Bütün xəbərlər
Laçın məktəbində kəşfiyyatçı şəhidin mövludu keçirilib-VİDEO+FOTOLAR
Tarix: 12-01-2024 01:45 | Bölmə: Reportaj
[Yanvarın 11-də Laçın rayonundakı 1 nömrəli tam orta məktəbdə 1-ci Qarabağ şəhidi Kərəm Zeynalovun mövludu keçirilib.

                         
                         
Əvvəlcə  kəşfiyyatçı şəhidin Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məktəbdə keçirilən tədbirdə şəhidlər bir qəqiqəlik sükutla yad olunub.Dövlət himni səsləndirilib.Kərəm Zeynalova həsr olunmuş videoçarx nümayiş etdirilib.

                          
                          
Məktəbin direktoru Vəfa xanım, Laçın rayon İcra Hakimiyyətinin məsləhətçisi Nazilə xanım, Laçın Muzeyinin direktoru Türkanə xanım, şəhid valideynləri və digər şəxslər çıxış edərək şəhid kəşfiyyatçı Kərəm Zeynalovun ömür yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Laçın rayon 1 nömrəli məktəbdə şəhidin adını daşıyan sinifin şagirdləri vətənpərvər ruhlu şeirlər söyləyiblər.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

               
                          









Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər