Bütün xəbərlər
"Bavariya"nın futbolçusu Musiala Klublararası Dünya Çempionatı çərçivəsində PSJ ilə matçda dəhşətli zədə alıb
Tarix: 05-07-2025 22:05 | Bölmə: Manşet

"Bavariya"nın futbolçusu Camal Musiala Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində "Paris Saint-Germain" ilə matçda dəhşətli zədə alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ilk hissənin sonlarında baş verib. Musiala top uğrunda mübarizə apararkən parisli qapıçı Canluici Donnarumma ilə toqquşub, bundan sonra alman ayağı qeyri-təbii şəkildə bükülərək meydana yıxılıb.
Çox güman ki, idmançının sol topuq nahiyəsi sınıb, o, xərəkdə meydançadan çıxarılıb. PSJ-nin qapıçısı göz yaşlarını saxlaya bilməyib.
Musiala "Bavariya"nın məhsuludur. Münhen komandasının əsas heyətində Camal bütün turnirlərdə 206 oyunda iştirak edib, 64 qol vurub, 39 məhsuldar ötürmə verib. Onun Almaniya millisində də 40 matçı və 8 qolu var.
Nüfuzlu "Transfermarkt" portalı 22 yaşlı yarımmüdafiəçinin dəyərini 140 milyon avro qiymətləndirir.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər