22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
XALQ ŞAİRİ MƏMMƏD ARAZI XATIRLARKƏN-Ramiz QASIMOV
Tarix: 01-12-2020 21:16 | Bölmə: Ədəbiyyat

Xalq şairi Məmməd Araz (1933-2004) XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zirvəsini təşkil edən məharətli söz ustadı, qüdrətli bir sənətkardır. Bu görkəmli söz ustadı Azərbaycan poeziyasının inkişafı və zənginləşməsinə öz misilsiz töhfələrini vermişdir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir.
Milli söykökə, mental dəyərlərə, adət-ənənələrə, xalq həyatı, düşüncəsi və yaşayış tərzinə yüksək sədaqətlə bağlı olan Xalq şairinin yaradıcılığı Azərbaycan ictimai fikri və ədəbiyyatında milli düşüncənin dərinləşməsinə təkan vermişdir. Azərbaycan xalqının milli müqəddəratı və tarixi taleyi, ailə dəyərləri onun yaradıcılığı üçün başlıca mövzu təşkil etmiş, bütün istiqamətlərilə - insana, vətənə, torpağa, xalqa, vətənin təbiətinə, dəyərlərinə, tarixinə, mədəniyyətinə, ümumiyyətlə, dünyaya, insana və bəşəriyyətə sonsuz, müqəddəs və ülvi bir məhəbbət, yenilməz və əskilməz bir sevgi ifadə etmişdir. Məmməd Araz yaradıcılığına dərin məhəbbət bəsləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli sənətkarın yaradıcılığını böyük ustalıqla səciyyələndirə və yüksək dəyərləndirərək demişdir: “Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”. Bu mənada, heç təsadüfi deyil ki, bu görkəmli Xalq şairini istər peşəkar, istərsə də həvəskar oxucu vətəndaş-şair kimi tanıyır. Onun poeziyası vətəndaşlıq lirikası kimi səciyyələndirilir. Vətən mövzusu onun zəngin poeziyasının ali mövqeyini təşkil edir. Milli ədəbiyyatımızda vətəndaşlıq konsepsiyasının poetik təzahürünü də məhz bu görkəmli söz ustadı yaratmışdır. Dillər əzbəri olan “Məndən ötdü, qardaşıma dəydi” şeiri milli tarixi taleyin acı və kədərli təcrübəsinin nidası olaraq səsləndiyi kimi, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi məşhur vətəndaşlıq konsepsiyası və poetik etirafını da məhz Xalq şairi Məmməd Araz səsləndirmişdir. Onun yaradıcılığından həmişə dik, böyük, alnıaçıq, məğrur bir Azərbaycan boylanır; tarixin keşməkeşlərindən məğrurluqla çıxan, çətin sınaqlarına sinə gərən qəlbi böyük, mənəviyyatı zəngin, vətənpərvər bir Azərbaycan...
Heç bir poeziya nümunəsində Məmməd Araz yaradıcılığında olan qədər bir “ata ocağı” Vətənin, ana yurdun ümumiləşmiş obrazı kimi təqdim olunmur. Onun yaradıcılığında ata ocağı, dədə yurdu Vətənin ümumiləşmiş obrazı olaraq özünə yer tapır. Halal zəhmət sahibi olan Ata da, gur səsli Baba da, ellərin zəkası olan Nənə də, sinəsi məhəbbət və xalqın söz sərvətilə dolu Ana da, kişilik təcrübəsilə zəngin Əmi də, ailə birliyini qoruyub-saxlayan Bacı və Qardaş da, hətta gələcəyə kövrək addımlarını atan övladlar – Qızlar da, “sel boğan dərələri keçdiyi bir mərd qadın” – ömür-gün yoldaşı da bir ailə olaraq məhz Məmməd Arazın yaradıcılığında əhəmiyyətli dərəcədə ümumiləşdirilmiş obraz olaraq yer alır və ali dəyərlərinin təcəssümü kimi bədiiləşir, bütöv bir xalqı, onun ali dəyərlərini təcəssüm etdirir. Saf, sonsuz bir ailə bağlılığı və məhəbbəti də məhz onun yaradıcılığında özünə yer alır. Qeyrətli, sədaqətli, vəfalı, “gözdən göz izi” sezən həssas bir məhəbbət də, sevda da Məmməd Araz poeziyasında görünür. Və bütün bu nailiyyətlər, bu oxunaqlı, zəngin, sənətkarcasına yazılmış poeziya nümunəsi ana dilinin üslubi imkanlarından qeyri-adi dərəcədə yararlanaraq ortaya qoyulur. Ana dili bütün zənginliyi, dərinliyi, əlvanlığı ilə məhz onun sənətkar qələmindən çıxan yaradıcılığında yenidən milli dəyər, vətəndaşlıq məhəbbəti qazanır.
Xalq şairi Məmməd Arazın yaradıcılığı çoxşaxəli və zəngindir. Onun bu zəngin irsinin başqa bir səciyyəvi cəhəti dünyadərki və dünyabaxışında özünəməxsus bir xüsusiyyətə malik olmasındadır. Məmməd Araz yaradıcılığında İnsan, Dünya və Zaman yeni anlam kəsb etdiyi kimi, yeni dərk – qavram da qazanır və adi semantik mənasından mücərrəd fəlsəfi mənaya doğru inkişaf yolu tapır. Xalq şairi Məmməd Araz sözün elə bir rəngini, elə bir çalarını yaratdı ki, bu rəngin əsas tonunu Vətən, əlavə çalarlarını İnsan, Dünya və Zaman təşkil etdi. Bəlkə mübaliğəli görünər, amma qətiyyətlə və tam səmimiyyətlə deyə bilərik ki, onun sözü də yeni bir Dünya, Zaman və İnsan yaratdı. Elə bir dünya ki, bu dünyadan baxanda da, bu dünyaya baxanda da görünən Azərbaycandır – Vətəndir. Bu mənada Xalq şairi Məmməd Arazın söz dünyasına səyahət etmək sanki mənəvi bir ehtiyac, ciddi bir zərurətdir.
Görkəmli söz ustadı Məmməd Araz adına bütün həyatının mənası, amalı hopan, yaradıcılığında öz ifadəsini tapan, qayəsi, məqsədi bütün dolğunluğu ilə əks olunan bir sənətkar-şəxsiyyətdir. Şeirə, yaradıcılığa bütün ruhu ilə bağlanan, səmimiyyətini ifadə edən şair bəlkə də doğmalarının bilə bilmədiyi “sirləri” böyük məmnuniyyətlə misralarında etiraf edib, oxucuları ilə bölüşüb. Bütün bu sevgiyə, xalqa bağlılığına görədir ki, Məmməd Araz şeiri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Sözün axıcılığı, misranın dərinliyi, fikrin canayaxınlığı Məmməd Araz şeriyyətində əsas səciyyəvi xüsusiyyətdir. Bu misralar öz məna gücü və poetik dərinliyi ilə oxucunu özünə bağlayır və oxucu düşüncəsini öz təsir gücü ilə cəzb edərək özü ilə birlikdə uca zirvələrə, dərin mətləblərə aparır, ülviliyə, müqəddəsliyə götürür.
Görkəmli söz ustadı Məmməd Araz yaradıcılığında sevgi bir dünya, aləm, kainat boyda əks olunur. Bu sevgi dünyası zəngindir, hərtərəflidir – Vətən boyda, İnsan boydadır. Xalq şairi Məmməd Araz vətən sevgisini qəlbinin zirvəsində daşımaqla bərabər, yaradıcılığına sevginin müxtəlif tərəflərini də sığdırmağı bacarmışdır. O, bütün varlığı ilə təmənnasız vətəni sevən əsl vətəndaş simalı bir şair, ata və ana məhəbbətinə ləyaqət və sədaqətlə cavab verən həqiqi bir övlad, xəyanət hissi tanımayan məhrəm və sadiq bir aşiq, övladlarına yetim deyiləndə ruhu od tutub alışan fədakar bir ata kimi mükəmməl təsir bağışlayır.
Xalq şairi Məmməd Arazın yaradıcılığı hər zaman sevilən bir yaradıcılıq olmuşdur. Hər zaman özünə böyük bir oxucu məhəbbəti, maraq cəlb edən Xalq şairi Məmməd Araz yaradıcılığını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də çox sevmiş, olduqca yüksək dəyərləndirmişdir. Buna görə də hələ sağlığında şair ulu öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunmuşdu. “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”,- deyə dahi lider onun yaradıcılığına ən yüksək qiyməti vermişdir. Məmməd Araz Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan istiqlal şeirinin inkişafında tutduğu mövqe və göstərdiyi hünərvər fəaliyyətə görə Xalq şairi Məmməd Arazın (və o cümlədən, Bəxtiyar Vahabzadə və Xəlil Rzanın – müəllif) xidmətlərini yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. ...Mən fərman verərək Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu, bir təsadüf, yaxud da ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürdüm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq. Amma bu mübarizə bəzən açıq getməyibdir, bəzən qəlblərdə gedibdir, bəzən üstüörtülü yazılarda gedibdir... Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər”.
Bu görkəmli söz ustadının indi də xatirəsi əziz tutulur. Azərbaycan ədəbiyyatında daşıdığı şərəfli ada, tutduğu layiqli mövqeyə və Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərə görə “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli Sərəncamı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 iyun 2013-cü il tarixli sərəncamı da görkəmli şairə Azərbaycan dövlətinin göstərdiyi ehtiramın və qayğının, eləcə də el məhəbbətinin ən bariz nümunəsi kimi razılıq doğurur. Sərəncamda Xalq şairinə və onun sənətinə yüksək qiymət ifadə edilərək deyilirdi: “Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir. Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair-vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”. Bu cəhətdən Xalq şairinin vətəni Naxçıvanda görkəmli sənətkarın yubileyləri böyük təntənə ilə qeyd edilmiş, doğma kəndi Nursuda Ev muzeyi yaradılmış, “Naxçıvan” jurnalının bir nömrəsi və “Məmməd Araz: taleyi və sənəti” kitabı ona həsr olunmuş, əsərləri yenidən çap edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Xalq şairi Məmməd Araz yaradıcılığına yüksək qiymət ifadə edərək keçirilən 80 illik yubiley münasibətilə təntənəli mərasimdə demişdir: “Məmməd Araz poeziyası misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsuludur. O, müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaşdır”.
Taleyi adına yazılmış Xalq şairi Məmməd Arazın ölməz əsərləri hər zaman bölünmüş vətən torpaqlarını birləşdirən bir körpü rolunu oynayır, birlik və xoşbəxtlik idealına xidmət edir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 214
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!