Bütün xəbərlər
Yüngül təyyarə magistral yola enib
Tarix: 05-07-2025 23:35 | Bölmə: Digər

İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi və Şimal-Qərb Nəqliyyat Prokurorluğu bildiriblər ki, Leninqrad vilayətinin Lomonosov rayonundakı avtomobil yoluna yüngül mühərrikli təyyarə məcburi eniş edib, araşdırma başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hava hadisəsi iyulun 5-də axşam saatlarında Tamenqont kəndi yaxınlığında baş verib. Yüngül təyyarənin pilotu A-120 "Sankt-Peterburq Cənub Yarım Halqası" magistralına enib. Hadisə zamanı təyyarədə sahibi də daxil olmaqla 3 nəfər olub, onlardan heç biri xəsarət almayıb.
ŞHOT-un sözlərinə görə, təyyarənin mühərriklərindən biri sıradan çıxıb və pilot yolun hərəkət hissəsinə enməyə qərar verib.
Faktla bağlı istintaqa hazırlıq başlayıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər