Bütün xəbərlər
"Liverpul"un futbolçusu Jota və qardaşı Portuqaliyada dəfn olunub
Tarix: 05-07-2025 21:10 | Bölmə: Karusel

Portuqaliyada avtomobil qəzasında həlak olan "Liverpul"un futbolçusu Dioqo Jota və qardaşı Andre Silva üçün dəfn mərasimi keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Qəza İspaniyanın Zamora əyalətində baş verib. Jotanın "Lamborghini" avtomobili ötmə zamanı təkər partladı. Hər ikisi hadisə yerində ölüb.
Dəfn mərasimi futbolçuların doğulduğu Qondomarda baş tutub. Mərasimdə Jotanın komanda yoldaşları və Portuqaliya millisindəki komanda yoldaşları da daxil olmaqla 100-dən çox insan iştirak edib. “Zenit”in sabiq çalışdırıcısı Andre Villaş-Boaş da görüntülənib.
Dünya Jotanın ölümündən şoka düşüb. UEFA, Zenit və Ronaldo başsağlığı verib
“Qırmızılar”ın tərkibində Dioqo çempion və İngiltərə Kubokunun qalibi olub, Portuqaliya millisi ilə isə iki dəfə Millətlər Liqasının qalibi olub.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər