Bütün xəbərlər
Çəkiliş qrupuna hücumdan sonra cinayət işi açıb
Tarix: 05-07-2025 22:02 | Bölmə: Manşet

Paytaxtın müstəntiqləri özəl kosmetoloqların işi ilə bağlı süjetin çəkilişi zamanı REN telekanalının jurnalistlərinə hücumla bağlı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, iyulun 2-də çəkiliş qrupu redaksiya tapşırığını yerinə yetirərkən evdə müştəriləri qəbul edən özəl kosmetoloqlar haqqında televiziya süjeti çəkirmiş. Onun müxbir olduğunu öyrənən qadın kosmetoloq ona hücum edərək mənzilin qapısından itələyib.
Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma maddəsi ilə cinayət işi açılıb.
Hadisənin baş vermə şəraiti araşdırılır, hadisə şahidləri dindirilir, İstintaq Komitəsi aydınlıq gətirir.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər