Bütün xəbərlər
Kütləvi zəhərlənmədən sonra banket zalının fəaliyyəti dayandırılıb
Tarix: 04-07-2025 22:25 | Bölmə: Karusel

Perm şəhərinin Leninski rayon məhkəməsi iyunun sonunda qonaqların kütləvi zəhərlənməsindən sonra “Ağ zal” ziyafət zalının işini müvəqqəti olaraq dayandırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə orqanının mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb. İstintaqın məlumatına görə, iyunun 25-də 20-yə yaxın şəxs qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət edib.
Rospotrebnadzor əməkdaşları müəssisəni yoxlayıb və sanitar-epidemioloji normaların çoxsaylı pozuntularını aşkar ediblər. Belə ki, qonaqlara xidmət göstərilməsi üçün kənar şəxslər cəlb edilib, peşəkar gigiyena təlimi və sertifikatlaşdırmadan, habelə tibbi müayinədən və peyvənddən keçməmiş ofisiantlar işə buraxılıb. Bundan başqa, qida və içkilərin qablaşdırmalarının açıldığı istehsalat sahəsində gündəlik nəm təmizləmə aparılmayıb.
Məhkəmənin fikrincə, bütün bu pozuntular insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır, həmçinin kəskin bağırsaq infeksiyaları və qeyri-infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər.
Nəticədə “White Hall” MMC ictimai iaşənin təşkili zamanı sanitar-epidemioloji tələblərin pozulmasında təqsirli bilinib. Onun fəaliyyəti 90 gün müddətinə dayandırılıb.
Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər