Bütün xəbərlər
Şəhid kəşfiyyatçı mayor, "Qarabağ" ordenli Taleh Kərimovun anım günü keçirilib-VİDEO+FOTOLAR
Tarix: 30-10-2023 23:04 | Bölmə: Reportaj


Sumqayıtda "Büllur" mərasim evində şəhidlik zirvəsinə ucalmış kəşfiyyatçı mayor, "Qarabağ" ordenli Taleh Kərimovun anım günü keçirilib.

                       
                        
                        
                        

Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri, Müdafiə Nazirliyinin əməkdaşları, Sumqayıt məktəbliləri iştirak ediblər.
Müdafiə Nazirliyinin əməkdaşları şəhidin məzarına əklil qoyublar.
Şəhidlə bağlı xatirələrini danışıblar.
              
                         
                         
                         
Şəhid Abdullanın atası Hacı Əhməd şəhidin tərcümeyi halını diqqətə çatdırıb, öz yazdığı şeirləri oxuyub, Sumqayıt məktəbliləri vətənpərvər ruhlu şeirlər söyləyiblər.

                       
                        
                        
                       
Sonra tədbir "Büllur" mərasim evində davam etdirilib.
Şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Himn səslənib.Quran oxunub.

                         
                         
                         
                         
Şəhidin oxuduğu Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə onun adını daşıyan sinifin şagirdləri,şəhid atası Hacı Əhməd, şəhid anası Ülviyyə xanım şeir söyləyiblər.
Sonda şəhidin həyat yoldaşı Nəzakət xanım Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Hilal Nəcəfova, onun tabeçiliyində olan əməkdaşlara, şəhid valideynlərinə, və onun yanında olan hər bir kəsə öz minnətdarlığını bildirib.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az










Baxış sayı: 630


Bölməyə aid digər xəbərlər