Bütün xəbərlər
Lukaşenko: "Belarusla ABŞ arasında münasibətləri yaxşılaşdırmağın vaxtı çatıb"
Tarix: 04-07-2025 10:03 | Bölmə: Manşet

Belarus prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko qeyd edib ki, Trampın birinci prezidentliyi dövründə ölkələr münasibətlərin normallaşması yoluna qədəm qoyub, lakin bir anda “bu müsbət xəttdən ayrılıb”.
"Mən əminəm ki, bu vəziyyət nə bizim ölkələrin, nə də xalqların milli maraqlarına uyğun gəlmir. Artıq bunu dəyişməyin vaxtı çatıb", - nəşr yazır.
Prezident həmçinin qeyd edib ki, Belarus həmişə ABŞ-la konstruktiv dialoq qurmağın tərəfdarı olub və Minsk və Vaşinqton arasında qarşılıqlı faydalı münasibətlərin bərpasına ümid etdiyini bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampa böyük qanun layihəsi ilə bağlı uğurlar arzulayıb və onu ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.
Lukaşenko həmçinin bəyan edib ki, o, ABŞ-ın qabağında sürünmür və onlardan heç nə dilənmir.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər