Bütün xəbərlər
“Maş” şirkəti “Transneft”in vitse-prezidenti Bədəlovun ölüm xəbərini yayıb
Tarix: 04-07-2025 11:24 | Bölmə: Karusel

“Transneft”in vitse-prezidenti Andrey Bədəlov Moskvada vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şirkətin top-menecerinin ölümü barədə öz mənbələrinə istinadən "Maş" Telegram kanalı məlumat yayıb.
Onun meyiti Rublevskoye şossesində yaşadığı mənzilin pəncərələrinin altında tapılıb. Ehtimal olunur ki, o, pəncərədən yıxılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir, faciənin bütün şəraiti aydınlaşdırılır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər