Bütün xəbərlər
Peskov: "Putin Trampa deyib ki, Rusiya Kiyevlə danışıqlar üçün yeni tarixlər gözləyir"
Tarix: 04-07-2025 14:54 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Moskvanın Kiyevlə danışıqların üçüncü raundunun vaxtının razılaşdırılmasını gözlədiyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
Peskov əlavə edib ki, telefon danışığı zamanı Putin Trampa xatırladıb ki, Rusiya xüsusi əməliyyatın məqsədlərinə daha çox siyasi və diplomatik yolla nail olmaqda maraqlıdır.
"Prezident amerikalı həmkarına məlumat verdi ki, biz indi razılaşdırılacaq birbaşa danışıqların üçüncü raundunun tarixlərini gözləyirik", - prezidentin mətbuat katibi bildirib.
İki dövlət başçısı arasında söhbət iyulun 3-ü axşam saatlarında baş tutub.Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Putin və Tramp Ukrayna məsələsini müzakirə ediblər.
Rusiya prezidenti Moskvanın Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu da qeyd edib. Liderlərin telefon danışığı bir saata yaxın davam edib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər