Bütün xəbərlər
"Spartak"ın sabiq futbolçusu Muxamadiyev reanimasiyadadır
Tarix: 04-07-2025 22:37 | Bölmə: Karusel

Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu Muxsin Muxamadiev reanimasiyada süni nəfəs aparatına qoşulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  əvvəllər məlum olub ki, Muxamadiyev insult keçirərək ağır vəziyyətdədir.
Vəziyyətlə tanış olan mənbə RİA Novosti-yə deyib: "O, iki həftədir reanimasiyadadır və indi süni nəfəs aparatına qoşulub".
Bildirilir ki, “Spartak”ın sabiq futbolçusu Rusiya Federal Tibbi-Bioloji Agentliyinin Beyin və Neyrotexnologiyalar üzrə Federal Mərkəzinə yerləşdirilib.
Muxamadievin 58 yaşı var və "qırmızı-ağlar"ın tərkibində Rusiya çempionu olub. O, paytaxtın “Lokomotiv” və “Torpedo” komandalarında da çıxış edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər