Bütün xəbərlər
Taker Karlson İran prezidentindən müsahibə aldığını deyir
Tarix: 05-07-2025 21:30 | Bölmə: Manşet

Amerikalı jurnalist Taker Karlson deyir ki, o, İran prezidenti Məsud Pezeşkiandan müsahibə alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə yayımlanan videoda jurnalist qeyd edib ki, tamaşaçı İran prezidentinin dediklərinə inanmaq məcburiyyətində deyil.
"Biz indicə İranın hazırkı prezidenti olan Məsud Pezeşkian və eyni zamanda cəmi bir həftə yarım əvvəl müharibə vəziyyətində olduğumuz ölkəyə rəhbərlik edən 70 yaşlı ürək cərrahı ilə müsahibəni bitirdik", - Karlson deyib.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Karlson Vaşinqtonun İranla bağlı siyasətini tənqid etdiyinə görə üzr istəyib. Ağ Evin sahibi jurnalisti “qızıl” adlandırıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər