Bütün xəbərlər
“Zərifə xanım illər öncə Maştağa məktəbində” adlı tədbir keçirilib - FOTO
Tarix: 17-05-2019 23:38 | Bölmə: Reportaj


Sabunçu rayonun Maştağa kəndi 187 saylı tam orta məktəbində Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Məmmədova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb.
Bildirilib ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub. 
Daha sonra çıxış edən kənd ağsaqqalı Hacı Oqtay bildirib ki, oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb.
Tədbirdə Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş slaydlar nümayiş olunub, yuxarı sinif  şagirdlərinin hazırladığı mahnı və şeirlərdən ibarət kompozisiya göstərilib.






Baxış sayı: 700


Bölməyə aid digər xəbərlər