10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Tarix: 30-06-2025 22:04 | Bölmə: Siyasət

                ptx-nin-reisi-teyin-olunan-ferid-esgerov-kimdir



Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.
O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.
Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.








Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər