Bütün xəbərlər
Tramp Texasda daşqın qurbanları üçün Melaniya ilə birlikdə dua etdiyini bildirib
Tarix: 05-07-2025 21:28 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Texasın mərkəzində daşqınlardan zərər çəkmiş ailələr üçün dua edirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özünün "TruthSocial" sosial şəbəkəsində məlumat verib.
Tramp qeyd edib ki, ABŞ administrasiyası Texasda ştat və yerli rəsmilərlə əlaqə saxlayır. Milli Təhlükəsizlik katibi Kristi Noem də faciə yerinə gedib.
Amerika lideri yazıb: "Melaniya və mən bu dəhşətli faciədən zərər çəkmiş bütün ailələr üçün dua edirik. Bizim cəsur xilasedicilərimiz hadisə yerində əllərindən gələni edirlər. Allah ailələrə rəhmət, Allah Texasa rəhmət eləsin".
Texas ştatının mərkəzi hissəsində güclü daşqın olub. Amerika Birləşmiş Ştatlarının Milli Hava Xidməti fövqəladə vəziyyət elan edib. 500 mindən çox vətəndaş daşqın təhlükəsi altındadır. İyulun 5-i axşam saatlarında yenidən güclü yağış yağacağı gözlənilir.
Bundan əvvəl 24 nəfərin öldüyü, sular çəkilməyə başlayanda cəsədlərinin xilasedicilər tərəfindən tapıldığı bildirilirdi. Moskva vaxtı ilə saat 18:30-a olan məlumata görə, "Reuters" 9-u uşaq olmaqla 27 nəfərin öldüyünü təsdiqləyib. Su basmış bölgədən 800 nəfər təxliyə edilib.
Amerika agentliyi, suyun demək olar ki, doqquz metrə qalxdığı "Camp Mystic" yay düşərgəsi ərazisində 20-dən çox insanın itkin düşməsi barədə də yazıb. İtkin düşənlərin əksəriyyəti gənc qızlar olub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər