Bütün xəbərlər
PSJ "Bavariya"nı məğlub edərək Klublararası Dünya Çempionatının yarımfinalına yüksəlib
Tarix: 05-07-2025 23:30 | Bölmə: Karusel

Klublararası dünya çempionatının 1/4 final matçında Fransanın Paris təmsilçisi Almaniyanın “Bavariya” klubunu 2:0 hesabı ilə məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin qollarını 78-ci və 90+6-cı dəqiqələrdə fərqlənən Desire Doue və Ousmane Dembele vurub.
Parislilər matçın qalan hissəsini azlıqda keçiriblər - Uilyam Paço 82-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 90+2-ci dəqiqədə Lukas Hernandes birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
İlk hissənin sonunda “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində dəhşətli zədə alıb. 22 yaşlı gəncin sol topuğunda sınıq olduğu ehtimal edilir.
"Paris Saint-Germain" klubu şənbə günü baş tutacaq "Borussiya" (Dortmund) - "Real Madrid" matçının qalibi ilə oynayacağı turnirin yarımfinalına yüksəlib.
Digər yarımfinalda isə İngiltərənin “Çelsi” və Braziliyanın “Fluminense” komandaları qarşılaşacaq. Yarımfinal görüşləri iyulun 8-i və 9-na təyin edilib.Klublararası dünya çempionatının finalı iyulun 13-də baş tutacaq.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər