Bütün xəbərlər
Netanyahu girov müqaviləsini müzakirə etmək üçün dar kabinetin iclasını keçirəcək
Tarix: 05-07-2025 23:25 | Bölmə: Karusel

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında girovlarla bağlı HƏMAS ilə razılaşmanı müzakirə etmək üçün hökumətin əsas üzvlərini (qondarma dar kabinet) toplayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O, qeyd edib ki, görüşdə Qətərdəki danışıqlara İsrail nümayəndə heyətinin göndərilməsi məsələsinə də baxılacaq.
"Bu axşam baş nazir dar kabinetin iclasını keçirəcək, orada digər məsələlərlə yanaşı, bütün girovlarımızın tezliklə azad edilməsi məsələsi də müzakirə olunacaq", - Qendelman TASS agentliyinə müsahibəsində bildirib.
Bundan əvvəl "Ynet" portalı İsrail hakimiyyətinin Qəzzada atəşi dayandırmaq təklifinə HƏMAS-dan cavab aldığını bildirmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər