Qorxaq torpaq qəhri çəkməz;
Hər meyvədən olmur bəkməz;
Bağban bağda qanqal əkməz;
Düz demirəm?!
"Şah tənbəli"qoçaq olmaz!
İgid, eldən qaçaq olmaz!
Şuşasız Qarabağ, olmaz!
Düz demirəm?!
Hər kaha ki,qəbir deyil!
Zülmə dözmək,səbir deyil!
Pişik pələng,bəbir deyil!
Düz demirəm?!
Bir olsa,xalq ilə dövlət,
Qoşun zəfər çalar,əlbət!
Xoş günlərə çıxar,millət!.
Düz demirəm?!....

Baxış sayı: 1 368
Bölməyə aid digər xəbərlər
Tarix: 07-08-2021 03:20 | Bölmə: Ədəbiyyat

"ƏDALƏT İŞIĞINDA" ƏDƏBİ MƏCLİSİ TƏQDİM EDİR:
Miraslan Rasim (Bağırov) 1947-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənddəki beynəlmiləl internat məktəbdə almış, 1971-ci ildə ADPU-nin Riyaziyyat fakültəsini bitirmişdir. 53 illik pedaqoji fəaliyyəti dövründə 1992-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, “Qabaqcıl Maarif xadimi”, “Xalq maarifi əlaçısı”, “SSRİ Xalq Maarifi əlaçısı” döş nişanlarına layiq görülmüşdür. Satirik şeirləri Respublikanın əksər mətbu orqanlarında-jurnal və qəzetlərində mütəmadi olaraq çap olunur. “Qızıl Qələm” media mükafatı laureatıdır. AJB-nin üzvüdür, hal-hazırda “Yurd” elmi-bədii publisistik jurnalın məsul katibi, “XXI əsr Ədalətli iş və düzgün söz” qəzeti redaktorunun I müavinidir.
Yaradıcılığına gəlincə, şeirləri eləcə də çap olunmuş 4 kitabı, oxucuların stolüstü kitabına çevrilmişdir: “Təpədəki evin sirri, “Günümüzün reallığı”, “Tale yazansan”, “Nə günlərə qaldıq...”
Dostum və həmkarım Miraslan Rasimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU),
“Ədalət İşığında” ədəbi məclisinin sədri,
AJB-nin üzvü,
“Yurd” jurnalının redaktoru,
“Qızıl Qələm” media mükafatı laureatı

Miraslan Rasim
Yadıma salma
Məndən ayrılanda nələr demisən
O acı sözləri yadıma salma!
Sən ki,həyatımı puç eyləmisən
O nəmli gözləri yadıma salma!
Tutdu "damarını",ara vuranlar
Bu sevən qəlbimə yara vuranlar
Sonda atdı səni, könül qıranlar
Sevinən üzləri,yadıma salma!
O vaxtdan həyatım qüssə-qəm oldu
Bircə an gülmədim,gözüm nəm oldu
Gecəm heç,hər biri cəhənnəm oldu
Qara gündüzləri,yadıma salma!
Qaçdı sözlərimdən şəkərim,duzum
Ərimək bilmədi ,sinəmdə buzum
Kim deyir,"kişilər ağlamaz!",quzum?!
Axan dənizləri,yadıma salma!
BİRİNƏ CAVAB MƏKTUBU
Soyadında "jir" sözü,harda piy var ordasan!
Tutaşma, Türklərinən bir də gördün gordasan!
"Şovinist","ara qatan","dəli" tək tanınırsan,
Baş-başa verirsiniz,elə bil ki,xordasan!
"Geyişmən tutub" yenə,nəsə xatırlamısan?!
Hər kəlmən kin və nifaq,yenəmi porndasan!
Quraşdır saxta tarix,guya xristiansan?!
Düşsə islamdan söhbət,çətinlikdə,zordasan!
Bilinmir milliyyətin,ədəb,mərifətin yox,
Ətrafın züy tutanlar,sən də sanki bardasan!
Türk dövlət yaradanda siz,şamlaxda idiniz,
Tez bağla bu söhbəti,bilirəm ki,dardasan!
Gör bizlər neçə elik,az deyil ki,sayımız
Yaxşı bax dörd yanına,bir polad hasardasan!
Sən get öz dərdini çək,"embarqolar" belində
Ölmüsən,götürən yox,sağalmaz azardasan!
BALLAŞDIRIM...
Arı qardaş,öyrət mənə
Tər güllərdən bal çəkməyi
Həyatım bənzəyir sənə
Sevdim işi,tər tökməyi...
Səndə şandı,məndə kitab
Səndə baldı,məndə sözdü;
Hər çətinə edirsən tab
Mən də çox möhnətə dözdüm
O, iş sənin,bu iş mənim
Çalışırıq gündüz,gecə
Söz mülkü, mənim məskənim
Səninki çiçək,bal beçə.
Dünya edir heyrət sənə
Hamı bilir o,bal dadın;
Şirinliyi öyrət mənə
Ballaşdırım şair adın!
OLMUR
(Dostum B.S-ə ithafən)
Dostu tərifləyib eldə,obada
Səhvin (ikilikdə) saymasan,olmur!
Bəzi elə sanır yaltaqlanıram
Tənqid etməyim də heç asan olmur!
Dost var ki,anlayar sən deyənləri
Yadında saxlayar deyilənləri
"Nöqsansızam!"deyib öyünənləri
Özündən kənarda qoymasan,olmur!
Nöqsan insan ilə birgə doğulur;
Adam var ki,günahlarda boğulur;
Nə vaxt ki,qüsurlar itir,yox olur
Yaxşını hamıya yaymasan,olmur!
Tanrı özü seçir, seçilmışləri
Yalnız odur bilən sirli işləri
Nöqsanı düzəltmək-qovmaqdır şəri
Səhvi düzəldəni duymasan,olmur!
SÜLH DÖNƏR GƏRƏYƏ...
Bəzən sükut dərman olur
Əsəbə,ürəyə,qardaş!
Stress düşməndir,tez vurur
Beyinə,kürəyə,qardaş!
Acı söz ola qadağa;
Təhqir keçməyə qabağa;
Başa sevgi,hörmət yağa-
Paylana hərəyə,qardaş!
Bol nəvaziş,bol səadət
Hər evdə sayıla sərvət
Çox olarsa,insaf,mürvət-
Çatarıq çörəyə,qardaş!
Sakitlik musiqi deyil?!
Xoş rəftarın qədrini bil!
Sən,səs-küyü dünyadan sil-
Sülh dönər gərəyə,qardaş!
İNCİTMƏ MƏNİ
Səni and verirəm,sâf eşqimizə
Belə qısqanc olub,incitmə məni?
Al, bu da gözlərim,bağla,razıyam
Qorxundan "kor" qalıb,incitmə məni !
Yaman utanıram,dostdan,tanışdan
Ay qız sən insansan,yoxsa,alışqan?!
Qıpanaq etmisən məni çalış,qan
Küsməkdən zövq alıb,incitmə məni!
Muraslan fağırn bir ürəyi var;
O da ki,sənindir,daha nəyi var?!
Bizi hər görəndə gülür adamlar
Haqsız dava salıb,incitmə məni!
TÜRK OĞLU
Sən ey Vətən övladı
Qismətindir, Türk adı!
Namərdin gözün ovdun;
Qarabağımdan qovdun!
Yüz illər keçsə belə
Qorxaq demə bu elə
Saf ürəkli ellərim!
Duz,çörəkli ellərim!
Şirin- şəkər dilinə
Qanına,əməlinə
Qeyrət hopan millətim!
Nəsli bəy,xan millətim!
Həmişə fəxr etdiyim
Səcdəsinə getdiyim
Əldə Quran Türk oğlu!
Turan quran Türk oğlu!
BİLƏR
(Dostumun dilindən,birinə)
Səni hər görüşə çağıranda mən
Dedin,"atan görər,qardaşın bilər!"
İradən olmadı,açıq deyəsən:
"Ay oğlan!Cavabı daş-qaşın,bilər!"
Günlər ötdü,qərarın aydın oldu
Rüsvay olan ortada adın oldu.
Zülüm,əzab mənim,keyf yadın oldu
Daha sən bilərsən,"sirdaşın" bilər!
Kasıbın biriydim,var-dövlətim yox;
Sənlə,heç bir kinim,ədavətim yox
Dünya xalı deyil,mən kimilər çox
Adam haqqı tutar,savaşın bilər!
Günah mənimdirsə,hamıya deyin,
Pozdu aramızı bir bəxti yeyin,
Əsla suçlamıram sevgi mələyin
Aşiq öz seçimin,öz "aşın" bilər!
Zərgər məlum edər,zərin dəyərin
Baxıb qiymət qoyar,deyər əyarın
Mənim arvadım yox,səninsə ərin
Səbəbin öz ağlın,öz başın bilər!
ACİZƏM?!
Bu bir ildə kimləri itirmişik
Adlarını çəkməyəmi,acizəm?!
Neçə dərdlər,çətin günlər görmüşük
Göz yaşımı tökməyəmi,acizəm?!
Bel sütunu qırılanda insanın
Yaşam hissi itən anda insanın
Qəbrini kol,kos basanda insanın
Adına gül əkməyəmi,acizəm?!
Teymur,Sabir,Rəmiş,indi də Səməd...
Gör,kimləri aldın,ah,ölüm namərd!
Sardı qəlbimizi saysız qüssə, dərd
Qəm kitabın bükməyəmi,acizəm?!
İgidlərin getdi eldən neçəsi
Unutmarıq,aylar,illər keçəsi...
Şəhid anasının hər hüzn gecəsi
Önündə diz çökməyəmi,acizəm?!
Poladlar doğular!Vətən sağ olsun!
İgid əskər var ol,üzün ağ olsun!
Tarixləşən dastan Qarabağ olsun!
Düşmən büstün sökməyəmi,acizəm?!
Miraslan,şəhərin,kəndin virandı;
Köməyimiz qadir ALLAH,Qurandı;
Mənim Xalqım əkən,tikən,qurandı;
Yeni evlər tikməyəmi,acizəm?!
BƏLKƏ DƏ MƏNİ
Axır gəlib düşdün mənim günümə
İndi anlayarsan,bəlkə də məni!
Şəkk etməzsən imanıma,dinimə
Nahaq danlayarsan,bəlkə də məni?!
Dost,tanış yanında ağız büzməzsən,
Özümdə,sözümdə qüsur gəzməzsən,
Daha inciməzsən,daha küsməzsən
Təkrar sınayarsan,bəlkə də məni?!
İxtiyar yaşdayıq,küsməyə dəyməz!
Boş yerə yel kimi əsməyə,dəyməz!
Vallah,xoş rəftarı kəsməyə,dəyməz,
Yoxsa,sonlayarsan,bəlkə də məni!
BU GEDƏN QİZ...
(Dostumun dilindən)
Gəncliyimi oğurladı,
Həyatımı ağırladı,
Məni əydi,fağırladı,
Bu gedən qız...
Böhtanladı,ləkələdi,
Yalanlarda kəkələdi...
Ürəyimi tikələdi,
Bu gedən qız...
Günahlarda gecələdi,
Tayfasın bivec elədi,
Özünü də heç elədi...
Bu gedən qız...
Pis sədası yayılmaqda,
Daha gecdir,ayılmaq da,
Sağkən ölü sayılmaqda,
Bu gedən qız...
Dağ çəksə də Miraslana,
Polad çətin ki,paslana!
Ölüncə,hər gün yaslanar-
Bu gedən qız...
ŞİKAYƏT EYLƏMƏ
Şərqdən çıxıb,qərbdə batan-
Günəş dünyanı seyr edir...
Bilən var,o,neynir atam-
Hər gün "hesabata" gedir?!
Yerin,ayın,ulduzların
Vəzifəsi,dərd,səri var...
Sirrini qalın buzların
Desin,kimin xəbəri,var!
Tufan,külək,dağ,dərələr...
Hər biri igid əskərdir;
Çaylar,göllər,zəlzələlər...
Əmrə müntəzir,ləşkərdir!
İnsan! səthi biliyinlə
Gün-gündən xudbin olursan!
Guya,biclik,kələyinlə
Ağla,kamala dolursan?!
Səhvlər,kəsirlər bizimkən-
Saxta hekayət, söyləmə!
Günah,qüsurlar bizimkən-
Ərşdən şikayət,eyləmə...
YAŞAYAN MİLLƏT
Bir vaxt saxta baba haqqa hürürdü
Elə o, da bol su qatırdı südə;
Dünən yaltaq ata "quş götürürdü";
Bu gün çatdaq oğul,həmin kürsüdə...
Yaltaqlıq,satqınlıq qandadır, demək,
Məsələ nəsildə,kökdədir vallah!
Dəyişən nə varsa,dondadır,demək
Nəsildən nəsilə öhdədir,vallah!
"Anaya bax,qızın bəyən!"deyiblər;
Ata, babanın, da rolu böyükdür!
İllərdi biz görən qüsur,eyiblər
Hər nəslin çiynində ağır bir yükdür!
Miraslan,el belə,xalq da belədir;
Hər şeyi genlərdir daşıyan,millət!
Şair fikri,bax,bu haqda belədir:
Kimliyin unutmaz,yaşayan millət!
DÜZ DEMİRƏM?!
Hər ağ toz ki,un sayılmaz!
Hər sevən Məcnun sayılmaz!
Hər aşıq Cünun sayılmaz!
Düz demirəm?
Qorxaq torpaq qəhri çəkməz;
Hər meyvədən olmur bəkməz;
Bağban bağda qanqal əkməz;
Düz demirəm?!
"Şah tənbəli"qoçaq olmaz!
İgid, eldən qaçaq olmaz!
Şuşasız Qarabağ, olmaz!
Düz demirəm?!
Hər kaha ki,qəbir deyil!
Zülmə dözmək,səbir deyil!
Pişik pələng,bəbir deyil!
Düz demirəm?!
Bir olsa,xalq ilə dövlət,
Qoşun zəfər çalar,əlbət!
Xoş günlərə çıxar,millət!.
Düz demirəm?!....

Baxış sayı: 1 368
Bölməyə aid digər xəbərlər
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır













